9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasimi təşkil edilib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü, eləcə də Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Melburn şəhərində yaşayan həmvətənlərimiz, burada təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın dövlət himninin sədaları altında dövlət bayrağımızın Federasiya meydanında ucaldılması ilə başlayıb. Ümumilikdə həmin gün şəhərin mərkəzi meydanında dörd Azərbaycan bayrağı ucaldılıb ki, bu bayraqlar da gün ərzində Avstraliyanın dövlət bayraqları ilə bərabər dalğalanıb.
Tədbirdə çıxış edən ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Azərbaycan Hökuməti adından Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib və mərasimin təşkilində əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü çatdırıb. Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasiminin Avstraliyada ilk dəfə keçirildiyini qeyd edən diplomat, bunun iki ölkənin əlaqələrinin tarixində əlamətdar hadisə olduğunu vurğulayıb və belə tədbirlərin bundan sonra da xoş ənənəyə çevriləcəyinə ümidvar olduğunu qeyd edib. Diplomat bu kimi tədbirlərin Azərbaycanın Avstraliyada daha yaxından tanıdılmasına, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Avstraliyadakı Azərbaycan icmasının iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib.
Elcan Həbibzadə indiki Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edildiyini xatırladaraq, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib. Diplomat üçrəngli bayrağımızın bütün dünyada yaşayan azərbaycanlılar üçün dövlətçiliyimizin və suverenliyimizin rəmzi olduğunu vurğulayıb. Eyni zamanda, o, dövlət başçısının digər sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edərək, bugünkü mərasimin Cümhuriyyətimizin 100 illiyi çərçivəsində keçirildiyini qeyd edib və Bayraq Gününün əhəmiyyətindən danışıb.
Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən müvəqqəti işlər vəkili Cümhuriyyətin yaranmasının tariximizdə mühüm hadisə olduğunu bildirib, həmin dövrdə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs edib. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayan diplomat, müasir Azərbaycanın formalaşmasında da onun əhəmiyyətini xüsusi qeyd edib. Diplomat Xalq Cümhuriyyəti qurucularının xatirəsinin hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edildiyini bildirib.
1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən E.Həbibzadə, bu müstəqilliyin qorunub saxlanılmasında, eləcə də müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb. O, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan indiki Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu bildirib və ölkə rəhbərliyinin bu dəyərlərin qorunub saxlanmasına və təşviqinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Mərasimdə digər çıxış edənlər - Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü Tatyana Zemlinskaya, assosiasiyanın fəalları Nicat Hacıyev, Vəfa Sadıqzadə, Səbinə Əliyeva bayram münasibətilə təbriklərini çatdıraraq, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının qürur mənbəyinə çevrildiyini vurğulayıblar. Tarixi Vətənimiz Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilməsinin ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının qəlbində fərəh hissi doğurduğunu qeyd ediblər.
Qeyd edək ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında çoxlu sayda soydaşımız yaşayır. Belə ki, Melburnda “Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası” diaspor təşkilatı, eləcə də “Azərbaycan Evi” fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması tariximizin, mədəniyyətimizin və incəsənətimizin Avstraliyada təbliğinə xüsusi töhfələr verir.
Vüqar Ağayev
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM