Milli Qəhrəman Vahid Quliyev: "Hər birimiz döyüşə hazır olmalıyıq"

10:57 / 11.08.2014

Strategiya.az-a verilən məlumata görə, "Milli Qəhrəmanlarımızı tanı!" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib 

    

Gənclər Fondunun dəstəyi ilə Nizami rayonunda yerləşən 129 saylı orta məktəbdə "Milli Qəhrəmanlarımızı tanı!" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. Yerli icra hakimiyyəti nümayəndələrinin, milli qəhrəmanların, gənclərin, KİV və QHT təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxış edərək, məlumat verən layihə rəhbəri Sevinc Nəcəfovanın sözlərinə görə layihənin əsas məqsədi ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq amalı ilə savaşa atılaraq şərəfli döyüş yolu keçən və hazırda da həyatda olan və yenə də şərəflə xalqına, vətəninə xidmət edən Milli Qəhrəmanlarımızın gənclərimizə tanıdılmasıdır:

 " Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, ölkənin inkişafında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Bunun üçün biz düşünürük ki, gənclərimizin hazırda sağ olan və yenə də Azərbaycan Respublikasına ləyaqətlə xidmət edən Milli Qəhrəmanlarımızı daha yaxından tanıması çox vacibdir. Bunun üçün həyata keçirilən bütün işlərə dəstək olmaq, qəhrəmanlarımızı tanıtmaq missiyasını öz üzərimizə götürmüşük".

 S. Nəcəfova həmçinin vurğulayıb ki, layihə çərçivəsində hazırda həyatda olan  qəhrəmanlarımızın keçdiyi döyüş yolu, eyni zamanda onların hazırki fəaliyyətləri ilə bağlı məlumatverici bukletlər və videoroliklər hazırlanıb.

 Görüşdə Milli Qəhrəman Vahid Quliyev gənclərə keçdiyi döyüş yolundan danışıb. O, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi naminə yenidən döyüşə getməyə hazır olduğunu deyərək tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 Tədbirdə  həmçinin Nizami rayonu İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, tərəfdaş təşkilat “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, "Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova, layihənin mətbuat xidmətinin rəhbəri və gənc yazar Qurbanəli Ömər, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və 129 saylı orta məktəbin direktoru Samir Mehdizadə çıxış edərək bildiriblər ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımları haqqında məlumatlı olmaqla yanaşı, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub düşmənə sarsıdıcı zərbələr endirmiş milli qəhrəmanlarımızı tanımalı və onlardan nümunə götürməlidirlər. Vurğulanıb ki, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanlar təbliğ edilməlidir, çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün bir örnəkdir.

 Onu da qeyd edək ki, 14-25 yaşları arasındakı gənclərin faydalanmasını nəzərdə tutan layihə çərçivəsində Milli Qəhrəmanlarımızla  növbəti görüş Binəqədi rayonunda keçiriləcək.

        

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM