28 cinayətkar qrup zərərsizləşdirilib

18:44 / 20.11.2018

Bu ilin 9 ayı ərzində narkotiklərlə əlaqədar cinayətlər törətmiş 67 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib, 117,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bu barədə nazirlikdə «Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclasında məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu və əməliyyat-xidməti fəaliyyətdə mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb, vətəndaşların müraciətlərinə baxılmasının Prezident İlham Əliyevin daim xüsusi diqqətində və nəzarətində olduğunu, məhz dövlət başçısının tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, problemlərini şəxsən dinlədiklərini vurğulayıb.

Qeyd olunub ki, bu mühüm işin məqsədyönlü təşkili, eyni zamanda, vətəndaşların polis orqanlarına inam və etimadının güclənməsinin, vətəndaş məmnunluğunun təmin edilməsinin başlıca şərtlərindən biridir.

Həmçinin, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərin vəziyyətinin müzakirə edilməsinin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinin vacibliyi də vurğulanıb.

Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev məruzə ilə çıxış edib. O, bildirib ki, bütövlükdə «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» 2003-cü il 24 noyabr tarixli Fərmanın və «Açıq hökumətin təşviqinə dair» Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası uğurla davam etdirilir.

 
Belə ki, son 3 ilə yaxın müddətdə Nazirliyin rəhbərliyi tərəfindən 6.569, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 2.812, habelə ərazi polis orqanlarında 178 mindən çox vətəndaş qəbul edilib. Görülmüş tədbirlərlə cari ilin 9 ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 23,7 faiz, Nazirliyə daxil olan şikayətlərin sayı 17,7 faiz, o cümlədən təkrar şikayətlərin sayı 25,7 faiz azalıb. Ümumilikdə, 55 şəhər və rayonun sakinlərindən polis əməkdaşları barədə daxil olan şikayətlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Həmin dövrdə Nazirliyə 2 minə yaxın həm fərdi, həm də kollektiv minnətdarlıq məktubları daxil olub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ barədə məruzə edib. O bildirib ki, Nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir və davamlı tədbirlər görülür. Yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında təkcə cari ilin 9 ayında 78 şəhər və rayonda 695 görüş keçirilib ki, bu tədbirlərin də yarıdan çoxunda polis rəisləri digər hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri ilə birlikdə iştirak ediblər. Həmin müddətdə narkotiklərlə əlaqədar cinayətlər törətmiş 67 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib, 117,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz dövriyyədən 960 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, habelə 3 kiloqramdan çox sintetik tərkibli psixoaktiv maddələr çıxarılıb. Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərlə 132 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülmüş işləri, əldə olunmuş nəticələri qeyd etməklə yanaşı, fəaliyyətdə buraxılan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu vurğulayıb, eyni zamanda, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

Nazir “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarxli Sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, həmçinin güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasının, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin, eləcə də yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda daxili işlər naziri Prezident İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, asayişin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yaxşı nəticələrlə başa vuracaqdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM