Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - HƏYATINIZ ÜÇÜN TƏHLÜKƏLİDİR – VİDEO 

11:46 / 21.11.2018

Bakı sakininin aldığı şirniyyat qida üçün yararsız çıxıb. Həmin şirniyyatı evdə açdıqda içərisində olan keksin kifləndiyini görüb.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Elşad Məmmədov – Şikayətçi: “Dünən səhər saatlarında anam nəvəsi üçün, yəni qardaşım qızına keks aldı. 3 ədəd aldılar, elə birincini açanda, gördülər ki, keks kiflənib. Adətən biz onu məktəb vaxtı alıb, uşağın sumkasına qoyuruq. İndi məktəb yoxdur. Əgər məktəb vaxtı olsaydı, biz bunu uşağın sumkasına qoysaydıq, uşaq məktəbdə açıb yeyəcəkdi. 5 yaşlı uşaq nə bilir kiflənmə nə olan şeydir”.

Şirniyyatın istehsal olunduğu şirkət keksin xarab olmasına görə, məsuliyyətin onlarda yox, satışı həyata keçirən marketdə olduğunu bildirib.

Elşad Məmmədov – Şikayətçi: “Onlar dedilər ki, problem  yoxdur. Paylanmasında da, vaxtında da heç bir problem yoxdur. Yəqin ki saxlanmağında problem olub ki, o keks kiflənmə verə bilər”.

Afaq İbrahimova – Şirkətin nümayəndəsi: “Burda kiflənmə halı 2 halda ola bilər. Ya nəmişlik şəraitində saxlanıla bilər, yəni saxlanma qaydasına riayət olunmaya bilər, ya da ki, məhsul hava çəkə bilər. Bir yerdən hardasa deşik olarsa, mütləq o hava çəkir ki, nəticə də belə olur”.

Sözügedən marketin nümayəndəsi isə əksinə, günahı və məsuliyyəti şirkətin üstünə atır.

Anar Əliyev – Marketin inzibatçısı: “Malın üstündə çıxma və qurtarma tarixi var. Qurtarma tarixindən əvvəl mal gəlib 5 günə xarab olursa, ona market neynəsin?”.

Eyyub Hüseynov – AİB-in sədri: “Əhali bilməlidir ki, unla hazırlanan şirniyyat məhsullarının saxlanma müddəti 36 saatdan artıq deyil. Tortlar, kekslər və s. əgər unla hazırlanmış bir şirniyyat məhsulu bükülübsə, üzərinə də uzun yararlılıq tarixi yazılıbsa, artıq bu zərərli, kimyalaşmış məhsuldur”.

Bəs, marketlərdə istifadə müddəti bitmiş məhsullara nəzarət necə aparılır? Tarixi keçmiş məhsullardan zərər çəkən alıcılar hara müraciət etməlidir? Bununla bağlı suallarımızı bu işi görməli olan əsas qurum Qida təhlükəsizliyi agentliyinə ünvanlasaq da, cavabsız qoydular. Eskpertlər isə belə halla qarşılaşanlara aldığı məhsulu qaytarıb, pulunu geri almağı məsləhət görür.

Eyyub Hüseynov – AİB-in sədri: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda qeyd olunub ki,  bütün bu işlərə satıcı cavabdehdir. Yəni satıcı malı satışa götürəndə diqqətlə baxmalıdır ki, onun saxlanma şəraiti, sertifikatı varmı. İstehlakçı əgər belə hala rast olarsa, mütləq satıcıya iradını bildirməlidir. Həmin malın satışdan çıxarılması üçün ictimai təşəbbüs göstərməlidir. Bütün qida təhlükəsizliyi agentliyinin “1003” qaynar xəttinə məlumat verməlidir”.

Mütəxəssislər hər kəsi xüsusən qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır. Çünki kiminsə kiçik səhvi bizi daha böyük problemlə üz-üzə qoya bilər.

 


Etiket: Market

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM