Buxarestdə Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, iclasın yekunlarına dair Protokol imzalanıb. Buxarest (Rumıniya) şəhərində Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
İclasın plenar sessiyasının açılışında Müştərək Komissiyanın həmsədrləri - Azərbaycan tərəfindən həmsədr, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və
Rumıniya tərəfindən həmsədr, Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini xanım Ana Birçal çıxış ediblər.
S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanın bu gün regionda iqtisadi güc mərkəzinə çevrildiyini və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının uğurla davam etdirildiyini bildirib.
Nazir Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin 26 ilinin tamam olduğunu, 2009-cu ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin təsdiq edildiyini və bu əməkdaşlığın ildən-ilə genişləndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaş olaraq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir və enerji ixrac marşrutlarının bu istiqamətdə şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Həmçinin, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı Rumıniyanın mövqeyini, ölkəmizin Avropa və Avroatlantika strukturları ilə əlaqələrinin inkişafındakı rolunu yüksək qiymətləndirir.
S.Babayev gələn ilin yanvar-iyun aylarında Rumıniyanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara bu ölkənin dəstək verəcəyinə, habelə “EXPO 2025”-ə ev sahibliyi etməklə bağlı Bakının namizədliyinin Rumıniya tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu qeyd edib.
İki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə 56 əməkdaşlıq sənədinin imzalandığını, daha 5 sənəd layihəsinə baxılmaqda olduğunu, həmçinin parlamentlərarası əlaqələr qrupunun yaradıldığını diqqətə çatdıran S.Babayev qeyd edib ki, iqtisadi əlaqələrin mühüm istiqaməti kimi Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi də artmaqdadır. Bu artım cari ilin 9 ayında 62,11 faiz təşkil edib. Eyni zamanda, Rumıniyaya ixrac 94,01 faiz artıb. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Rumıniyanın payı 1,25 faizdir.
Azərbaycanla Rumıniya arasında enerji sahəsində geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan və Rumıniyanın enerji təchizatında önəmli dəstək olan layihələrdən bəhs edən S.Babayev eyni zamanda SOCAR-ın 2011-ci ildə yaradılmış “SOCAR Romania S.A” şirkəti vasitəsilə Rumıniya neft məhsulları bazarında əhəmiyyətli rol oynadığını deyib. O, şirkətin Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsinin olduğunu, onlarda 550 insanın işlə təmin edildiyini, gələcəkdə daha 20 belə məntəqənin açılmasının nəzərdə tutulduğunu deyib.
Nazir qarşılıqlı investisiya qoyuluşu, habelə kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsi üçün aparılan işləri, əldə olunan uğurları da diqqətə çatdırıb. S.Babayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarest şəhərindəki Rumın-Amerikan Universitetində yaradılan Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili tədris olunmaqla yanaşı, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Həmçinin Fondun dəstəyi ilə Babeş-Bolyai Universitetində Azərbaycan dili tədris olunur. Azərbaycan Dillər Universiteti (ADU) və Rumıniyanın Dil İnstitutu arasında ADU-da rumın dili, ədəbiyyatı və mədəniyyətinin tədrisinə dəstək üçün əməkdaşlıq protokolu da imzalanıb.
S.Babayev əməkdaşlığın qarşıdakı dövrdə qeyri-neft məhsullarının ixracı, Azərbaycan istehsalı olan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkili, sənaye parklarında Rumıniya şirkətlərinin iştirakının təmin olunması, birgə ixracyönümlü mebel istehsalı müəssisələrinin yaradılması, tranzit nəqli, limanlar arasında əməkdaşlığın təşkili, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin önəmli ola biləcəyini deyib.
Xanım A.Birçal da çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya- Azərbaycan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib. O, yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oynadığı mühüm rolu vurğulayıb. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib. A.Birçal Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan ilə Rumıniya arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Ana Birçall Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb.
Ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq sahələrində aparılan işlərin Rumıniya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edib. O, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.
İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.
Protokolda vacib məqamlardan biri kimi qeyd olunur: “Azərbaycan tərəfi Dağlıq Qarabağ regionu daxil olmaqla işğal olunmuş ərazilərdə istehsal edilən və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki sərvətlərdən istifadə yolu ilə istehsal edilən məhsul və xidmətlərin Rumıniya bazarında idxalı, satışı və realizə edilməsinin, həmçinin Rumıniya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəaliyyətdə iştirakının qarşısının alınması məqsədilə Rumıniya tərəfinə müraciət edib. Tərəflər bu məqsədlə gələcəkdə məlumat mübadiləsinin aparılmasına dair razılığa gəldilər. Rumıniya tərəfi Azərbaycan tərəfini Rumıniya dövlət qurumlarının öz fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətdən çəkindirəcəyinə əmin etdi. Bu kontekstdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti dəstəyini təsdiq etdi.”
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM