Son vaxtlar Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.
Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi təqdim etməkdir. Bu baxımdan Ermənistanın Baş naziri vəzifəsini icra edən şəxsin BMT Baş Assambleyasının 73-cü sessiyasında, son günlərdə isə Paris Sülh Forumunda çıxışı, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın 30 illiyi ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət edir, eləcə də beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.
Bu fikirləri açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib.
O deyib: “İlk növbədə, qeyd etmək vacibdir ki, sovet dövründə (1920-1991) Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə (DQMV) malik olub. Bu baxımdan, Ermənistan rəhbərliyinə bir neçə danılmaz faktı xatırlatmaq yerinə düşər. Azərbaycan və Ermənistan SSR Dövlət Statistika idarələrinin 1988-ci ilin əvvəllərinədək olan vəziyyəti əks etdirən rəqəmlərinə nəzər saldıqda, doğrudan da, sosial-iqtisadi inkişafın bir sıra sahələrində DQMV nəinki Azərbaycanı, hətta Ermənistanı da qabaqlayırdı. Lakin Ermənistan rəhbərliyi və siyasət adamları sovet dövründə, yəni, münaqişənin başlanması ərəfəsində - 1988-ci il martın 25-də SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə sədrinin birinci müavini V.P.Laxtinin “İzvestiya” qəzetindəki yazısını oxuyub və xüsusi cədvələ nəzər salsalar yaxşı olar. V.P.Laxtin bildirir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti mənzillə təminat sahəsində Azərbaycanın digər bölgələrini orta hesabla 1,4 dəfə geridə qoyur. Bir sıra başqa göstəricilər üzrə də vilayətdəki vəziyyət hər iki müttəfiq respublikadakından yaxşıdır”.
Ermənilərin Dağlıq Qarabağın sosial-iqtisadi geriliyi barədə iddiaları ilə yanaşı, DQMV əhalisinin guya “azərbaycanlılaşdırılması”, erməni əhalisinin isə sayının guya azaldılması, ağır iqtisadi şərait ucbatından ermənilərin vilayətdən çıxıb getmələri və başqa uydurmaları da konkret faktlarla təkzib olunur. Belə ki, sovet dövründə vilayətin əhalisi başdan-başa savadlı olub. Vilayətdə 193 ümumtəhsil məktəbi, o cümlədən 147 erməni məktəbi fəaliyyət göstərirdi. Xankəndi Pedaqoji İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilirdi. Vilayətdəki 5 texnikumdan və 5 texniki-peşə təhsili məktəbindən 4-də dərslər erməni dilində keçirilirdi. Burada kitab fondu 1,5 milyon olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət evi, 195 kinoteatr və kino qurğusu, M.Qorki adına Xankəndi Şəhər Dram Teatrı, mahnı və rəqs ansamblı, erməni dilində “Sovetakan Karabax” qəzeti (rus dilində dublyajı nəşr olunan “Sovetskiy Karabax”), 5 rayon qəzeti (4-ü erməni dilində, 1-i Azərbaycan dilində) var idi. Vilayətdə 2,5 saat yayımlanan radio verilişlərindən 2 saatdan çoxu erməni dilində idi.
Erməni millətçilərinin düşmənçilik hisslərini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim xüsusi diqqət və qayğı göstərib. Eyni zamanda, sovet dövründə DQMV özünü idarəetmənin bütün əsas elementlərinə malik olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936-cı və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit edilmişdi. SSRİ və Azərbaycan SSR konstitusiyalarına əsasən DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim olunmuşdu və 1981-ci il iyunun 16-da qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanunla tənzimlənirdi.
Yəni, sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, 1988-ci ildə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 60 minə yaxın azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub məcburən köçkün salmış, eləcə də Ermənistandan 200 mindən çox azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib, 26 il əvvəl Xocalı soyqırımını törədib.
Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul edib. Lakin bu azmış kimi heç bir beynəlxalq hüquq normalarına əməl etməyən Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da özünün növbədənkənar iclasında “DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in 1990-cı il üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət planına daxil edilməsi” barədə Azərbaycana qarşı daha bir qeyri-qanuni qərar qəbul edib. Bununla da, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarları beynəlxalq hüquqazidd və SSRİ Konstitusiyası əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri Konstitusiyaya zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi”.
E.Əhmədov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, beynəlxalq hüququn bütün normalarını kobudcasına pozaraq 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni, qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul edib və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyünün və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Bununla yanaşı, son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ, Fransa və Rusiya münaqişənin nizama salınması üçün öz üzərlərinə götürdükləri öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın öz ölkələrinin ərazisinə daxil olmasının qarşısının alınması üçün heç bir tədbir görmürlər.
Yeri gəlmişkən, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri" kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari ilin martında ABŞ-a, noyabr ayında isə əvvəlcə Fransa, sonra ABŞ və Rusiyaya bir-birinin ardınca səyahəti, hər şeydən əvvəl, beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyil. Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan yaradılması işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir. Yəni, bu cəhdlər Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin tanıdılması səyləri ilə üst-üstə düşür.
Bu kimi addımlarla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ayrı-seçkiliyə əsaslanan siyasət yürüdərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar. Halbuki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar.
Onu da qeyd etmək vacibdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 26 il ərzində Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır.
Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimi tanıtmaq səyləri tamamilə əbəsdir. Çünki Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Ona görə ki, müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar. Ancaq 26 ildən artıqdır ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Azərbaycan Prezidenti bu taktikanın heç bir perspektivinin olmadığını bildirərək bildirib ki, ilk növbədə, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağın 80 mindən çox azərbaycanlı əhalisi öz doğma yurdlarına, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
Prezident İlham Əliyev, həmçinin dəfələrlə bəyan edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bildirib. Bu cəhətdən Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindəki cinayətkar rejimin, eləcə də heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun tanıdılması üçün göstərdiyi cəhdlər beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM