Vladimir Solovyov : Rusiya və Azərbaycan prezidentlərinin həyata baxışı oxşardır, baş verən hadisələrə onların münasibətləri çox cəhətdən oxşardır

18:26 / 30.11.2018

Məlum olduğu kimi, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bu yaxınlarda Azərbaycana səfər edib. V.Solovyov AZƏRTAC-ın müxbirinə müsahibəsində həmin səfərin yekunları, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və iki ölkənin jurnalistləri arasında əməkdaşlığın perspektivləri barədə danışıb.

-Vladimir Gennadiyeviç, bu günlərdə siz Azərbaycanda səfərdə olmuşunuz. Həmin səfərin yekunları barədə nə deyə bilərsiniz?

-Azərbaycana səfərimizin yekunları çox yaxşı oldu, çünki əvvələn, Azərbaycan Prezidenti ilə ox mühüm görüş oldu. İlham Heydər oğlu məni çox diqqətlə dinlədi və özü çox maraqlı söhbətlər etdi. Düşünürəm ki, bu, həm Azərbaycanın, həm də qonşu ölkələrin jurnalistləri ilə əməkdaşlığın başlanğıcıdır. Cənab Prezidentlə görüşdə biz Xəzər regionunun və MDB-nin Jurnalist Təşkilatları İttifaqının yaradılması mövzusunu müzakirə etdik. Vaxtilə mənim sələfim bu mövzunu möhtərəm Heydər Əliyev ilə müzakirə etmişdi. Bu, çox vacib və maraqlı məsələdir. Ona görə ki, bu regionda vaxtilə Moskvada təhsil almış, rus dilində danışan və jurnalistlərin elə bir hərəkatında iştirak etmək istəyən həmkarlarımız var. Zənnimcə, biz çox sevinclə görüşər və ünsiyyətdə olarıq, ortaq mövzular taparıq, fikir mübadiləsi apararıq. Lap yaxın vaxtlarda biz həmkarlarımızla bərabər Afinada keçirilmiş “Aralıq dəniz - Qara dəniz regionunun jurnalist ittifaqlarının dialoqları” mövzusunda konqresin işində iştirak etmişik. Həmin konqresdə Beynəlxalq Jurnalistlər Federasiyası çərçivəsində jurnalistlərin subregional birlik və həmrəylik qrupunun yaradılması barədə qərar qəbul edildi. Bu, koalisiya komitəsinin rəhbərlik etdiyi 17 jurnalist ittifaqının birliyidir. Komitə Fransa, Yunanıstan, Portuqaliya, Fələstin və Rusiya jurnalistlər ittifaqlarının rəhbərlərindən ibarətdir. Jurnalistlərin Beynəlxalq Federasiyası bütün dünyada ən hörmətli, böyük jurnalist federasiyasıdır. Onun tərkibinə jurnalistlərin təxminən 187 birliyi daxildir. Onların Şərqlə praktiki əlaqəsi yoxdur. Biz onların Şərqə tərəf hərəkəti üçün aralıq pilləyik. Azərbaycanda daha sonra Xəzər dənizi barədə danışdıq. Bu, dənizlər mövzusunun bir növ davamı, yeni hərəkatın başlanğıcıdır.

- Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sizi qəbul edib. Bu görüşdən təəssüratınız necə oldu?

-Təəssüratım çox xoşdur. Görüş 15 dəqiqə olmalı idi, amma 40 dəqiqədən çox davam etdi. Prezidentə dedim ki, Azərbaycanda rus dilini rus dilini necə qiymətləndirdiklərini, rus məktəblərinin necə inkişaf etdiyini, rus dilində mətbuatın necə sərbəst işlədiyini, Rusiyanın bütün telekanallarının translyasiya edildiyini bilirik. Bütün bunlar çox xoşagələn və vacibdir. Cənab Prezident dedi ki, o, Azərbaycan və Rusiya jurnalistlərinin ünsiyyət saxlaması ideyasını, əlbəttə ki, dəstəkləyir. O, b elə ünsiyyətlərin tez-tez olmasını, Azərbaycanda, məsələn , staroverlərin necə yaşadığını, rus dilinin necə inkişaf etdiyini, Azərbaycan jurnalistlərinin necə işlədiklərini, respublikanın gözəlliklərini görmək üçün rusiyalı jurnalistlərin Azərbaycana press-turlarının və cavabında Azərbaycan jurnalistlərinin Rusiyaya səfərlərinin təşkil olunmasını təklif etdi. Mən bildirdim ki, Rusiyada, Soçidə jurnalistlərin “Vsya Rossiya” adlı böyük forumu keçirilir. 22-ci foruma Azərbaycan nümayəndələri də gəlmişdi, çünki bundan əvvəl biz həmkarımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov ilə birlikdə hörmətli səfir Polad Bülbüloğlunun qəbulunda olduq, bu foruma Azərbaycan nümayəndələrinin göndərilməsini ona təklif etdik. Zənnimcə, biz bu cür əməkdaşlığı inkişaf etdirəcəyik, Azərbaycandan olan həmkarlarımız bundan sonra da bizim forumlarda iştirak edəcəklər.

-Siz Prezident İlham Əliyevlə görüşdən sonra demişiniz: Azərbaycan və Rusiya prezidentlərinin xarakterində oxşar cəhətlər var. Bu, hansı cəhətlərdir?

-İlham Heydər oğlu peşəkar diplomat, Vladimir Vladimiroviç peşəkar hüquqşünasdır. Hər ikisinin prezident vəzifəsində zəngin iş təcrübəsi var. Mənə belə gəlir ki, onların həyata baxışları oxşardır, baş verən hadisələr münasibətləri çox cəhətdən oxşardır. Bu oxşarlıq, o cümlədən, dünyada, planetdə iri aktorların qarşılıqlı münasibətləri ilə bağlıdır. Məncə, onlar baş verən proseslərə eyni şəkildə baxırlar.

-Siz iki ölkənin KİV-ləri arasında gələcək əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

-Biz razılığa gəldik ki, yazda rusiyalı jurnalistlərin və mədəniyyət xadimlərinin böyük bir qrupu Azərbaycana Novruz bayramına gələcək. Mən də həmin qrupun tərkibində olmağa çalışacağam. Biz bu heyrətamiz bahar bayramının necə keçdiyini görmək istəyirik. Novruz günlərində Azərbaycanda olmağı çoxdan arzu edirdim. Bu barədə çox eşitmişəm. Bu, ilk addım olacaq. Azərbaycana səfər etməyə, həmkarlarımızla ünsiyyətdə olmağa ümid bəsləyirik. Bundan əlavə, biz Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq. Həmkarlarımızla çox maraqlı söhbətimiz oldu və düşünürəm ki, bu ünsiyyəti inkişaf etdirəcəyik. Hesab edirəm ki, bizim əməkdaşlığımız həmin görüşdə imzalanmış Memorandumdan başlayacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM