Argentinanın paytaxtı Buenos-Ayres şəhərində “Böyük İyirmilik” (“G-20”) ölkələri liderlərinin Sammiti başlayıb.
AZƏRTAC xəbər verir ki, dünyada güclü iqtisadiyyata malik 20 dövlətin liderlərinin Sammitinin işini müxtəlif ölkələri təmsil edən 3 min mətbuat nümayəndəsi işıqlandıracaq. Sammitin təhlükəsizliyini təmin etmək üçün 20 min polis və xüsusi xidmət orqanının əməkdaşı cəlb edilib. Beynəlxalq mətbuatın “G-20” kimi göstərdiyi bu format ilk dəfə 1990-cı illərin sonunda Asiya ölkələrində baş verən maliyyə böhranından sonra yaradılıb. Həmin dövrdə Qərb dövlətləri Asiyadakı maliyyə böhranının Avropaya güclü təsir etməsinə baxmayaraq, bu böhrana necə reaksiya verəcəklərini bilmirdilər. Ona görə də dünya liderləri “Böyük yeddilik” formatından “G-20” formatına keçdilər. Çünki dünya əhalisinin 3/2-si məhz bu 20 dövlətin ərazisində yaşayır. Dünyada istehlak məhsullarının 85 faizi, dünya ticarət dövriyyəsinin 75 faizi məhz bu dövlətlərin payına düşür. “G-20”nin ilk Sammiti 2008-ci ildə Vaşinqtonda keçirildi.
2008-ci ildən başlayaraq hər il keçirilən “G-20” Sammitində dünyanın 20 güclü dövlət və hökumət başçıları ilə yanaşı, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Ticarət Təşkilatının, Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının və Avropa İttifaqının rəhbərləri də iştirak edirlər. Sammitdə dünya iqtisadiyyatının inkişafı perspektivləri, ticarətin genişləndirilməsi və asanlaşdırılması yolları müzakirə edilir və qərarlar qəbul olunur. Ümumi toplantı ilə yanaşı, Sammitdə çoxsaylı ikitərəfli görüşlərdə keçirilir. Sözsüz ki, iqtisadi məsələlərlə yanaşı, siyası problemlər də müzakirə mövzusu olur. Ona görə də bu Samitin yekunları təkcə iştirakçı dövlətlər üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.
Builki Sammit başlamazda əvvəl sensasiyalı xəbərlərlə gündəmə daxil oldu. Bu gün dünyada baş verən gərgin siyasi proseslərin, eləcə də münaqişələrin və az qala müharibə astanasında olan bəzi dövlətlər arasındakı münasibətlərin yumşaldılması üçün bu Sammit çox pozitiv rol oynaya bilərdi. Lakin Sammit başlamazdan əvvəl dünya mətbuatı sensasiya xarakterli xəbərlər yayımlamağa başladı. Məlum oldu ki, ABŞ Prezident Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin bu Sammit çərçivəsində görüşməyəcəklər. Halbuki, bu görüşü dünyanın digər dövlətləri böyük səbirsizliklə gözləyirdilər. Ukraynada, Suriyada, Əfqanistanda, İraqda, Yəməndə davam edən münaqişələrdə sadə insanların qanının axıdılmasının durdurulması bu görüşün nəticələrindən asılı ola bilərdi. Sammiti işıqlandıran jurnalistlərin verdiyi xəbərlərə görə, D.Tranm və V.Putin görüşmədikləri azmış kimi, hətta əl verib salamlaşmayıblar. Bu isə münasibətlərin olduqca gərginləşdiyini deməyə əsas verir.
Sammitdən əvvəl Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verən insident ABŞ və Rusiya prezidentlərinin görüşünün təxirə salınmasına səbəb olub. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi və cəsədinin hələ də tapılmaması da sammitdəki vacib görüşlərin və müzakirələrin baş tutmamasında əsas amil kimi göstərilir.
Artıq bir çox görüşlər keçirilib və ikitərəfli razılaşmalar əldə olunub. Lakin dünyanı narahat edən problemlər necə vardısa elə də qalır.
Sammitin gedişində ABŞ-ın CNN televiziyası isə sözün həqiqi mənasında insanları şoka salacaq xəbər yayımladı. Kanal bildirdi ki, ABŞ Sammitin yekun Deklarasiyasını, mətni yalnız öz maraqlarına cavab verən tərzdə tərtib olunacağı təqdirdə imzalayacaq. ABŞ Prezidentinin beynəlxalq siyasət üzrə müşaviri Con Bolton bildirib ki, əgər mətndə dövlətlərin “İqlim üzrə Paris razılaşması”nın şərtlərinin yerinə yetirilməsinin vacibliyi və beynəlxalq ticarətdə “qəbul olunmuş ümumi qaydaların qorunmasının vacibliyi” ifadələri yer alarsa, onda ABŞ sənədi imzalamayacaq.
Belə tədbirlərin yekun sənədi dövlətlər arasında diplomatik kanallarla əvvəlcədən razılaşdırılır. Görünür bu dəfə bəzi dövlətlər ABŞ-ın iddialarını qəbul etməyiblər. C.Boltonun açıqlaması da təsadüfi xarakter daşımır. Samitin gedişində mütəxəssislər bir daha sənəd üzərində işləyəcəklər və ümumu mətnin formalaşmasına çalışacaqlar. Əgər razılıq əldə edilməsə, deməli, bu Sammitin dünya üçün heç bir faydası da olmayacaq.
Hələlik Sammit davam edir. Gülərüzlü liderlər dünya problemlərini həll etməyə çalışırlar. Sammitin necə yekunlaşacağını və qəbul edilən qərarların necə həyata keçiriləcəyini isə zaman göstərəcək.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM