Respublikamızda əhalinin təbii artımı ildən-ilə adambaşına düşən torpaq ehtiyatlarının azalmasına gətirib çıxarır. Belə olan halda yeganə çıxış yolu ölkənin mövcud torpaq ehtiyatlarından daha düzgün və səmərəli istifadə olunması zərurətini yaradır. Ölkəmizdə torpaq ehtiyatları baxımından ən əhəmiyyətli coğrafi ərazilərdən birincisi Ceyrançöl massividir. Ceyrançöldən uzun illərdir qış otlağı sahəsi kimi istifadə olunub. Bu gün həmin ərazini köhnə qayda ilə istifadə etmək düzgün deyil. Ekstensiv heyvadarlıq ərazisi kimi Ceyrançöl republikamızın iqtisadi həyatında əvvəllər də önəmli bir yer tutmayıb. Ona görə də Ceyrançöldə təsərrüfatın istiqamətinin dəyişdirilməsi, ekstensiv istiqamətdən intensiv istiqamətə inkişaf etdirilməsi vacibdir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev deyib.
O bildirib ki, 2015-ci ildən Ceyrançöldə institutun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsi tərəfindən torpaq tədqiqat işlərinə başlanılıb. Tədqiqat işləri Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə davam etdirilir. Əsas məqsəd insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili prosesləri qiymətləndirməkdir.
Alim qeyd edib ki, Azərbaycanın digər regionlarından fərqli olaraq Ceyrançöl massivi torpaq tədqiqatı baxımından zəif öyrənilib. Ona görə də Ceyrançöldə kənd təsərrüfatının istiqamətinin dəyişməsini nəzərə alaraq bu kontekstdə ərazinin daha dərindən tədqiq edilməsinə zəruri ehtiyac yaranıb. İlk növbədə, ərazinin coğrafi cəhətdən, kənd təsərrüfatı baxımından qiymətləndirilməsi olduqca əhəmiyyətlidir. Ona görə ki, Ceyrançöl massivi respublikamızın digər bölgələrindən fərqli olaraq bir sıra aktiv ekzodinamik proseslərin getdiyi ərazidir. Ərazidə əkinçilik inkişaf etdirilərkən bu cür proseslər gözlənilməlidir. Xüsusilə külək eroziyası, səthi eroziya, torpaqların fiziki-kimyəvi xassələri, suvarma tətbiq olunarkən baş verəcək dəyişikliklərin öncədən qiymətləndirilməsi və s. hallar nəzərə alınmalıdır. Təxmini hesablamalara görə, Ceyrançölün 200 min hektar ərazisi var. Münbit torpaq sahələri ərazinin təxminən 35-40 faizini təşkil edir. Əgər bu qədər ərazidə əkinçilik işləri görülərsə, Kür çayından götürülən sudan düzgün və səmərəli istifadə də aktual məsələ kimi ortaya çıxacaq. Ona görə də bu məsələlər dəqiq nəzərdən keçirilməlidir.
İ.Quliyev deyib: “Ceyrançöldə 2015-2016-cı illərdə müxtəlif marşrutlar üzrə qoyulmuş torpaq kəsimləri əsasında çöl şəraitində torpaqların bir sıra fiziki xassələri tədqiq edilib, qiymətləndirilib, götürülmüş torpaq nümunələri 15-16 parametr üzrə analiz olunub. Məlum olub ki, Ceyrançöl uzun illər heyvandarlıq-qış otlaq sahəsi kimi fəaliyyət göstərsə də, ərazinin torpaqları münbitlik baxımından qeyd olunan təbii-ekzodinamik proseslərin təsiri altında müxtəlif dərəcədə deqredasiyaya məruz qalıb. Torpaqlar qida maddələri ilə zəif təmin olunub. Ona görə də bu torpaqlardan istifadə edərkən, ilk növbədə, torpaqların münbitliyi bərpa olunmalı, torpaqlara üzvi və mineral gübrələr verilməlidir. Tədqiqat zamanı qarşıya qoyulan əsas məqsədlərdən biri də torpaqlardan hansı məqsədlər üçün istifadə edilməsinin əhəmiyyət dərəcələrinin qiymətləndirilməsi olub. Bununla əlaqədar 2018-ci ildə də tədqiqat ərazisinə ekspedisiya təşkil olunub, müxtəlif marşrutlar seçilib və bu marşrutlar üzrə xarakterik torpaq kəsimləri qoyulub. Bu kəsimlərin müxtəlif qatlarından nümunələr götürülərək laboratoriya şəraitində analiz olunub. Hazırda torpaq nümunələrində qida maddələri ilə təminat dərəcəcəsi, mexaniki tərkib, udulmuş əsaslar, udulmuş əsasların cəmi və s. parametrlər təhlil olunur”.
İ.Quliyev vurğulayıb ki, tədqiqatlara əsasən, ərazinin coğrafi xüsusiyyətləri, küləklərin istiqaməti, yağış eroziyası nəzərə alınmaqla tarlaqoruyucu meşə zolaqlarının salınması, əkin sahələrinin quraqlıqdan mühafizəsi əsasında tədbirlər sisteminin hazırlanması vacibdir. İlkin qənaətə görə, əkinçiliyin əsas istiqaməti heyvandarlığın intensiv istiqamətdə inkişafına xidmət etməlidir. Digər məsələlərdən biri də odur ki, əkin sahələrinin ərazi üzrə genişləndirilməsi hazırda mövcud olan ekstensiv heyvandarlıq sahələrinin sıxışdırılmasına gətirib çıxaracaq. Belə olan təqdirdə həmin əraizlərdə yüklənmə dəfələrlə çoxalacaq və beləliklə, ərazidə torpaqların deqredasiya sürəti daha da artacaq. Bütün bu amillər də nəzərə alınmalıdır.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM