“Bakcell”də nə baş verir? - FIRILDAQ

11:24 / 13.08.2014

Ölkədə fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi haqda artıq dəfələrlə məlumat vermişik. Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq mobil operatorlarda ənənə halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlardan fərqli olaraq, ölkəmizdə fəaliyyət göstərən mobil operatorların qarşılarına qoyduqları əsas məqsəd “kim müştəridən daha çox pul qopardı”, “kim kimi daha çox aldatdı” prinsipinə əsaslanır.

 

Bu mənada “bizə yaxın olmağa” çalışan “Bakcell” mobil operatoru bütün rəqiblərini geridə qoyaraq yeni “cin çıxarma” oyunlarını davam etdirir. Hər dəfə min bir bəhanə, min bir fırıldaqla abunəçini aldadan şirkət indi isə yeni oyunbazlıqlara əl atıb. Belə ki, “Bakcell” istifadəçilərinin sözlərinə görə, telefon danışıqları zamanı əlaqə qeyri-müəyyən səbəbdən kəsilir. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, belə qırılmalar, əlaqənin qeyri-müəyyən səbəbdən kəsilməsi daha çox şirkətin təqdim etdiyi  “Doğma CİN” və “Əla cin” tarifində özünü göstərir ki, bu da şirkət tərəfindən abonentlərin çibinə girməkdən başqa bir şey deyil.

 

Bildiyiniz kimi, “Əla CİN” tarifinə əsasən, “Bakcell” abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saat hesablanır. Başqa sözlə bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir “cin” nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır. Beləliklə “Əla CİN” tarifindən istifadə etdikdə qısa zənglər şirkətə, uzun zənglər isə istifadəçiyə sərf edir.  Amma çox təəssüf ki, bu sahədə də şirkət öz fırıldaqlarını əsirgəmir.

 

Belə ki, “Əla CİN” tarifindən yararlanan abunəçilərin sözlərinə görə, digər “cin” nömrəyə zəng etdikdə normal qaydada 1 saat danışmaq mümkün deyil. Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur. Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi “Bakcell” şirkətinin “səyi” nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur. “Əla CİN” tarifi ilə daha bir “yenilik” isə ondan ibarətdir ki, ilk vaxtlar bu tariflə edilən zənglər 10 saniyəyə qədər davam etdikdə balansdan 2 qəpik, 10 saniyədən 1 saata qədər davam etdikdə isə 7 qəpik çıxılırdı. Lakin şirkətin “səyi” nəticəsində sonradan bu qaydalar da aradan qalxdı. Hazırda “Əla CİN” tarifində zəngin dəyəri müddətdən asılı olmayaraq, 7 qəpik hesablanır.

 

Amma bütün fırıldaqlara rəğmən, şirkət yeni qaydalar haqda təbii ki, istifadəçilərini məlumatlandırmalı idi. Belə bir məlumatın verilməməsi  isə tək abunəçinin cibinə girmək deyil, bu həm də şirkətin öz abunəçilərinə olan sayğısızlığının göstəricisidir...

 

Eyni yarıtmaz hal şirkətin “Doğma CİN” tarifində də hökm sürür. Həmin tarifə əsasən isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 2 qəpik, şəbəkəxarici zənglərin isə 1 dəqiqəsi 4 qəpik təşkil edir. Maraqlı cəhət də elə bundan ibarətdir. “Əla CİN” tarifində olduğu kimi, “Doğma CİN” tarifindən yararlanan abunəçilər də əlaqənin tez-tez kəsilməsindən şikayətlənirlər. Belə hallar isə daha çox şəbəkəxarici zənglərdə özünü göstərir.

 

İstifadəçi 1 dəqiqə üçün 4 qəpik ödəməli olduğu halda, əlaqənin itdiyinə görə yenidən zəng etməli olur ki, bu da balansdan əlavə vəsaitlərin çıxılması ilə nəticələnir. Başqa sözlə, anlaşıqlı, sadə və loru dildə desək, “bizə yaxın olmağa çalışan” şirkət istifadəçilərindən daha çox pul qoparmaq üçün belə bir fırıldaqçı və biabırçı metoda əl atıb. Hər halda heç kimə sirr deyil ki, telefon danışıqları zamanı əlaqənin qeyri-müəyyən səbəbdən kəsilməsi şirkətin istifadəçini aldadaraq daha çox pul qazanmaq istəyinin tərkib hissəsidir.../publika.az/

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM