Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması işi davam etdirilır.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırılıb, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədilə açıq tender elan edilib.
Birinci mərhələdə, ötən illər ərzində hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri “Boston Konsaltinq Qrup” şirkəti ilə birgə təhlil edilib. Məlum olub ki, həmin şəhərsalma sənədlərinin hazırlanması zamanı bir çox zəruri olan məlumatların toplanması, onların aktuallığının yoxlanılması mümkün olmayıb, həmin planların torpaq kadastrına bağlantısı təmin edilməyib və bir çox məsələlərdə qeyri-dəqiqliyə yol verilib. Bununla belə, həmin sənədlərin bir hissəsinin Bakının Baş Planının hazırlanmasında istifadə olunması mümkün olduğu müəyyənləşdirilib.
Eyni zamanda, birinci mərhələdə paytaxtın inkişaf istiqamətləri ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yerli ekspertlərin və şəhər sakinlərinin (sosial sorğu vasitəsilə) mövqeyi öyrənilib, beynəlxalq təcrübəyə və bu sahədə müasir tendensiyalara əsaslanaraq Bakının gələcək inkişafına dair konseptual yanaşma formalaşdırılıb.
Qeyd olunub ki, beynəlxalq təcrübə təhlil edilərkən dünyanın müxtəlif şəhərlərinin (London, Toronto, Vyana, Dubay, Kopenhagen, Paris, Praqa, Doha, Moskva və s.) şəhərsalma və zonalaşma təcrübəsi öyrənilib, müsbət və mənfi cəhətləri araşdırılıb.
Hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib:
1) Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
2) Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
3) Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
4) Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.
Bununla yanaşı, Abşeron yarımadasının inkişafı kontekstində Bakı şəhərinin inkişafına dair aşağıdakı əsas tələblər müəyyənləşdirilib:
- mühəndis-kommunikasiya təminatının, yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;
- ictimai məkanların kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması;
- ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması;
- əhalinin məşğulluq imkanlarının artırılması;
- Bakı qəsəbələrinin sosial-iqtisadi rolunun və onların özünü təminetmə qabiliyyətinin artırılması.
Baş Plan yuxarıda qeyd olunan konseptual prioritetlərin şəhərsalma nöqteyi nəzərindən diqqət mərkəzində saxlayan, ərazi planlaşdırılması həllərini təqdim edən, tikintiyə və şəhər infrastrukturunun inkişafına dair tələbləri müəyyənləşdirən əsas strateji sənəddir. Eyni zamanda, müasir şəraitdə Baş Planın əhəmiyyətli rolu şəhər idarəedilməsi sahəsində dövlətin bizneslə və investorlarla dialoqunun qurulmasındadır.
Birinci mərhələdə görülmüş işlər əsasında komitə “Boston Konsaltinq Qrup” şirkəti ilə birgə beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin açıq tender vasitəsilə seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlayıb. İştirakçılar tərəfindən təqdim olunacaq tender təkliflərinin hərtərəfli dəyərləndirilməsi məqsədilə komitənin əməkdaşları ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Bakı Nəqliyyat Agentliyi) nümayəndələri, Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərlərindən ibarət Tender Komissiyası yaradılıb.
Tender elanı milli mətbuatda, komitənin www.arxkom.gov.az internet səhifəsində, www.tender.gov.az portalında yerləşdirilməklə yanaşı, həmçinin qlobal memarlıq və şəhərsalma şəbəkələri vasitəsilə yayılacaq.
Tenderin qalibi komitənin və “Boston Konsaltinq Qrup” şirkətinin dəstəyi ilə Bakı şəhərinin Baş Planının hazırlanması işinin ikinci mərhələsini reallaşdıracaq.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM