Azərbaycan tarixinin şanlı səhifələrindən biri də bugünkü və gələcək nəsillərə örnək olan Vətənin igid oğullarının respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yoludur. Adlarını qanları ilə hərb tariximizin qəhrəmanlıq salnaməsinə yazan bu oğulları hər kəsə tanıtmaq vətənpərvərlik borcumuzdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Daxili Qoşunların cəsur hərbi qulluqçusu əsgər Famil Kamil oğlu Rəcəbovdur.
Əsgər Famil Rəcəbov 1973-cü il iyun ayının 5-də Şəki rayonunun Baş Göynük kəndində dünyaya göz açıb. Atası Kamil kişinin və Nəzakət ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 4 övladdan (Dönməz, Famil, Sevinc və Aygün) biri, eyni zamanda ailənin ikinci və sevimlisi idi Famil. 1990-cı ildə doğma Baş Göynük kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərindəki Yeyinti Sənaye Texnikumunda təhsilini davam etdirib.
Lakin digər həmyaşıdları kimi, Familin də həyatının ən gözəl - yeniyetməlik və gənclik çağları respublikamızın ağır və təlatümlü dövrünə təsadüf edib. Üzdəniraq qonşularımızın Qarabağ və digər həmsərhəd rayonlarımızda dinc əhaliyə, xüsusilə də uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri vəhşiliklər Familin erməni daşnaklarına olan qəzəb və nifrətini aşıb-daşdırırdı. Ona görə də oxuduğu orta ixtisas təhsil müəssisəsini yarımçıq qoyub, könüllü olaraq Vətənin müdafiəsinə yollanır...
Cəsur silahdaşımızın həmkəndlisi və sinif yoldaşı olmuş, Daxili Qoşunların veteranı Nəbi Aslanov (1993-cü il iyun ayının 2-də Ağdamın Boyəhmədli kəndi ətrafında gedən döyüş əməliyyatları zamanı yaralanıb - A.Ə.) hələ orta məktəbdə oxuyarkən Familin vətənpərvər və el-obasına bağlı bir gənc olduğunu deyir: “Famil həm sinif yoldaşım, həm də yaxın dostum idi. Olduqca mehriban, xoşxasiyyət, eyni zamanda, mərd və qorxubilməz bir insan idi. Heç kimin xətrinə dəyməzdi. Bu baxımdan hamı onun xətrini çox istəyirdi. Familin şəhid olduğunu döyüş bölgəsində olarkən, onunla birgə xidmət etmiş əsgər yoldaşlarından eşitdim. Düzü bu acı xəbəri eşidəndə çox sarsılmışdım. Axı Famil kimi mərd, cəsur bir eloğlumu və eyni zamanda da qardaş kimi yaxın olan əsl dostumu itirmişdim”.
Beləliklə, 1992-ci ilin yazında Şəki Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilən Famil, bir müddət sonra Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin “sıravi” hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Əsgər F.Rəcəbov yüksək intizamı, nümunəvi xidməti, həmçinin, əsl hərbçiyə xas olan möhkəm iradəsi sayəsində qısa bir vaxtda silahdaşlarının hörmət və etibarını qazanmağa müvəffəq olur.
Famil bu hərbi hissənin tərkibində Ağdərə rayonu ərazisindəki bir sıra yaşayış məntəqələrinin və yüksəkliklərin düşməndən azad edilməsi, həmçinin, müdafiəsi uğrunda aparılan bir çox döyüş əməliyyatlarında yaxından iştirak edərək, onlarla erməni yaraqlısını məhv etməklə, məkrli planlarını onların gözündə qoyur.
24 mart 1993-cü il. Əsgər F.Rəcəbovun son döyüş günü. Ağdərə şəhəri ətrafında gedən hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində aldığı
qəlpə yarasından gözlərini yuman cəsur silahdaşımız əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir.
Əsgər F.Rəcəbov doğma Şəki rayonunun Baş Göynük kəndində dəfn olunub. Subay idi.
F.Rəcəbovun döyüşçü dostları onun əsl hərbçiyə xas olan müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Daxili Qoşunların veteranı, Ucar rayonu, Gəraybəyli kənd sakini Əfqan Ədilov vaxtilə şəhid silahdaşımızla Ağdərə bölgəsində xidmət edərkən birgə çəkdirdikləri fotoşəkli mənə göstərərək, Famillə bağlı xatirələrini bu gün də unutmadığını dedi: “Şəkildə ön cərgədə, soldan sağa üçüncü gördüyün hərbi qulluqçu Famildir. Onun sağındakı baş geyimsiz döyüşçü isə Göyçay rayonunun Şəkər kəndindən olan və 1994-cü il yanvarın 23-də Füzuli rayonunun Əhmədalılar kəndində şəhid olmuş silahdaşımız Coşqun Nəbiyevdir. Mən isə ayaqüstə, sağdan birinci dayanmışam. Famili çox yaxşı tanıyırdım. Olduqca mehriban, dostluqda və yoldaşlıqda möhkəm, qorxubilməz cəsur döyüşçü idi. Məhz buna görə də bütün yoldaşlarının hörmət və etibarını qazanmışdı Famil”.
Şəhid F.Rəcəbovun həyat və döyüş yolundan bəhs edən məlumatlara 1998-ci ildə Bakıda “Hüquq ədəbiyyatı” nəşriyyatında çap olunan “Şəki qartalları” adlı kitabda yer alan “Minaatan Famil” başlıqlı məqalədə, həmçinin, Azərbaycan Respublikası Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında rast gəlmək olar.
İnanırıq ki, işğal olunmuş qədim yurd yerlərimiz erməni vandallarından tezliklə azad ediləcək və şəhid olmuş Vətən oğullarının əziz ruhu əbədi rahatlıq tapacaqdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə çıxışlarında qeyd etdiyi kimi: “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun mütləq bərpa edəcəkdir”.
Allah şəhidlərimizə rəhmət eləsin!
kapitan Anar Əhmədov
Daxili İşlər Nazirliyi
Daxili Qoşunların zabiti
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM