2018-ci ilin Formula 1 mövsümü 245 gün – martın 25-dən noyabrın 25-dək davam edib. Pilotlar 1624 dairə və 6392 kilometrlik ümumi məsafəsi olan 21 Qran-Pri keçiriblər.
AZƏRTAC xəbər verir ki, bütün Qran-Prilərdə davamlı olaraq 20 yürüşçü iştirak edib. Formula 1 yarışları tarixində ilk dəfə olaraq mövsümün gedişində start xəttinə çıxan bütün pilotlar xallar qazanıblar.
Cümə məşqlərində sükan arxasında altı yürüşçü olub. Lando Norris “McLaren”in tərkibində Belçika, İtaliya, Rusiya Yaponiya, ABŞ, Meksika və Braziliyada keçirilən cümə məşqlərində iştirak edib. “Sauber”in pilotu Antonio Covinaççi isə bu cür altı məşqlərə qatılıb. Şon Qelael “Toro Rosso”nun sükanı arxasında ABŞ-da keçirilən sərbəst yürüşlərin ilk sessiyasını başa vurub. Kanadalı Nikolas Latifi də “Force Indıa”nın tərkibində beş cümə məşqində iştirak edib. Digər pilot – Robert Kubitsa “Williams”ın bolidində üç analoji yürüşə qatılıb.
Bu yürüşlərdə pilotlar 22 246 dairə və 112 031 kilometr məsafə qət ediblər. Sərbəst yürüşlər, təsnifat yarışlarında isə onlar 293 356 kilometr yol gediblər.
Yürüş məsafəsi üzrə Valtteri Bottas rekordçu olub: “Mersedes” pilotu mövsüm ərzində 3158 dairə və 16 019 kilometr məsafə qət edib. Ən aşağı göstərici isə Fernando Alonsoya aiddir (2 559 dairə və 12 961 kilometr).
Yürüşlərdə ilk altılığa Lyuis Hemilton, Sebastyan Fettel, Maks Ferstappen, Daniel Rikkardo, Kimi Raykkonen və Valteri Bottas daxildirlər. Ən çox qələbə (11) britaniyalı Hemiltonun hesabındadır. Sebastyan Fettel - 5, Daniel Rikkardo - 2, Maks Ferstappen - 2, Kimi Raykkonen isə 1 yürüsün qalibi olublar. Ən tez qələbə də Lyuis Hemiltona məxsusdur: o, Montsda məsafəni 1:15:54 dəqiqəyə və saatda 239,288 km sürətlə başa vurub.
Yeddi yürüşçüyə podiuma qalxmaq nəsib olub: Lyuis Hemiltion 17 dəfə, Kimi Raykkonen və Sebastyan Fettel 12 dəfə, Maks Ferstappen 11 dəfə, Valteri Bottas 8 dəfə, Daniel Rikkardo 2 dəfə və Serxio Peres 1 dəfə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüblər.
Yeddi pilot dairəni ən tez başa vurub - Valteri Bottas (7), Daniel Rikkardo (4), Lyuis Hemilton (3), Sebastyan Fettel (3), Maks Ferstappen (2), Kimi Raykkonen və Kevin Maqnussen (1).
2018-ci ildə komandalar 516 pit-stop keçiriblər. Onların ən çoxu Almaniyada (40), ən azı isə Belçikada (19) olub.
Təkcə bir idmançı – Şarl Lekler cərimə balı almayıb. Ən çox cərimələnən pilotlar isə Roman Qrojan və Maks Ferstappen (hərəyə 7 xal) olublar.
Rekord nailiyyətlər
Lyuis Hemilton titulların sayına görə (5 titul) Xuan-Manuel Fanxioya çata bilib. Formula 1 tarixində ən çox titul isə (7) Mixael Şumaxerə məxsusdur. Poulların sayına görə Hemilton öz rekordunu (83) təzələməyə davam edir. Bu göstəriciyə görə hazırda yürüşlərdə iştirak edən pilotlardan yalnız Sebastyan Fettel ona yaxındır (55). Podiumların sayına görə Lyuis Şumaxerlə (155) arada olan fərqi qısaldır. Britaniyalı pilot hazırda 134 dəfə podiuma qalxıb.
Əbu-Dabi Qran-Prisində qalib gələn Hemilton mövsümün 11-ci qələbəsini qazanıb və 2014-cü ildə göstərdiyi nəticəni təkrar edib. Bir mövsüm ərzində ən yaxşı göstəricilər isə Mixael Şumaxerə və Sebastyan Fettelə (hərəyə 13 qələbə) məxsusdur. Hemilton karyerası boyu 3 min xaldan yüksək nəticə əldə edən ilk yürüşçüdür. Hazırda onun 3 018, ən yaxın rəqibi Fettelin isə 2 745 xalı var.
Hemilton Əbu-Dabi Qran-Prisində mövsüm ərzində 17-ci dəfə podiuma qalxıb ki, bu da Formula 1 tarixində (müxtəlif sayda mərhələ olmaqla) maksimum nəticədir. Mütləq rekord isə daha az mərhələ üzrə 17 titul nəticə ilə Mixael Şumaxerə (2002-ci il) məxsusdur.
X X X
Baş yürüş mühəndisi Endryu Şovlin: “Komanda üçün əla nəticədir. Biz Əbu-Dabiyə qələbə əzmi ilə gəldik və məqsədimizə nail olduq. Bu il mürəkkəb mövsüm keçirdik, hər iki çempionatda “Ferrari” kəskin hücuma keçmişdi. Ona görə şassi və mühərrikdən 100 faiz, hətta daha çox istifadə etməyə çalışdıq. Növbəti dəfə hər iki titulu qazandıqdan sonra, sanki çiynimizdəki ağır daşı atdıq.
Lyuis daha bir möhtəşəm yürüş keçirdi. Meksikada titulu qazandıqdan sonra o, bir addım da geri çəkilmədi və son mübarizəyədək gərçin çalışmağa davam etdi. Nəticədə layiq olduğu daha bir qələbəyə nail oldu.
Yürüş zamanı Valtteri problemlə qarşılaşdı – o, beşinci dairədə təkərləri blok etdi və mövqelərini itirdi. Biz nə baş verdiyini araşdırmalıyıq, çünki həmin məqama qədər onun bütün yürüşü plan üzrə gedirdi. Əminəm ki, Valtteri artıq 2019-cu il mövsümünü gözləyir, Bakı mərhələsindən sonra onun üçün uğursuzluq zolağı başlamışdı. Cari ildə o, komandanın dayaqlarından biri idi və gələn mövsümdə ona etibarlı və sürətli maşın təqdim etmək üçün növbəti aylarda da biz bu pilotla gərgin işi davam etdirəcəyik.
Mən, həmçinin son səkkiz ildə gərgin fəaliyyətinə görə Toni Rossa təşəkkür etmək istəyirəm. Növbəti ildə o, Formula E proqramı üzrə proqramımızda mühüm rol oynayacaq. Ross komandanın beş dəfə Konstrultorlar Kubokunu qazanması üçün çox iş görüb, Niko Rosberq isə şəxsi hesabda titula görə. Onun getməsi bizi çox kədərləndirir, lakin şadıq ki, onunla birlikdə qələbələrin sevincini yaşamışıq”.
Nüfuzlu “The Guardian” nəşri Azərbaycan Qran-Prisini 2018-ci il Formula 1-in ən yaxşı yarışı adlandırıb
“The Guardian” yazır: “Bakı yürüşü 2017-ci ildə də ən yaxşı yürüş hesab edilmişdi.
Bakı küçələrində yenə də hər şey vardı. Cəlbedici yürüş və bütün mövsümün mikrokosmu. “Red Bull” komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen, necə deyərlər, “dabanbasdı” gedirdilər. Nəticədə hollandiyalının dəlisov manevri ucbatından onlar bir-birini yürüşdən kənarlaşdırdılar.
Valtteri Bottasın maşını təhlükəsizlik avtomobili trasına çıxandan sonra Bottas liderliyi ələ keçirdi, Sebastyan Fettel isə ehtiyatlı olmağı unutdu və yürüş yenidən davam edəndə Bottası ötüb keçməyə cəhd göstərdi. Lakin elə ilk döngədə Fettel səhvə yol verdi və mövqeyini itirdi. Bu, zəruri olmayan bir neçə səhvin biri idi. Nəticədə Fettel onun üçün demək olar ki, təmin olunmuş ikinci yer əvəzinə dördüncü yerlə kifayətlənməli oldu. Sonuncudan əvvəlki dövrədə Bottasın avtomobilinin şini partladı, qələbə sevinci isə Luisi Hamiltona qismət oldu. Beləliklə, Hemilton öz karyerası ərzində 5-ci dəfə çempion oldu.
Hemilton ilin ən yaxşı yürüşçüsü hesab edilib. Qalib pilotun daxil olduğu “Mercedes” ilin ən yaxşı komandası, Daniel Rekordunun Şanxaydakı manevri ilin ən yaxşı ötmə əməliyyatı hesab edilib.
Ekspertləri ən çox heyrətləndirən Formula 1 yarışlarının yeni iştirakçısı Şarl Lekler olub. Lekler “Zauber Ferrari” komandasında özünün daha təcrübəli yoldaşı Markus Erikssonu üstələdi. O, qətiyyətli hərəkət edərək öz ustalığını sübut etdi. Bakıda 6-cı yeri tutdu. Bu, Lekler üçün əsl zəfər idi. Lakin Braziliyada keçirilən təsnifat yarışlarında Şarl öz istedadını daha yaxşı nümayiş etdirdi. Deyə bilərik ki, indi “Ferrari”nin sərəncamında nadir istedad sahibi olan bir yürüşçü var.
Ən böyük səhvə yol verən Fettel və “Ferrari” olub. Yaxşılığa doğru dəyişiklik nominasiyasında Maks Ferstappen fərqlənib. O, mövsüm ərzində ustalığını təkmilləşdirərək yekunda 4-cü yeri tutub. İki dəfə dünya çempionu olmuş Fernando Alonsonun Formula 1 yarışlarını tərk etməsi “ilin vida mərasimi” adlandırılıb”.
“Kral yürüşləri” fanatlarının seçiminə əsasən Azərbaycan Qran-Prisi ikinci yerdədir
Ötən mövsümün ən yaxşı Formula 1 yürüşünün təyin edilməsi üçün səsvermədə 16 mindən çox adam iştirak edib.
“Kral yürüşləri”nin fanatları ABŞ Qran-Prisinin xeyrinə seçim ediblər. İkinci yeri Azərbaycan Qran-Prisi, üçüncü yeri Böyük Britaniya Qran-Prisi tutub.
Səsvermənin nəticələri belədir:
1) ABŞ Qran-Prisi – 30 faiz,
2) Azərbaycan Qran-Prisi – 13 faiz,
3) Böyük Britaniya Qran-Prisi – 9 faiz,
4) Almaniya Qran-Prisi – 8 faiz,
5) Avstriya Qran-Prisi – 6 faiz.
Xatırladaq ki, Azərbaycan Qran-Prisi aprelin 27-dən 29-dək Bakıda keçirilib. Bu mərhələdə “Mersedes” komandasının pilotu Lyuis Hemilton qalib gəlib. Finiş xəttinə ikinci çatan “Ferrari” komandasının yürüşçüsü Kimi Raykkonen olub, üçüncü yeri isə “Fors İndia” komandasının təmsilçisi Serxio Peres tutub.
FIA gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini təsdiqləyib
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini açıqlayıb.
Rəsmi təsdiqlənmiş cədvəldə 21 mərhələ yer alıb.
Mövsümə Avstraliya Qran-Prisi ilə start veriləcək. Yürüş gələn il martın 17-də Melburn avtodromunda keçiriləcək. Çempionatın sonuncu mərhələsi dekabrın 1-də Abu-Dabidəki “Yas-Marina” avtodromunda aş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.
Yarışlarda yay fasiləsi avqustun 4-dən sentyabrın 1-dək davam edəcək.
Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünün tam təqvimi:
15-17 mart – Qran-Pri Avstraliya
29-31 mart – Qran-Pri Bəhreyn
12-14 aprel – Qran-Pri Çin
26-28 aprel – Qran-Pri Azərbaycan
10-12 may – Qran-Pri İspaniya
24-26 may – Qran-Pri Monako
7-9 iyun – Qran-Pri Kanada
21-23 iyun – Qran-Pri Fransa
28-30 iyun – Qran-Pri Avstriya
12-14 iyul – Qran-Pri Böyük Britaniya
26-28 iyul – Qran-Pri Almaniya
2-4 avqust – Qran-Pri Macarıstan
30 avqust - 1 sentyabr – Qran-Pri Belçika
6-8 sentyabr – Qran-Pri İtaliya
20-22 sentyabr – Qran-Pri Sinqapur
27-29 sentyabr – Qran-Pri Rusiya
11-13 oktyabr – Qran-Pri Yaponiya
25-27 oktyabr – Qran-Pri Meksika
1-3 noyabr – Qran-Pri ABŞ
15-17 noyabr – Qran-Pri Braziliya
29 noyabr - 1 dekabr – Qran-Pri Əbu-Dabi.
Əbu-Dabi yürüşü hibrid turbomotorlara keçəndən sonra 100-cü yürüş olub. Bu yürüşlərin 74-də “Mersedes”in pilotları qalib gəlib.
Sebastyan Fettel mövsüm ərzində “Ferrari” pilotlarının hamısından çox xal toplayıb: 21-ci qələbə olacağı təqdirdə 525 xaldan 320 xal, yaxud maksimum göstəricinin 60,9 faizi.
Maks Ferstappen podiumların sayına Rene Arnu ilə bərabər nəticə göstərib: karyera ərzində 22.
Lyuis Hemilton liderlik etdiyi dövrələrin sayına görə Mixail Şumaxerin göstəricisinə yaxınlaşmaqdadır.
Fernando Alonso karyerası ərzində keçirdiyi Qran-Pri yarışlarının sayına görə ikinci yeri tutub.
2018-ci ildə “Mersedes” qazandığı xalların sayına görə “Red Bull”u qabaqlayaraq, Formula 1 tarixi ərzində 3-cü yeri tutub.
“Ferrari” komandası Formula 1 tarixi ərzində 750-dən çox podiuma çıxıb.
“Ferrari” komandası 950-dən, “Renault” 350-dən, “Red Bull” 250-dən çox Qran-Pri yarışında iştirak edib.
Niko Hyulkenberq 156 startı finişsiz başa çatdırmaqla öz antirekordunu yeniləyib.
“Red Bull Racing” ”Renault”un motorları ilə “Mersedes” və “Ferrari” ilə sabit rəqabət apara bilməyib. Buna baxmayaraq, dörd qələbə qazanıb. Bu da hibrid turboerasının digər illəri ilə müqayisədə daha çoxdur.
“Red Bull Racing” mövsümə yaxşı formada başlamaq üçün əvvəllər qışda aerodinamik boruda maksimum uzun müddət işləməyə çalışıb. Bununla belə, rəqibləri çox vaxt daha yaxşı formada olublar. Komanda məsələyə yanaşmanı dəyişib. Yeni maşını bir il əvvəl ilə müqayisədə 2,5 həftə tez hazırlayıblar. RB14 fevralın 19-da sınaqdan keçirilib. Maşın qış testlərinin öhdəsindən müvəffəqiyyətlə gəlib.
“Red Bull”un heyəti dəyişməyib. Komanda mühəndis və pilot kollektivinin sabitliyini mühüm üstünlüklərindən biri sayır. Mövsümün əvvəlində baş mühəndis Pyer Vaşe texniki direktor vəzifəsinə təyin edilib. Amma o da komandanın öz mütəxəssisi olub. Uzun illər Edrian Nyuinin rəhbərliyi altında işləyib.
“Renault”un güc qurğusunun zəifliyi və yetərincə etibarlı olmaması ilə bağlı problemlər olduğu kimi qalıb. Fransız motorçuları mövsümlərarası müddət ərzində bir addım irəli gediblər, lakin bir-biri ilə rəqabət aparan “Mersedes” və “Ferrari”nin mühəndisləri ciddi irəliləyişə nail olublar. Odur ki, “Renault”un motorları yenə də üçüncü yerlə kifayətlənməli olub.
Mövsümün əvvəlində komanda liderlərlə bərabər səviyyəli mübarizəyə ümid bəsləyiblər, lakin həlledici məqamda rəqiblər daha güclü olublar. Yalnız motorun gücünün həlledici əhəmiyyət daşımadığı asta traslarda nisbi bərabərlikdən danışmaz olardı. Lakin ”Red Bull Racing”də şassi həmişəki kimi çox effektiv olub.
Melburnda pilotlar iki maşınla xal qazanıblar, Bəhreyndə hər ikisi trasdan çıxıb. Çində Rikkardo qələbə qazanıb, Ferstappen isə finişə beşinci gəlib. Bu yürüş mövsüm gedişində ən məhsuldar yürüş olub, Bakıda keçirilən növbəti mərhələdə isə bir-biri ilə toqquşaraq trasdan çıxıblar.
Maks tez-tez qəza vəziyyətlərinə düşüb, o cümlədən öz günahı üzündən. Yazda Maks barəsində deyirdilər ki, onun idman psixoloqunun yardımına ehtiyacı var. Danieli isə maşın pis vəziyyətdə qoyub. 21 yürüşdən 9-da “Red Bull Racing”in heç olmazsa bir maşını finişə çatmayıb. Milton-Kinsdən olan komanda trasdan çıxmaların sayına görə ən pis komandalar sırasında olub. Çox vaxt trasdan çıxmaya “Renault”un güc qurğusu ilə bağlı problem səbəb olub.
Bir neçə il idi ki, “Red Bull” ilə “Renault”un ayrılması gözlənilirdi və bu artıq labüd görünürdü. 2007-ci ildə Edrian Nyui komanda üçün fransız motorlarını seçəndə bir çoxları təəccübləndi. Lakin səbəb bu motorların sıxma qüvvəsini artırmaq üçün işlənmiş qaz sistemini proqramlaşdırmağa imkan verən xüsusi iş rejimi ilə bağlı idi. Nəticədə çox rahat hərəkət edən maşın komandaya və Sebastyan Fettelə dörd çempion titulu qazandırdı.
“Renault”un motorçuları hibrid turboerasında geri qaldılar. “Mersedes” və “Ferrari” birbaşa rəqiblərini güc qurğuları ilə təmin etməkdən boyun qaçırdılar. Odur ki, “Red Bull” bir neçə il fransız motorları ilə işləməli oldu. İndi isə bu motorlardan imtina etmək imkanı yaranıb. Əvvəlcə bünövrə və mütəxəssis hazırlamaq üçün “Honda” motorlarını “Red Bull”un törəməsi olan “Toro Rossa”da tətbiq ediblər, indi isə komandanın özü bu motorlarla işləməyə hazırlaşır.
Mövsüm ərzində tərəflər dəfələrlə bir-birindən narazılıq ediblər. Ferstappen radionun birbaşa efirində ağına-bozuna baxmadan motorçuları tənqid edib və mövsüm ərzində güc qurğusunun elementlərinin sayı limitini aşdığı üçün cərimələnmiş ilk pilot olub. “Red Bull Racing” iyunun ortalarında “Honda” motorçuları ilə müqaviləni təsdiq edib.
Yazda Rikkardonun komandanı tərk edəcəyi barədə söhbətlər yayılıb. Ditrix Mateşits bildirib ki, avstraliyalının qalmasını istərdi, lakin getmək istəsə, ona mane olmayacaq. Sonra Daniel karyerasının növbəti mərhələsini əsas mərhələ adlandırıb. O deyib ki, bu mərhələni “düzgün” komandada keçirmək, yürüşlərdə qalib gəlmək və titullar qazanmaq istərdi.
“Red Bull Racing”də ona aydın şəkildə anladıblar ki, onlar Ferstappenə üstünlük verirlər. İkinci pilotun kim olacağı mühüm məsələdir, lakin prinsipial deyildir. Bu cür münasibət Rikkardonun xoşuna gəlməyib, hərçənd komandada aşkar qeyri-bərabərlik olmayıb.
Apreldə Rikkardo “Ferrari” ilə danışırlar aparıb. Tərəflər ilkin razılaşma əldə ediblər. Amma sonunda Skuderiya Şarl Rekleri seçdi. Çıxılmaz vəziyyət yarandı. Avstraliyalı “Honda” matorlarının necə işlədiyini başa düşmək üçün daha bir mövsüm “Red Bull Racing” ilə işləməyə hazır idi. Amma komanda onunla daha uzunmüddətli müqavilə imzalamaqda israrlı idi.
Artıq Rikkardonun komandanın heyətində qalacağı labüd görünürdü, lakin məsələ bir neçə gün ərzində həll olunub. Avstraliyalı gözlənilmədən bildirib ki, “Renault”un təklifinə razılıq verib.
Helmut Marko kənarda variantlar axtarmayıb. Ferstappenin komanda yoldaşı “Toro Rosso”dan gəlmiş Pyer Qasli olacaq. Pyer Qaslini “Toro Rosso”da yenidən Formula 1-ə qayıtmış Daniil Kvyat əvəzləyəcək.
Heyət açıqlanandan sonra çoxları deyirdilər ki, Qasli Rikkardo qədər yaxşı pilot deyildir. Lakin gəlin bu barədə yarım il sonra danışaq. Ətrafındakı komanda ilə Ferstappenni qabaqlamaq mümkün deyildir. Əgər Qasli ilə bağlı problemlər yaranarsa, Marko həmişə onun Daniil Kvyatla əvəzləyə bilər.
“Red Bull” etiraf edir ki, birinci mövsümdə çətin ki, “Honda” motorları ilə titul uğrunda mübarizə apara bilsin. “Red Bull” bu mövsümü keçid dövrü sayır və 2020-ci ildə qələbəyə ümid bəsləyir.
Lakin əgər 2020-ci ildə də qələbə qazanılmasa, Mateşits marağını itirə bilər. Axı iki komanda ona baha başa gəlir. Odur ki, “Red Bull Racing” titula namizədlər sırasına mümkün qədər tez qayıtmaq üçün mümkün olan hər şeyi edəcək.
2018-ci ildə “Ferrari” dünya çempionatında səbirsizliklə gözlənilən qələbəyə çox yaxın olub. Lakin bir neçə səbəbdən müvəffəqiyyət qazana bilməyib.
2017-ci il mövsümünün sonuna qədər mübarizə aparılmasına baxmayaraq, “SF71-H” üzərində işə yetərincə tez başlanılıb. Çox xərc tələb edən iki layihə üzərində işləmək üçün “Ferrari”nin yetərincə resursu var. “Mersedes” də eyni cür hərəkət edib. Gərgin qarşıdurma ilə müşayiət olunan bir mövsüm digəri ilə əvəzlənib.
“Ferrari”nin stavkası həmişə yüksək olub. Məqsəd yalnız birdir. Komanda mövsümün yekunlarına əsasən nəticə çıxarıb və maşının zəif tərəflərini aradan qaldırmağa çalışıb.
“Ferrari” pilotları qış testlərində protokola daha çox başçılıq ediblər. Sebastyan Fettel hətta Barselonada tras rekordunu təzələyib. “Ferrari SF71-H” böyük məsafə qət edib. Sürətli və etibarlı maşın yaradılıb.
Alman pilotu ilk iki yürüşdə inamla qalib gəlib və xeyli irəli çıxıb. Şanxayda keçirilən üçüncü mərhələdən əvvəl Hemiltondan 17 xal irəli olub. Bu, mövsüm ərzində “Ferrari”nin ən böyük üstünlüyü idi.
Çində Fettel Ferstappenlə insidentdən sonra xallarını itirib. Üçüncü yer uğrunda mübarizədə onların maşınları toqquşub.
Sonrakı iki yürüşdə Hemilton qalib gəlib. Yay mövsümündəki fasiləyə qədər mübarizə təqribən bərabər səviyyədə davam edib. Üstünlük bir komandadan digərinə keçib. Komandaların mübarizəsinə bəzən temperatur, bəzən də trasın konfiqurasiyası təsir göstərib.
“Ferrari” və “Mersedes” bir-birini üstələmək üçün fəal işləyiblər, hər bir Qran-Pri üçün maşınları təkmillədirməyə, bir-birinin addımlarını diqqətlə izləməyə çalışıblar. Mövsüm ərzində dəfələrlə reqlamentin pozulmasından şübhələndiklərini bildiriblər.
Mövsüm başa çatsa da, “Ferrari” nəticə çıxarmağa tələsmir. Hələlik heç kim işdən çıxarılmayıb. “Ferrari”nin yeni prezidenti Con Elkann komanda daxilindəki münaqişəni həll etməyə və onu qələbəyə ruhlandırmağa çalışır.
Növbəti mövsümdə Sebastyan Fettelin komanda yoldaşı gənc və çevik Şarl Lekler olacaq. Onların qarşıdurması böyük maraq doğurur.
Şayiələrə görə, mühəndislər aerodinamik boruda yeni maşının hazırlanmasının nəticələrini nikbinliklə qiymətləndirirlər. Lakin uzun mövsümün yekunlarına görə qələbə qazanmaq üçün “Ferrari”yə təkcə sürət deyil, həm də mütəşəkkillik və sabitlik lazımdır, axı “Mersedes”in bununla bağlı problemi yoxdur. İki ən güclü komandanın mübarizəsinin davamı çox gərgin və maraqlı olacaq.
“Renault” məqsədə doğru inamla irəliləyir, ildən-ilə inkişaf edir. Komanda 2018-ci ildə Konstruktorlar Kuboku yarışında dördüncü yeri tutub və Daniel Rikkardo ilə müqavilə imzalayıb, lakin o, hələ də liderlərdən çox geri qalır.
2018-ci il “Renault” komandasını üç ən yaxşı komanda sırasına qatmaq üzrə beşillik planın üçüncü ili olub. Şassi konstruktorları və motorçular maşını işləyib hazırlayan zaman onun etibarlı olmasına xüsusi diqqət yetiriblər. Onlar mövsümün yekunlarına görə dördüncü və ya beşinci yerə ümid bəsləyirlər.
Yeni “R.S.18” qış testlərində orta qrup komandalarının maşınları arasında ən yaxşısı olub. Birinci yürüş ümidləri doğruldub. Niko Hyulkenberq və Karlos Sayns finişə müvafiq olaraq yeddinci və onuncu gələrək xal qazanıblar. Komanda mövsüm ərzində ən çox yeddi-on arasında nəticə nümayiş etdirib.
“Red Bull Racing”dən geriqalma çox böyük olub. Güc qurğuları eyni olduğu üçün şassinin effektivliyindəki fərq aydın görünüb. “Renault” mövsüm boyu bu şöbəni fəal surətdə gücləndirib. Yayda şöbəyə FIA texniki departamentinin keçmiş rəhbəri Marsin Budkovski başçılıq edib.
Motorçular da boş oturmayıblar. Reqlamentə görə, mövsüm ərzində üç güc qurğusundan istifadə etmək olar. Hər növbəti qurğu əvvəlkindən təqribən 30 qüvvə daha güclü olub. Təəssüf ki, “Renault” üçün yanacaq məsrəfi yüksək olaraq qalıb. Bir çox traslarda pilotlar yanacağa qənaət etməli olublar. Komanda üzvləri dəfələrlə açıq şəkildə bu məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.
“Mersedes” ilə “Ferrari” müştərilərinin təsnifatda güc qurğusunun qüvvəsini artırmaq imkanları həmişə olub. “Renault”un mövsüm ərzində bu rejimdə işləməsinə imkan yaranmasına baxmayaraq, şənbə günləri belə geriqalma yetərincə böyük olub. Bazar günü mövqeni geri qazanmaq çox çətin olub: “R.S.18” düz və sürətli döngələrdə yaxın rəqibləri ayaqlaşa bilməyib və bu da mübarizəni çətinləşdirib. Mövsüm boyu “Renault” pilotları nadir hallarda öz mövqelərini geri qazanıblar.
“Renault” strategiyasının ideoloqlarından biri – “Renault Sport Racing”in prezidenti Jerom Stoll mövsümün sonunda öz vəzifəsindən kənarlaşdırılıb. “Renault” yaradılmasının təşəbbüskarı Karlos Qon maliyyə fırıldaqları ittihamı ilə Yaponiyada həbs edilib. Komandadan bildiriblər ki, bu, Formula 1-də yarışmağa təsir göstərməyəcək, amma bunu zaman göstərəcək.
“Renault” komandası üçün müvəffəqiyyət faktorlarının çoxu artıq var. Sadəcə bu faktorların hamısını işə salmaq lazımdır. Əlbəttə, lider komandaların büdcəsinin 60-70 faizini təşkil edən bir büdcə ilə buna nail olmaq çətindir. Büdcənin ciddi şəkildə artırılacağına isə ümid bəsləməyə dəyməz. “Red Bull Racing”in yüksək vəzifəli nümayəndəsi “Renault”un Formala 1-ə münasibətini obrazlı şəkildə belə təsvir edib: “Onlar biznes-klassla uçmağa çalışırlar, amma plaskart üçün pul ödəyirlər”.
Lyuis Hemilton Əbu-Dabi Qran-Prisini udmaqla, mövsümdə 11-ci, karyerasında 73-cü qələbəsini qazanıb. Onun komanda yoldaşı Valtteri Bottas yürüşü beşinci yerdə başa çatdırıb və şəxsi birincilikdə dördüncü yeri Maks Ferstappenə güzəştə gedib.
Lyuis Hemilton: “Əla ildir. Mən çox şeyə - sağlamlıq durumuma görə, komandama görə, bazada və trasda hamının fasiləsiz və gərgin işləməsinə görə təşəkkür edirəm. Mən, həmçinin pul yığıb yürüşə gələn, habelə evində televizorun qarşısında oturub Qran-Pri yarışlarına baxan, bizə müsbət enerji göndərən və bizim üçün daim dua edən bütün azarkeşlərə “Sağ olun” demək istəyirəm.
Mən bu il zəngin təcrübə topladım. Əbu-Dabiyə gəldim. Əmin olmaq istəyirdim ki, maksimum nəticə əldə edə bilərəm. Komanda bütün il gərgin işləyib. Çox istəyirdim ki, onlara yaxşı nəticə bəxş edim. Düşünürəm ki, buna nail oldum. Bütün il ərzində mənə göstərdikləri dəstəyə görə onlara minnətdaram. Bu il mən daha yaxşı pilot oldum. Öz üzərimdə işləməyə və enerjimi işlədiyim insanlarla bölüşməyə davam edəcəyəm.
Bu yürüşdə sükan arxasında sevinə-sevinə oturdum. Mən maşın sürməyi çox sevirəm. Bu gün hər dəqiqə mənim xoşuma gəldi. Ümidvaram ki, qarşıda hələ çox belə günlərim olacaq”.
Valtteri Bottas (5-ci): “yaxşı olardı ki, mövsümü yekunlaşdırıb. Bu yürüş çempionatın mənim üçün necə keçdiyini yaxşı əks etdirdi. Başlanğıc yaxşı oldu, sonra geriləmə başladı.
Yürüşün əvvəlində hər şey yaxşı idi, amma sonra, beşinci və səkkizinci döngələrdə təkərləri bloklamaqla üstünlüyü itirdim. Tormozla bağlı problemlərim vardı. Bundan əlavə, Maksın maşını ilə toqquşandan sonra kiçik deşik açılmışdı. Odur ki, ikinci dəfə şini dəyişməli oldum. Biz Maksla toqquşduq. Bu, dürüst, lakin sərt mübarizə idi.
Pit-stopdan sonrakı dövrələr uzun sürdü. Bilirdim ki, əvvəlki mövqeyimi qaytara bilməyəcəyəm. Mövsüm istədiyim kimi alınmadı. Şadam ki, başa çatdı. Lakin 2019-cu ili təmiz səhifədən başlamaq üçün dekabr ayında kiçik fasilə götürmək istəyirəm. Daha güclü qayıtmaq üçün bu mövsümdə baş verən bütün hadisələri təhlil etməliyəm”.
Komandanın rəhbəri Toto Volff: ”Mersedes Motosport” üçün müstəsna ildir. Biz Formala 3-də Mik Şumaxerlə, Formula 2-də Corc Rassellə titul qazandıq, biz minik avtomobilləri arasında Almaniya çempionatında, virtual yürüşlərdə və əlbəttə, Formula 1-də qalib gəldik. İl parlaq keçdi. Mən çox şadam ki, biz onu qələbə ilə başa çatdırdıq.
Mübarizə bütün mövsüm ərzində gərgin oldu. Biz hər iki çempionatı udmaq üçün var gücümüzlə çalışırdıq. Lyuis son yürüşə kimi mübarizə aparırdı, halbuki hələ Meksika Qran-Prisində titulunu təmin etmişdi. O, komandamız üçün çox dəyərlidir. Təkcə şəxsi birincilikdə qələbə onun üçün yetərli olmadı. O, bizə Konstruktorlar Kubokunu bəxş etmək və ayağını mövsümün sonunadək pedaldan çəkməmək istədi. Bu gün o, daha bir möhtəşəm yürüş keçirdi, hər bir dövrədə vəziyyətə nəzarət etdi.
Valtterinin tormozla bağlı problemləri yarandı. Biz bunun səbəbini öyrənirik. Amma artıq məsafədən görürük ki, maşın müvazinətini itirib. Valtteri mürəkkəb mövsüm keçirdi. Mən onun məyus olmasını başa düşürəm. Titul qazanmaq şansını itirən pilot üçün necə çətin olduğunu bilirəm. Ümidvaram ki, o, qışda yeni qüvvə toplayacaq və gələn il daha güclü şəkildə sıralarımıza qatılacaq”.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM