Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) vətəndaşlara, xüsusən də balıq ovu ilə məşğul olan şəxslərə balıqların icazəsiz ovlanmasının qarşısının alınması ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Qırmızı Kitabı”a daxil edilmiş dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş nərə, bölgə, uzunburun kimi balıq növlərinin ovlanması qanunvericiliklə qadağan edilib. Qadağalara baxmayaraq, bəzi hallarda balıq ovu biletlərinin (kvota) tələbləri kobud surətdə pozulur, qaydalara məhəl qoyulmadan ovu qadağan olunmuş nərəkimilər və digər balıq növləri ovlanır. Bu cür hallara Xəzər dənizinin sahil sularında tez-tez rast gəlinir:
"Təəssüf ki, balıqçılar təbiətə vurduqları zərərin fərqinə varmadan və məsuliyyəti dərk etmədən körpə nərə balıqlarını tutur, onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaradır, eyni zamanda digərlərinin də sayının azalmasına səbəb olurlar".
Nazirlikdən bildirilib ki, çəkisindən və ölçüsündən asılı olmayaraq, ovu qadağan olunmuş 2 baş balığın icazəsiz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır:
"Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə, qoruqların ərazisində və ya fövqəladə, yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə isə 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildildiyi təqdirdə 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
ETSN-dən əlavə edilib ki, İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulur:
"ETSN vətəndaşlara, xüsusən də balıq ovu ilə məşğul olan şəxslərə tövsiyə və xəbərdarlıq edir ki, balıqların icazəsiz ovlanmasına, satışına və alışına son qoysunlar. Əks təqdirdə, yaxın gələcəkdə bir çox nadir balıq növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi yaranar. Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə və gələcək nəsillər üçün qorumağa çağırırıq".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM