Əli Həsənov: "Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb"

14:01 / 08.11.2013

"ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubu, ilk növbədə, onun hörmət və ehtiramının əlaməti kimi dəyərləndirilir". Strategiya.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə üçüncü müddətə Azərbaycan Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə göndərdiyi təbrik məktubuna münasibət bildirərkən deyib.

Təbrik məktubunun bir neçə xüsusi özəlliyini şərh edən Ə.Həsənov bildirib ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb: "İndiyə qədər biz bu ölkə ilə strateji tərəfdaşlıq sahəsində Azərbaycanın öhdəsinə düşən bütün məsələləri vicdanla və lazımi səviyyədə həyata keçirmişik və bu sahədə də bizim başımız ucadır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə artıq 20 ilə yaxındır, ümummilli lider Heydər Əliyevin dövründən strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Bu strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycana aid olan bütün müddəalarını biz yerinə yetirmişik. Lakin, təəssüflər olsun ki, Azərbaycanın ABŞ-dan müəyyən gözləntiləri var ki, indiyə qədər ona ya yetərincə, ya da lazımi şəkildə cavab ala bilməmişik və bununla bağlı ABŞ-dan müəyyən narazılıqlarımız var idi. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, bu məktubda ABŞ-ın hörmətli Prezidenti Barak Obama, demək olar ki, o gözləntilərin əksəriyyəti ilə bağlı məsələlərə aydınlıq gətirib".

PA rəsmisi bildirib ki, ABŞ Prezidenti məktubda öz Administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib.

Ə.Həsənovun fikrincə, bu da, ilk növbədə, belə bir fikrə gəlməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı ilə bağlı qarşı tərəfin, yəni ABŞ-ın mühüm addımlar atacağı iradəsi var, bu iradə ortadadır və Azərbaycan bu iradəyə böyük ümid bəsləyir: "Bundan başqa, təbrik məktubunda Azərbaycanın davamlı olaraq ABŞ-la münasibətlərdə ön plana çıxardığı əsas məsələlərdən, əsas istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Təbrik məktubunda ABŞ Prezidenti bu ağrılı problemə diqqət ayırdığını, bundan sonra da bu münaqişənin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu, Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu problemi diqqətdə saxlayacağını, mövcud status-kvonu aradan qaldıracağı və ATƏT-in Minsk qrupunun həmsədri olan digər dövlətlərlə birlikdə bu münaqişənin həlli istiqamətində bundan sonra da səyləri davam etdirəcəyi iradəsini ortaya qoyub. Bunu da biz yüksək qiymətləndiririk, cünki Azərbaycanın ABŞ-dan strateji tərəfdaş olaraq, ilk növbədə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına söykənən həllinin tapılmasına və bu münaqişənin həll olunmasına dəstək gözləntiləri var".

PA rəsmisi bildirib ki, məktubda ABŞ-ın Azərbaycanın müəllifi olduğu bütün transmilli, enerji, nəqliyyat, kommunikasiya layihələrinə bundan sonra da dəstək verəcəyinin qeyd olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayaraq, sonrakı dövrdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, ondan sonra Bakı-Tbilisi-Qars dəmir yolu, indi TANAP, TAP və bu tipli layihələr, bundan başqa TRACECA, Şərq-Qərb kommunikasiya əlaqələri, digər layihələrin reallaşmasında ABŞ-ın həm mənəvi, həm maddi, həm də beynəlxalq dəstəyinə ehtiyacı olub və ABŞ bu ehtiyacları davamlı olaraq qarşılayıb: "Məktubda da bu layihələrin davam etdirilməsi ilə bağlı ABŞ-ın iradəsi öz əksini tapıb və bunu da Azərbaycan yüksək qiymətləndirir. Məktubda, o cümlədən Azərbaycanın daxilində gedən proseslər, ölkənin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la birgə strateji tərəfdaş olaraq verdiyi dəstəyin dəyərləndirilməsini də, əlbəttə, tərəfdaş kimi indiyə qədər həyata keçirdiyimiz tədbirlərə, siyasətə verilən dəstək kimi qiymətləndiririk. Düşünürük ki, bu, münasibətlərimizdə Azərbaycanın xidmətlərini dəyərləndirmək cəhdidir və müsbət qarşılanmalıdır. Bütövlükdə, düşünürük ki, cənab Barak Obamanın məktubunda qeyd olunan maraqlara əsaslanaraq bundan sonra da ABŞ-Azərbaycan münasibətləri davam etdiriləcək, Azərbaycanın həyata keçirdiyi siyasətə ABŞ dəstək verəcək və bu, nəinki ABŞ-ın, eyni zamanda, onun tərəfdaşlarının, müttəfiqlərinin dəstək verməsidir".

Ə.Həsənov deyib ki, məktubda Barak Obama Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı və bütün dünyada etiraf olunan son 10 ildəki inkişafı ilə bağlı məsələləri xüsusi vurğulayır, bunu Azərbaycan Prezidentinin, Azərbaycan Respublikasının müvəffəqiyyəti kimi qeyd edir və bundan sonra da ABŞ-ın tərəfdaş dövlət kimi Azərbaycanın nailiyyətlərinə sevinəcəyini xüsusi vurğulayır: "Prezident Barak Obama məktubda iki ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün bundan sonra demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini də vurğulayıb ki, bu da Azərbaycan tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar ABŞ-ın Azərbaycanı regionda özünün ən güclü strateji tərəfdaşlarından biri kimi qəbul etməsinin, onunla əməkdaşlığa xüsusi önəm verməsinin göstəricisi kimi dəyərləndirilir və Azərbaycan bir tərəfdaş kimi bu əlaqələrin inkişafına həm ABŞ-ın, həm də onun müttəfiqlərinin bundan sonra da dəstək verəcəyinə inanır".

 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM