Prezident İlham Əliyev son 15 ildə yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq edib.
Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi” kitabının və eyniadlı filmin təqdimat mərasimində çıxışı zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin Xilaskarı idisə, onun davamçısı olan İlham Əliyev son 15 ildə bu dövləti inkişaf etdirib, yeni idarəçilik modeli ortaya qoyub və yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq edib:
“İlham Əliyev 15 illik prezidentlik dövründə qlobal və sistemli strateji düşüncə tərzinə malik olduğunu nümayiş etdirə bilib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional əhəmiyyətli layihələr on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcək. Bu təşəbbüslər sayəsində açıq dənizlərə birbaşa çıxışı olmayan Azərbaycan regionun nəqliyyat-logistika mərkəzi statusu qazanıb, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi təmin edilib. Bu, cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq yükdaşımaları uğrunda rəqabətdə Azərbaycana önə çıxmağa, ölkənin qeyri-neft sektorunun inkişafında mühüm töhfə verməyə imkan verib. Onun təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji layihələri sayəsində Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Avropanın enerji təminatında bu gün yeganə alternativ mənbədir, bəzi ölkələrin enerji təchizatının 30-40 faizi Azərbaycan vasitəsilə həyat keçirilir”.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat qovşağına çevirir: “Beləliklə, Azərbaycan qitənin enerji və nəqliyyat xəritəsini yenidən dizayn etməkdədir. İlham Əliyevin təməlini qoyduğu və gerçəkləşdirdiyi layihələr - transmilli neft-qaz kəmərləri, qitələrarası nəqliyyat dəhlizləri, istifadəyə verilmiş kommunikasiya xətləri, liman və tərsanələr, hava limanları, çoxsaylı mədəni, tibbi obyektlər, elm, təhsil sahəsində həyata keçirdiyi ümummilli proqramlar, yetişdirdiyi sağlam gənclik hələ uzun illər Azərbaycanın rifahını, dövlətimizin davamlı inkişafını təmin edəcək”.
Ə.Həsənov bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin regionların inkişafını, gənclərin təhsilini, insan kapitalına dövlət sərmayəsinin qoyulmasını, vətəndaşın sosial haqlarını və sosial müdafiəsini önə çəkib, vətəndaşların sağlamlığının qorunması ilə bağlı konseptual siyasətə, milli mənəvi dəyərlərin qorunmasına, yeni nəsillərin öz tarixi irsinə sədaqət ruhunda böyüdülməsinə xüsusi diqqət yetirib, Azərbaycanın Ermənistan istisna edilməklə bütün qonşu ölkələrlə qarışlıqlı faydalı əlaqələr qurub:
“İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir”.
Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısının yürütdüyü məqsədyönlü sosial siyasət daim əhalinin rifah halının yüksəldilməsinə hesablanıb: “Bu siyasət xalq tərəfindən geniş dəstəyə malikdir. Yerli və xarici fərqli qurumlar tərəfindən aparılan monitorinqlər, keçirilən rəy sorğuları belə dəstəyin mövcudluğunu təsbit edir. Builki prezident seçkilərinin nəticələri isə xalqın İlham Əliyev siyasətinə yüksək etimadının nümayişi oldu. Davos İqtisadi Forumunun apardığı sorğuya əsasən, "siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycan dünyada 20-ci yeri tutur. Bu, İlham Əliyevin şəxsinə və iqtidarına xalqın böyük etimadının beynəlxalq etirafı kimi qəbul edilməlidir”.
Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev olduqca qətiyyətli və güclü siyasi iradəsi olan bir liderdir: “İlham Əliyev Azərbaycan naminə planlaşdırdığı siyasəti, proqram və layihələri həyata keçirmək üçün böyük əzm, titanik iradə nümayiş etdirir, bəzən qeyri-mümkün görünənləri gerçəyə çevirməyi bacarır. Azərbaycan xalqının maraqlarını beynəlxalq müstəvidə necə qətiyyətlə müdafiə etdiyi təqdim olunan kitabda və filmin kadrlarında da öz əksini tapıb. Onun rəhbərliyi ilə icra olunan strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib”.
PA rəsmisi əlavə edib ki, İlham Əliyevin yüksək siyasi mədəniyyəti qonşularla münasibətdə də özünü büruzə verir: “Bu və ya digər təşviq və təzyiqlərə baxmayaraq, indiyə qədər Azərbaycan hər hansı bir dövlətə qarşı platsdarm rolu oynamayıb. Ermənistanda baş verən son hakimiyyət dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə, Azərbaycan tərəfi fürsətcil davranışdan yayınıb. Nəticədə bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. Təsadüfi deyil ki, 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal alıb, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasiləri tərəfindən dilə gətirilib”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM