“Cənab Prezidentin yürütdüyü xarici siyasət çoxvektorludur” - ŞƏRH

20:38 / 24.12.2018

“Bu gün dekabr ayının 24-ü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür. Fürsətdən istifadə edərək mən də dövlətimizin başçısını səmimi qəlbdən təbrik edir, cansağlığı arzulayıram və Azərbaycanın dövlətinin inkişafı naminə müstəsna xidmətlərində yeni-yeni nailiyyətlər diləyirəm”. Bunu  millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın həm daxili siyasətində, həm də xarici siyasətində çox ciddi nailiyyətlərə imza atılıb: “Xüsusilə də daxili siyasətdə cənab Prezidentin rəhbərliyi altında qazanılan ən böyük nailiyyətimiz odur ki, ölkəmizdə sabitlik hökm sürür və təhlükəsizlik mühiti formalaşıb. Məhz bunun əsasında Azərbaycanın davamlı inkişafı təmin olunub. Bu sabitlik, təhlükəsizlik Azərbaycan Prezidenti ilə xalqının birliyi sayəsində əldə edilib. Xalqımız ölkə başçımızın siyasətinə dəstək verir və onu müdafiə edir. Prezident də yalnız və yalnız xalqın milli mənafeyindən irəli gələn bir siyasəti həyata keçirir. Ona görə də unikal bir birlik əldə edilib və bunun sayəsində də Azərbaycan çox ciddi nailiyyətlərə imza atır. Həm də dünya praktikasında belə sabitliyin əldə edilməsində iki yola ixtiyar verilir. Birinci inzibati yoldur. Yəni müxtəlif təsir, təzyiq riçarqlarını işə salmaqla əldə edilən sabitlikdir. Bu müvəqqəti olur, yəni uzunmüddətli olmir. Beləcə bunun perspektivi də yoxdur. Digəri isə xalqla hakimiyyətin birliyindən yaranan sabitlikdir. Bu isə uzunmüddətli sabitlikdir. Bu həm də inkişafın bütün nailiyyətlərinin kökündə dayanan həlledici amildir.

Məhz cənab Prezidentin siyasəti sayəsində son 15 ildə ölkəmiz çox ciddi nailiyyətlərə imza atıb. İqtisadiyyatımızda son 15 il ərzində 3.2 dəfə artım qeydə alınıb. Əsas hədəf qeyri-neft iqtisadiyyatının inkişafıdır ki, bu sahədə son 15 il ərzində 2.8 dəfə artım qeydə alınıb. Sənaye istehsalında 2.6 dəfə, kənd təsərrüfatında 1.7 dəfə, qeyri-neft ixracatında isə təxminən 4.1 dəfə artım qeydə alınıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları son 15 il ərzində 1.8 milyard dollardan 46 milyard dollar səviyyəsinə gəlib çatıb. Yəni bunlar birbaşa məqsədyönlü, sistemli, uzaqgörən, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Eyni zamanda bütün bu uğurların kökündə dayanan həlledici amil isə cənab İlham Əliyevin də söylədiyi kimi Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqlikdir. Məşhur bir ifadə var ki, “xarici siyasət daxili siyasətin davamı, onun tamamlanmasıdır”.

Bu gün Azərbaycan xarici siyasətdə çox ciddi nailiyyətlərə imzat atıb. Azərbaycan cənab Prezidentin yürütdüyü doğru, dürüst, məntiqli, düşünülmüş xarici siyasət sayəsində beynəlxalq aləmdə çox ciddi tərəfdaş çevrilib. Azərbaycan beynəlxalq aləmdə çox ciddi nüfuza malikdir və ona etibarlı tərəfdaş kimi yanaşırlar. Bizim müstəqillik dövrü tariximizin ən şanlı xarici siyasəti, uğuru heç şübhəsiz ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzv seçilməsi oldu. Bu həm də Azərbaycanın müstəqilliyinin 20 illiyinə təsadüf edirdi. Doğurdan da unikal bir hadisədir ki, BMT kimi nəhəng beynəlxalq universal təşkilatda Azərbaycan seçilə bilib. Bu da birbaşa ölkə rəhbərinin yürütdüyü o qətiyyətli, prinsipial və ilk növbədə müstəqil xarici siyasət kursunun bir təntənəsidir. Cənab Prezidentin yürütdüyü xarici siyasət nəticə etibarilə ona gətirib çıxarıb ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı həddindən artıq artıb. Xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda üçtərəfli, dördtərəfli və çoxtərəfli münasibətlər formalaşır.

Bizim ikitərəfli münasibətlərimizin yüksək olması sayəsində bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşa bilir. Əgər bizim qonşu dövlətlərlə ikitərəfli münasibətlərimiz yüksək səviyyədə olmasa idi heç bu nailiyyətlərə də imza atmaq olmazdı. Eyni zamanda cənab Prezidentin yürütdüyü xarici siyasət çoxvektorludur və müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacaran siyasətdir. İlk növbədə müstəqil xarici siyasətdir. Bunun sayəsində bizim həm Avropa ölkələri ilə, həm də müsəlman ölkələri ilə, ABŞ-la, qonşu dövlətlərlə, Rusiya, Türkiyə, İranla, Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimiz formalaşıb. Avropa İttifaqının 9 dövləti ilə bizim strateji tərəfdaşlıq müqaviləmiz var və əlaqələrimiz genişlənir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Bu da cənab Prezidentin çox uğurlu enerjili siyasətinin bir təntənəsidir. Bu nöqteyi-nəzərdən Avropanın enerji layihəsi hesab olunan Cənub Qaz Dəhlizini xüsusilə qeyd etmək istərdim. Bu layihənin reallaşması birbaşa ölkə başçısının qətiyyətli və prinsipial siyasəti nəticəsində baş verib. Cənub Qaz Dəhlizi ona görə baş tutub ki, cənab Prezidentin sözləri ilə desək, bu ilk növbədə azad rəqabət və enerji təhlükəsizliyi layihəsidir”.


Müəllif: Ceyhun Rasimoğlu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM