Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

13:46 / 26.12.2018

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

Mərkəzi Bankdan bildiriblər ki, qərara əsasən uçot dərəcəsi 9.75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75 faiz, aşağı həddi isə 7.75 faiz (±2 faizlik simmetrik diapazonda) səviyyəsində saxlanılıb. Qərar dekabrın 26-sı saat 14.00-dan qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam edib. 2018-ci ilin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir.

Dayanıqlı makroiqtisadi çərçivə risklər balansında başlıca sabitləşdirici amildir. Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur. Perspektivdə pul siyasətinin reaksiyası inflyasiya amillərinin dinamikası, davamlılığı və ötürücülüyündən asılı olacaq.

İnflyasiya prosesləri

Son iki ayda inflyasiyada azalma meyili davam edib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3 faiz təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır.

Mövsümi amillərin təsiri ilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0.6 faiz səviyyəsində qərarlaşıb.

İnflyasiya gözləntiləri və proqnozlar

İstehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib.

Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalıb, qeyri-neft emal sənayesi və tikintidə artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir.

Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2.3 faiz ətrafında qərarlaşacağı gözlənilir.

Xarici şərait

2018-ci ilin 11 ayında xarici ticarət balansında ÜDM-in təxminən 18 faizi səviyyəsində müsbət saldo yaranıb. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 11 faiz, qeyri-neft idxalı isə 33 faiz artıb.

2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımı gözlənilir.

Lakin beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalıb.

Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaq.

İqtisadi aktivlik

İqtisadi artım pozitiv dinamikanı saxlayır və potensial səviyyəyə yaxınlaşır. 2018-ci ilin 11 ayında iqtisadi artım 1 faiz, o cümlədən qeyri-neft sektorunda 1.4 faiz olub. Qeyri-neft sektorunda artım əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 8.7 faiz, kənd təsərrüfatında 4.6 faiz artım olub.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi qeyri-neft emalı, ticarət və xidmət sektorları üzrə yüksəlib, tikinti üzrə aşağı düşüb. Ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi pozitiv zonadadır. Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımını dəstəkləyən əsas amillərdir.

İnflyasiya riskləri

Risklər balansında tarazlıq qorunmaqdadır. Başlıca sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır.

Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bunlar Azərbaycan iqtisadiyyatına ticarət, investisya axınları, pul baratları və gözləntilər vasitəsilə də təsir göstərir. İnflyasiyaya təsir edə bilən daxili amillərə daxili tələbin genişlənməsi aiddir. Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər. Digər tərəfdən istehlak kreditləşməsinin aktivləşməsinin daxili tələbə və idxala təsiri makroprudensial siyasətlə qabaqlayıcı rejimdə tənzimlənməlidir.

Monetar şərait

Faiz dəhlizinin mövcud parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləməklə əhalinin antiinflyasyon davranışına zəmin yaradır.

Digər tərəfdən pul təklifinin genişlənməsi makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi aktivliyi dəstəkləyir. 11 ayda manatla geniş pul kütləsi 13.3 faiz artıb.

Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərinin dəyişdirilməsini inflyasiyaya xarici və daxili amillərin təsirini qiymətləndirmək əsasında həyata keçirəcək.

Faiz dəhlizinin parametrləri haqqında növbəti qərar barədə 2019-cu il fevral ayının 1-də açıqlama veriləcək və mətbuat konfransı keçiriləcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM