İsveçdə əcnəbilərə Azərbaycan musiqilərini tədris edən pianoçu Vüsalə Bağırova

16:10 / 26.12.2018

 

Bir millət haqqında hansısa təsəvvürə malik olmaq istəyirsənsə, öncə onun mədəniyyətinə, incəsənətinə nəzər salmalısan. Etiraf etmək lazımdır ki, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və incəsənəti var. Son 20 ildə Azərbaycan xalqı dünyanın başqa ölkələri ilə inteqrasiya olunur. İnteqrasiya proseisndə öz dəyərlərini, mədəniyyətini təqdim edir. Vətənini sevən hər bir azərbaycanlının üzərinə xaricdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək düşür.

Bu gün xeyirxah missiyanı İsveçdə aparan insanlardan biri də Vüsalə Bağırovadır. Vüsalə xanım neçə illərdir ki, İsveçdə Azərbaycan musiqilərini tədris edir.

O, Azərbaycanda Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində Təranə Şahmərdanovadan piano dərsi alıb. Kolleci bitirdikdən sonra Neftçala rayonunda musiqi müəllimi kimi çalışıb. 10 ildir İsveç Krallığının Stokholm şəhərində yaşayır. 4 ildir ki, Stokholmda musiqi məktəbində pianodan dərs deyir. Azərbaycanlı uşaqlarla yanaşı, ispan, çinli və isveçli, rus millətlərinin də tələbələri var.

Onlardan biri də bu günlərdə Azərbaycanın xalq mahnısı olan “Sarı gəlini” ifa edən çinli uşaq Amberdir. Məqsəd Azərbaycan musiqisinin xaricilərin dili ilə daha geniş təbliğidir.

Çinli tələbə Amberdir dərslərdə iştirak etməkdən məmnundur.

İsveçdə əcnəbilərə Azərbaycan musiqilərini tədris edən Vüsalə Bağırova “Vüsalə müəllimə bizə bütün dünya musiqilərindən, tarixindən və ölkələrin milli geyim mədəniyyətindən də əlavə məlumat verir. Azərbaycan milli geyiminin gördükdən və musiqisini eşitdikdən sonra mən, məhz bu geyimdə “Sarı gəlin” mahnısını konsertdə ifa etmək istədim və bunu etdim. Çox da alqış aldım”, - deyə təəssüratlarını bölüşür.

Vüsalə Bağırova Azərbaycan musiqilərini başqa millətin uşaqları tərəfindən sevilməsi bizim üçün sevindirici və qurur verici hiss olduğunu bildirir. “Repertuarımızda dünya musiqiləri ifa olunur. “Sarı gəlin” mahnısı milli geyimdə başqa millətlər tərəfindən yüksək qarşılandı. Düşündüm ki, gələn il konsert də ölkələrin musiqilərini ifa edərkən uşaqlar həmin ölkələrin geyimində ifa etsinlər, çünki musiqini sadəcə ifa etmək yox, həm də onun içində olmaq və hiss etmək lazımdır”.

Vüsalə Bağırova İsveçdə musiqilərimizi təbliğ edən Nəzakət Rəşidzadə ilə bərabər çalışır, konsertləri bərabər təşkil edirlər.

“Nəzakət xanım Azərbaycan Milli Konservatoriyanı skripka bölməsini bitirib (indiki Bakı Musiqi Akademiyası), kamera ansambl şöbəsində konsertmeystr kimi çalışıb. İsveç Krallığında skripkadan Azərbaycan uşaqlarına dərs deyir. Mənim qızımın da müəlliməsidir. Nəzakət Rəşidzadə azərbaycanlı tələbələri Qönçə və Nübar adında qızlardır.

Tələbələrim içərisində Əhməd Adıgözəlov var. Tanınmış musiqiçi Adıgözəlovlar nəslindəndir. Tələbələrimin yaşca ən böyüyüdür, daha çox klassik musiqiyə üstünlük verir. Tələbələrimin sonbeşiyi Laradır.

Stokholmda yeni yaranmış “Tumurcuq” teatrında musiqi bölümündə də təmənnasız çalışıram. Biz bütün dünyaya sübut etməliyik ki, Azərbaycan mədəniyyəti və tarixi qədimdir və möhtəşəmdir. Keçən il uşaqlarla bərabər, qocalar evində könüllü olaraq konsert verdik. Uşaqların çıxışından sonra, konsertin sonunda yaşlı insanların gözləri yaşla dolu idi. Konsertrin sonunda uşaqlara hədiyyələr təqdim etdik. Tədbirdə qonaq qismində İsveçdə yeniyetmə olmasına baxmayaraq, ölkəmizin adını həmişə uca tutan Məhəmmədəli Nəzərli və onun anası “Tumurcuq” teatrının rəhbəri Sevinc Nəzərli iştirak edirdi. Azərbaycan xalqının əsl xarakterini, həm insanı keyfiyyətlərini, həm mədəniyyətini, həm də incəsənətini əlimdən gəldiyi qədər İsveç xalqına çatdırmaq istəyirəm”, - deyə Vüsalə Bağırova əlavə edib.

P.S. Bəli, bu gün Vüsalə xanımın simasında Avropada yaşayan və onu təbliğ edən insanlarımızın sayı artmaqdadır. Mədəniyyət böyük silahdır. Ondan yararlanmaq mütləqdir.

Elnur Eltürk



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM