Pensiya ödənişində yeni qaydalar

13:53 / 07.01.2019

Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində həyata keçirilən bu yeniliyin məğzini şərh edərək deyib: ”Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə heç bir təşkilata müraciət edib sənəd toplamadan, pensiya yaşı tamam olan gün ona elektron qaydada pensiya təyin olunacaq. Ona, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Əgər pensiya təyin edilənlərdən kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çox təşkil edirsə, onların faktiki stajı əsasında pensiya təyinatı həyata keçirilir.

Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə bu barədə, həmçinin pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: “2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənilir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir”.

Çingiz Əliyevin verdiyi məlumata görə, yaşa görə müavinət təyin ediləcək on minlərlə vətəndaş pensiya sahəsində həyata keçirilən bu islahat tədbiri nəticəsində artıq əmək pensiyası hüququna malik olacaq: “Yəni bu il təxminən 19,5 min nəfər şəxs onlara avtomatik şəkildə 25 il sosial sığorta stajı hesablanması nəticəsində yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Bu da yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçdikləri üçün onların gəlirlərində artım özünü göstərəcək”.

Nazirliyin rəsmisi onu da bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin isə pensiyaları hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. daxildir. Lakin onların da pensiya təyinatının avtomatlaşdırılması üçün işlər aparılacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM