Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça ali təhsil müəssisəsinin “Fəxri doktor”u diplomunun təqdim edilməsi mərasimi təşkil olunub.
İnstitutdan verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Aİİ rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı Dövlət Universitetinin Ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri Kamil Günəş, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu iştirak edib.
Mərasimdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq Sərəncama əsasən, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edildiyini vurğulayıb.
Aİİ rəhbəri Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və məqsədyönlü surətdə davam etdirdiyini vurğulayıb.
C.Məmmədov Təyyar Altıkulaç haqqında ətraflı məlumat verib. O, iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulaçın böyük xidmətlərini, həmçinin tükənməz səylərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. İnstitut rəhbəri Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən də bəhs edib.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. Məruzəçi bu mərasimin təşkilini və Azərbaycan İlahiyyat İnstitutunun ilk fəxri doktorunun məhz Təyyar Altıkulaçın seçilməsinin təsadüfi olmadığını qeyd edib.
Mərasimdə İnstitut Elmi Şurasının 4 yanvar (Protokol №1) Qərarı ilə “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça Azərbaycan İlahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə, Aİİ-nin “Fəxri doktor” diplomu təqdim edilib.
Daha sonra çıxış edən Təyyar Altıkulaç Azərbaycana bağlılığından bəhs edib. Azərbaycanın uğurları ilə hər zaman fəxr etdiyini söyləyən Təyyar Altıkulaç göstərilən diqqət və qayğıdan, etimaddan qürur duyduğunu bildirərək ehtiramını ifadə edib. O, İlahiyyat fakültəsinin formalaşmasında keşməkeşli 26 illik zəhmətini, yorulmaz fəaliyyətini mərasim iştirakçılarının nəzərinə çatdırıb. T.Altıkulaç İlahiyyat fakültəsinin daha da inkişaf edib, İnstitut kimi fəaliyyət göstərməsini və ilk “Fəxri doktor” diplomunun məhz ona təqdim edilməsindən şərəf duyduğunu söyləyib.
Bakı Dövlət Universitetinin Ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev hazırda ilahiyyat sahəsində layiqli şəxsiyyətlərin yetişməsində, onların düzgün formalaşmasında 26 illik fəaliyyətinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki, hər zaman Azərbaycanın yanında olan qardaş və dost Türkiyə Dövlətinin bu istiqamətdə xidmətləri böyükdür. O qeyd edib ki, İnstitut Azərbaycan İlahiyyat elminə layiqli töhfələrini verəcəkdir.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri Kamil Günəş Dr. Təyyar Altıkulaçı fəxri doktor adı alması münasibətilə təbrik edib. Bu şərəfli yolda Təyyar Altıkulaça nailiyyətlər arzulayıb, həmçinin onun kimi şəxsiyyəti tanımaqdan məmnunluğunu ifadə edib.
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu öz çıxışında ilahiyyat sahəsində indiyə kimi görülən işlərin nəticəsini yüksək dəyərləndirdiyini qeyd edib.
Mərasimin sonunda Dr. Təyyar Altıkulaç ali təhsil müəssisəsində yaradılan şəraiti yüksək dəyərləndirərək, İnstitutun Fəxri qonaqlar kitabına ürək sözlərini qeyd edib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM