Ernest Nfor: Azarkeşsiz futbol təsəvvür etmirəm

09:00 / 08.11.2013

"Neftçi"nin hücumçusu Ernest Nfor klubun rəsmi saytına müsahibə verib

Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- "Neftçi"yə gəlişindən qısa müddət keçsə də, artıq demək olar ki, əsas heyət oyunçusuna çevrilmisən. Necə hesab edirsən, öz oyununu tapmısanmı?
- "Neftçi"yə uyğunlaşmağım çətin olmadı. Günü-gündən komanda yoldaşlarımla bir-birimizi meydançada daha yaxşı başa düşürük. Amma potensialımı tam açmağım üçün müəyyən vaxta ehtiyac var. Gələcək oyunlarda bundan da yaxşı oyun göstərəcəyimə inanıram.

- Azərbaycan mühitinə uyğunlaşa bilirsənmi?

- Burda mən tək deyiləm. Ailəmlə birgə yaşayıram. Azərbaycana gələn gündən buranın mühitinə uyğunlaşmağa çalışıram. Təbii ki, Avropa ölkələri ilə müqayisədə adət və dil fərqi var. Peşəkar futbolçu üçün bunlar maneə deyil və zamanla yoluna düşən şeylərdir. Gördüyünüz kimi Kardoso da artıq əsas komandada möhkəmlənib. Düşünürəm ki, yaxın vaxtlarda Melvin də öz sözünü deyəcək. Kardoso Braziliya, Rusiya və Rumıniya çempionatlarında, mən isə Belçika yüksək liqasında çıxış etmişəm. Melvin isə rəqabət baxımından daha güclü olan Hollandiya çempionatında oynayıb. Onu da nəzərə almaq lazımdı ki, "Neftçi"nin heyətində güclü rəqabət var. Məncə ona bir az zaman lazımdır.

- Azarkeşlər arasında "Böyük oyun"adını almış "Neftçi" - "Xəzər Lənkəran" matçının əsas qəhrəmanlarından biri idin. Özün fərqlənməklə yanaşı digər iki qolda da pay sahibi oldun.
- "Xəzər Lənkəran"a oyun bizim üçün çox vacib idi. Ümumiyyətlə futbolçu belə matçlarda göstərdiyi oyunla azarkeşlərin rəğbətini, məhəbbətini qazanır. Sevinirəm ki, meydana ikinci hissədə daxil olsam da, parlaq qələbəmizdə pay sahibi oldum. "Böyük oyun" böyük hesablı qələbəmizlə nəticələndi. Bu matçda vurduğum qolu ailəmə həsr etdim. Bundan əvvəlki oyunlarda da qol vurmaq üçün əlverişli imkanlarım olsa da, sanki bəxt məndən üz döndəriridi. Məsələn, AZAL və "Simurq"la oyunlarda topun qapı dirəyindən qayıtmasını xatırlatmaq istəyirəm. Bu gün mən vurdumsa, sabah komanda yoldaşlarım fərqlənəcək. "Neftçi"də, İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Bruno Bertuççi, Denis Silva kimi təcrübəli və güclü futbolçular var. Komandanın kapitanı Rəşad və Mahir həm Azərbaycan millisi, həm də "Neftçi" üçün çox faydalı oyunçulardır. Eyni zamanda çoxlu gənclər var ki, onlar da öz üzərində çalışsalar ən azından oynadığım Belçika çempionatında çıxış edə bilərlər.

- Yəqin ki, belə qələbələr çempionluq yolunda böyük rol oynayacaq...
- Mən rəqibləri fərqləndirmək istəməzdim. Bütün komandalar maksimum nəticə üçün oynayır. Çempionat oyunlarının yarıdan çoxu hələ qarşıdadır. Heç bir komanda indidən rahat nəfəs ala bilməz. Rəqiblərimizə hörmətlə yanaşırıq və hər matçda yalnız qələbə üçün meydana çıxırıq.

- Yəqin ki, azarkeşlərin də rəğbətini hiss edirsən...

- Mən azarkeşsiz futbol təsəvvür etmirəm. Açığı azarkeşlərin sayının az olması məni təssüfləndirir. Halbuki Azərbaycan çempionatının səviyyəsi heç də Belçika yüksək liqasının səviyyəsindən aşağı deyil. Son çempionat oyunumuzda azarkeşlərimiz nisbətən çox idi. İstərdim ki, hər matçda belə olsun. Onlarla oyundan sonra da ünsiyyətdə oluruq. Artıq Azərbaycan dilində də bir çox sözləri anlamağa başlamışam. Hardasa görəndə gülər üzlə görüşüb sevgilərini nümayiş etdirirlər. Azarkeşlərimizə ən yaxşı hədiyyəmiz çempionluqdur. Mən çempion komandaya gəlmişəm və yaxşı anlayıram ki, bizim hədəfimiz yalnız birinci yerdir. Üstəlik Avropada da öz sözümüzü deməliyik.

- 2012-ci ildə Kamerun millisinin heyətinə cəlb olunmusan. Yığmadan yenə təklif gözləyirsənmi?
- Bu, "Neftçi"də göstərəcəyim oyun səviyyəsinə bağlıdır. Əgər istədiyim oyunu göstərə bilsəm yenidən məşqçilərin maraq dairəsinə düşə bilərəm. Bilirsiz ki, Kamerun yığmasında da böyük rəqabət var. Bununla belə çalışacam ki, milli komandaya yenidən dəvət alım.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM