Şərur MTK-ya qarşı məhkəmə qərarı, vətəndaşlar Birinci-Vitse Prezidentə təşəkkür etdilər

13:11 / 15.01.2019

Saytımıza verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişi ilə “Şərur MTK-dan” mənzil verilməsi nəzərdə tutulan şəxslərlə adı çəkilən şirkətin rəhbəri İsfəndiyar Axundovun qanunsuz hərəkətləri ilə bağlı uzun  müddətdir davam edən məhkəmə prosesi başa çatmışıdr. Məhkəmə prosesində Birinci Vitse- Prezidentə müraciətdən sonra Apellyasiya məhkəməsi tərəfindən ədalətli qərar qəbul edilmişdir. Zərəçəkmiş şəxslər ədalətli qərarın qəbul edilməsi ilə bağlı I Vitse-Prezident Mehriban Xanım Əliyevaya təşəkkür məktubu ilə müraciət ediblər. Strategiya.az-a daxil olan müraciətdə deyilir.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya

Bakı şəhərində fəaliyyət göstərən “Mur-Ay” MMC,  “Şərur” MTK və  Bakı  şəhəri İcra Hakimiyyəti  tərəfindən aldadılaraq maddi və mənəvi  zərərçəkmişlər tərəfindən                                                                                                                                                                                                                                                                           

                                      TƏŞƏKKÜR ƏRİZƏSİ

 Çoxhörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz! Biz müxtəlif tarixlərdə rəsmi müqavilələrlə  “Mur-Ay” MMC-dən mənzillər və qeyri yaşayış sahələri aldıq. 2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq bizə küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs edilmişlər. “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu problemdən doğan gərginlik hörmətli  Prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir. Cənab Prezidentin göstərişi əsasında Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamış və problemin həlli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Şərur” MTK-ya həvalə edilmişdir. Bundan sonra “Mur-Ay” MMC-nin bütün əmlakları “Şərur” MTK-nın balansına keçirilmiş, əlavə olaraq “Şərur” MTK-ya 4 hektardan artıq torpaq sahəsı və 10 milyon manat maliyə yardımı ayırmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, biz zərərçəkmişlərə müxtəlif  bəhanələrlə mənzil verməkdən imtina etmişdir. Neçə illərdi müraciət etdiyimiz ilgili dövlət təşkilat və qurumları eləcə də dəfələrlə müraciət etdiyimiz məhkəmələr bizim əmlak hüquqlarımızın bərpa etməməsinə heç bir kömək etməmişlər. Əksinə hər dəfə  sanki vəzifə borclarıymış kimi “məğlubedilməz” İsfəndiyar Axundovun xidmətində durmuşlar. Son olaraq 2017-ci il boyu davam edən məhkəmənin də sonunda  hakim Ayaz Məmmədov (Yasamal rayon məhkəməsi)  bütün imkanlarını  “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun müdafiəsi üçün sərf etmiş və qanunlarla daban-dabana zidd tamamilə edalətsiz qətnamə qəbul etmişdir.

Hörmətli Mehriban xanım!                                                                                 

Hər yerdən rədd cavabı alaraq tam çarəsiz qaldıqdan sonra, 2018-ci ilin fevral ayında son ümid yeri olaraq Sizə imdad ərizəsi göndərərək xahiş etdik ki, bizim işimizi nəzarətinizə götürərək məhkəmənin ədalətli və obyektiv qərar çıxarmasına köməklik göstərəsiniz.         

Biz hamımız inanırıq ki, Siz bizim müraciətimiz əsasında bu işi nəzarətinizə götürmüş və işə yalnız və yalnız qanun əsasında baxılması və sonda ədalətli qərar çıxarılması barədə tövsiyyələrinizi vermisiz. Əminliklə bildiririk Bakı Apellyasiya Məhkəməsində 28 dekabr 2018-ci ildə qəbul edilən qanunauyğun və ədalətli qətnamə Sizin müdaxiləniz nəticəsində baş vermişdir! Və buna görə də Sizə dərin və sonsuz Minnətdarlığımızı bildirmək üçün bu məktubu yazdıq. 2018-ci ilin mart-dekabr ayları müddətində bizim apellyasiya şikayətimiz Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və  Məmməd Məmmədov tərəfindən araşdırıldı və sonda qanuni və ədalətli qətnamə çıxarılaraq iddiamız təmin edildi. İşimizin qanunauyğun, obyektiv və ədalətli araşdırılması üçün hakim Sənan Hacıyev və Məmməd Məmmədov Azərbaycan Respublikası Auditorlar Palatasının mütəxəssislərini araşdırmaya cəlb edərək “Şərur” MTK-dan məcburi qaydada (məhkəmənin qərarı ilə) götürülmüş 3000-dən çox müqavilə və ödəniş orderlərinin hesablanmasını təmin etdilər. Bu araşdırmanı vicdanla və ədalətlə apardıqları üçün Auditorlər Palatasının üzvləri Misir  Əhmədova və Əli Tarverdiyevə, illərdi böyük məhrumiyyətlər içərisində buraxılmış zərərçəkmişlər olaraq biz öz minnətdarlığımızı bildiririk.

Mərhəmətli Mehriban xanım!     

Bilirdik ki, Prezidentimizdən və Sizdən başqa heç kim bizim dərdimizə əlac etməyəcək. Ona görə də birbaşa Sizə müraciət etmişdik. Sizdən çox xahiş edirik, təvəqqə edirik ki, mərhəmətinizi bizim üstümüzdən əskik etməyin, bizim sözügedən mülki tələbimzə dair Ali Məhkəmədə də qanuni və ədalətli qərar çıxarılmasına köməklik edin.  Biz yalnız Sizə güvənirik. İnanırıq ki, öz mərhəmətiniz və ədalətiniz sayəsində bizə görə Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.

Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq. 

Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik!

Hörmətlə, zərərçəkənlər:

 Əhmədov Sübhan Süleyman oğlu_________________

 Cəfərov Mafisəd İltizam oğlu____________________

 Abbasov İlqar Vəlican oğlu______________________

 Əliyev Zəfər Əlisahib oğlu_______________________

 Məmmədli Müzəffər Əli oğlu_____________________

 Şirinbəyova Maral Muxtarpaşa qızı_________________

Abasova Seyranə Şərəfxan qızı_____________________

 İsgəndərov Vidadi Təhlət oğlu_____________________

 Aslanova Nailə Vasif qızı_________________________

Abasov Mahir Ruşan oğlu_________________________

Talıbova Zibeydə Dadaş qızı_______________________

Əliyev Qulamhüseyn Əlihüseyn oğlu_________________

 Abıyev Anar İsrəfil oğlu __________________________

 Səfərov Alim Ərəstun oğlu_________________________

15   yanvar 2019-cu il

Redaksiyanın qeydi: Müraciət ərizəsi vətəndaşların imzaları ilə təsdiqlənib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM