“Mavi” olduğumu səndən başqa kim deyirsə..." Azərbaycanlı aktyor

19:48 / 15.08.2014

O, çoxumuzun uşaqlığının qəhrəmanıdır. “Sehrli güzgü”nün “Ovçu Pirim”i bir zamanlar gündəmin ən üzdə olan aktyorlarından olsa da, son vaxtlar, demək olar ki, efirlərdən uzaq düşüb. Qısa çəkən söhbətimizdə aktyorla həm yaradıcılığından, həm də onun haqqında gəzən şayiələrdən danışdıq.

Strategiya.az Publika.az-ın Allahverdi Yolçuyevlə müsahibəni təqdim edir.

 

– Allahverdi müəllim, səhnə adamları ilə bağlı müxtəlif şayiələr dolaşır. Sizin haqqınızda yayılan söz-söhbətlər isə... orientasiyanızla bağlıdır...

  – (hirslənir) “Mavi” olduğumu səndən başqa kim deyirsə, qələt eləyir. Şübhəsi olan varsa, gəlsin, sübut eləyim...

 

 

– İlk sualıma cavabınız çox sərt oldu. Amma bu iddianı irəli sürən adamların motivləri nədir? Yəni hansı səbəbdən belə şayiələr dolaşa bilər? Deyirlər ki, od olmasa, tüstü çıxmaz...

– Mən elə şeylərlə maraqlanmram. Kimin haqqında nə dedikləri maraq dairəmdə deyil və özüm haqda belə söhbət eşitməmişəm. Sən hardan eşitmisən?

 

– Hardansa eşitmişəm. Amma sizin susmağınız razılıq əlaməti kimi görünür...

– Diqqətinə görə çox sağ ol, amma mən heç bir qəzetə, jurnala müsahibə vermək istəmirəm və bu, mənim  marağımda da deyil.

 

– Onda keçək yaradıcılıqla bağlı suallara.

– Buyurun.

 

– Yaradıcılıqda nə var, nə yox?

– Yayda hamı kimi məndə istirahət edirəm - ailəmlə, nəvələrimlə.

 

– Səhv etmirəmsə, heç bir teatrda işləmirsiniz. Niyə?

– Yox, səhv bilirsiniz. Bakı Satira Teatrında  işləyirəm.

 

 Bu qədər seriallar çəkilir, niyə sizi dəvət etmirlər? Yoxsa dəvət edirlər, özünüz razılaşmırsınız?

– Niyə ki, ara-sıra dəvət olunuram. Hazırda ANS-də yayımlanan “Fatimə” serialında çəkilirəm.

 

– Nə vaxtsa “Ovçu Pirim”in yenidən efirə qayıtmağı mümkündürmü?

– Pul vermirlər axı. Hara gedirsən, deyirlər ki, sponsor gətir. Kanallardan təkliflər var, amma sponsor istəyirlər. Pul tapsam, özüm xərcləyərəm də.

 

– Həmin personaj qismində məclislərə gedirsiniz?

– Hə, çağırılanda gedirəm.

 

– Demək, hələ də yaddaşlarda qalıb...

– Bəli.

 

– Toylara tamada kimi də gedirsiniz, səhv etmirəmsə...

– O olmasa, batarıq. Bizi tamadalıq yaşadır.

 

– Neçə ildir toylara tamada gedirsiniz?

– Artıq 30 ildən çoxdur.

 

– Qiymətlər qane edir?

– Pul almırlar ki, pul verirlər. Min bərəkət.

 

– Altı saatlıq toyu aparırsınız və hansısa gənc müğənni gəlib yarım saatlıq çıxışına görə sizdən 5 dəfə artıq qonorar alır. Belə olanda, yəqin, pis olursunuz...

– Bu da onun qismətidir, onun da bəxti belə gətirib. Ruzini Allah verir.

 

– Dublyajda eşidirik sizi, amma efirdə yoxsunuz.

– Efirə çağırılanda gedirəm. Hərdən filmlərə də çəkilirəm. Keçən il Məhərrəm  Bədirzadənin “Dələduzlar” filmində çəkildim. Başqa dəvətlər də olur. Sadəcə, hər dəvətə də getmək istəmirəm. Bu saat hər küçədən keçən kino çəkir. Kinoya böyük pullar, texniki avadanlıqlar lazımdır.

 

– Deyilənə görə, çox ucuz çəkilirsiniz. Hətta bəzən günü 30-40 manata.

– Pul məsələsi qalıb rejissorun insafına. Büdcəsi az olanda yaddaşda qalmaq üçün ucuz da çəkilirəm. Sənətdə əsas yadda qalmaqdır.

 

– 30 manat da ola bilər?

– Bu, onların insafına qalır. Aldadırlarsa,  yenə babalı öz boyunlarına.

 

– Allahverdi müəllim, “Ovçu Pirim” rolunu yaradıcılığınızın zirvəsi saymaq olar?

– Çox tamaşalar oynamışam, yadda qalıb da.

 

– Ölkəmizdə “Azdrama”, Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Teatrı kimi köklü teatrlar var. Nə əcəb, Bakı Satira Teatrında işləyirsiniz.

– Bu teatrda direktorumuz Maarif Məmmədovdur. Mən Sumqayıt Teatrında, “Muzkomediya”da işləmişəm, institutda dərs demişəm. Bəziləri yaradıcılığı fikirləşib, amma mən ailəni düşünmüşəm.

 

Teatrdan nə qədər maaş alırsınız?

– Hardasa, 100 manat. Hərdən oynayırıq ki, paslanmayaq da.

 

– İndi yaradıcılığınız toylardan ibarətdir də.

– Bəli, bəli. Bu dəqiqə bir ovuc aktyor var. Onlara yaxşı maaş versələr,  hər kəs öz işi ilə məşğul olar.

 

– Fəxri adınız da yoxdur. Sizcə, layiq deyilsiniz?

– Fəxri ad stimuldur. Hər bir aktyor arzulayır ki, dövlət onu qiymətləndirsin.

 

 Teatra ikinci dərəcəli kimi baxırsınızsa, toyları daha üstün hesab edirsinizsə, hökumət sizə niyə fəxri ad verməlidir ki?

– Mən indini demirəm ki,  35 ildir sənətdəyəm. Elə minlərlə film dublyaj eləmişəm. Onu hər adam bacarmır axı. Bacaran varsa, gəlsin. Aktyor sənəti çoxşaxəlidir, dublyaj da onun bir qoludur. Aktyor rəqs də etməlidir. Bu sənətə xor baxsaydım, sovet vaxtı təklif olunan vəzifələrdən yapışardım. Mən aktyorluğu hər şeydən üstün tuturam.

 

İntiqam Valehoğlu

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM