Hər bir sahə öz işini ilin, fəslin xüsusiyyətlərinə uyğun şəkildə qurur. Fəaliyyəti, əsasən, yerin altı ilə əlaqədar olan metropoliten üçün də bu məsələdə istisna yoxdur. Hər bir hava şəraiti yeraltı yolların özünəməxsus iqlim mühitini, qatarların normal işini təmin edən şərtlər tələb edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvar ayının 17-dən 18-nə kimi şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-sı açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görmüş "Bakı Metropoliteni" QSC həmçinin güclü qar və şaxtalı hava şəraitinə tam hazırdır.
Ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir. Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur. Elə buna görə də metropoliten ataların “Qışa yaydan hazırlaş” tövsiyəsinə əməl edir.
Hər il iyun-iyul aylarından “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun olaraq işə başlayırlar. Əmrdə bütün xidmətlər tərəfindən yerinə yetirilməli işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilir, hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilməklə tapşırıqların icra müddəti qeyd olunur.
Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz. Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar.
Hər il olduğu kimi, yol işçiləri qışa hazırlıq üzrə planda nəzərdə tutulmuş işləri payızın ilk ayında başa vurublar. Bununla əlaqədar qarla mübarizə işinin operativ planının hazırlanması, yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlərlə komplektləşdirilməsi, bu sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.
Qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb.
Park yollarının ərazisi yoxlanılıb, yollar, yolayırıcı qurğular və üfürücü qurğuların yerləşdiyi yerlər təmizlənib. Yol sahələrində çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılıb, işə yararsız alətlər təmir olunub.
Yol xidmətinin qəza-bərpa məntəqəsinin də vəziyyəti yoxlanılıb, qış şəraitinə tam uyğun olması təsdiq edilib. Qarın yığılması üçün tələb olunan alətlər saz vəziyyətdədir. Depo və park yollarında izolə qovşaqlarının vəziyyəti daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir. Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir.
Qış mövsümünün qarlı-çovğunlu günlərinin yaxınlaşması ilə əlaqədar olaraq, stansiyalarda da hazırlıq tədbirləri görülüb. Güclü qar yağıntısı zamanı stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz var. Stansiya heyətinin əlverişsiz hava şəraitində, xüsusən qar yağıntısı zamanı fəaliyyəti barədə işçilərə təlimatlar verilib. Onlar belə hava şəraitində stansiya pilləkənlərini nəzarət altında saxlamalı, sərnişinlərin hərəkəti ücün təhlükə yarada biləcək maneələri aradan qaldırmalı, şiddətli qar yağıntısı zamanı qarla mübarizə qərərgahından həmin stansiyaya təhkim olunmuş işçiləri dəvət etməlidirlər.
Bütün işlər bir daha göstərir ki, metropoliten istənilən hava şəraitində öz iş ahəngini saxlamaq gücündədir.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM