Nobel mükafatı alan bakılı alim

10:16 / 22.01.2019

Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı, bakılı Lev Davidoviç Landaunun anadan olmasından 111 il keçir.

Yanvarın 22-si Lev Landaunun doğum günüdür. O, 1908-ci ildə Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 1916-cı ildə Bakıda gimnaziyaya qəbul olunub və 12 yaşında buranı əla qiymətlərlə başa vurub. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. 1922-ci ildə 14 yaşlı L.Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul imtahanları verir və eyni vaxtda iki fakültədə — fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır. Kimya elmi gənc Landaunu çox maraqlandırıb. Lakin birinci semestrdən sonra o yəqin edir ki, fizika və riyaziyyat daha maraqlı və ürəyincədir.

L.Landau ilk elmi çıxışlarına məhz Azərbaycan Dövlət Universitetində (ADU) başlayıb. Əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi bu gənci universitetdə məşhurlaşdırıb və ona diqqəti artırıb. Məhz Bakıda aldığı təhsil L.Landaunun gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni üslubun və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin əsası olub. L.Landau çox gənc olmasına baxmayaraq, nəzəri fizika üzrə gələcək dahi alim kimi keçmiş SSRİ-nin elm mərkəzi sayılan Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola salınıb. 1924-cü ildə 16 yaşlı L.Landau Leninqrad Dövlət Universitetinin (LDU) fizika-riyaziyyat fakültəsinə köçürülüb.

1926-cı ildə L.Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunub. Bu elmi işi onu daha da məşhurlaşdırıb. L.Landau 1927-ci ildə LDU-da təhsilini başa vurub. Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirən gənc 21 yaşında elmlər doktoru dərəcəsini alıb. 1929-cu ildə L.Landau ilk dəfə Avropaya getmək imkanı əldə edib. Almaniyada qısa müddətdə qaldıqdan sonra Kopenhagenə yollanıb və burada Nils Borun Nəzəri Fizika İnstitutunda çalışıb. L.Landau həmişə özünü N.Borun tələbəsi hesab edib və onun fizikaya olan münasibətində bu alimin misilsiz rolunun olduğunu qeyd edib. Kopenhagendən sonra o, SSRİ-yə qayıdıb. 1932-1937-ci illərdə L.Landau Xarkov Mexanika və Maşınqayırma İnstitutunun nəzəri fizika kafedrasına rəhbərlik edib.1936-1937-ci illərdə L.Landau “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradıb, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edib. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınıb. 1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunub və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edib.

Elmi nailiyyətlərindən başqa L.Landau, eyni zamanda, keçmiş SSRİ-də nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoyub. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Qorkov, İsak Xalatnikov və Boris Yoffe kimi fiziklər bəxş edib.

1962-ci il yanvarın 7-də L.Landau ciddi avtomobil qəzasına uğrayıb. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatıb. 1962-ci ilin noyabrında L.Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi məşhur fizik L.Landaunun Stokholma gedə bilməməsi nəzərə alınıb və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edib. O, bir daha əvvəlki fəaliyyətinə qayıda bilməyib. Dahi fizik 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat edib.//Azərtac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM