Millət vəkili Cavanşir Feyziyevin Avropanın EURACTİV xəbər portalına müsahibəsi

15:20 / 22.01.2019

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropanın EURACTİV xəbər portalına müsahibə verib. Müsahibənin tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq:

Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfindən sədri: Avropa Parlamenti üzvləri səsverməzdən əvvəl faktları yoxlamalıdır!

 

Azərbaycanda baş verən bəzi hadisələr haqqında Aİ-də və ya onun bəzi siyasətçiləri tərəfindən qərəzli niyyətlərlə şərh edilir. AP-nin bəzi üzvləri Aİ-Azərbaycan yaxınlaşmasına mane olmaqda maraqlıdırlar. - EURACTIV-ə müsahibəsində Cavanşir Feyziyev belə deyir.

Cavanşir Feyziyev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədridir. İxtisasca dilçi olan cənab Feyziyev, 2010-cu ildə parlamentə üzv seçilməmişdən əvvəl özəl sektorda çalışmışdır. 2015-ci ildə yenidən parlamentə seçilmişdir.

Müsahibəni aldı: cənab Georqi Gotyev | EURACTIV.com 21 yanvar 2019

GG: 17 yanvar tarixində AP tərəfindən qəbul edilən və Mehman Hüseynovun işinə sizin ölkə rəhbərliyi tərəfindən yanaşmaya olduqca tənqidi yanaşan “Azərbaycan, xüsusilə Mehman Hüseynov işi” adlı qətnaməyə sizin reaksiyanın nədir? Onun həbs olunma səbəbləriylə bağlı sizin hökumətin versiyası nədir? Ölkənizdə liderin, məsələn prezidentin və yaxud vitse-prezidentin tənqid olunması mümkündürmü?

CF: İlk baxışda belə görünür ki, qəbul edilən Qətnamə sosial şəbəkələrdə yayılmış mənfi məlumatlara verilmiş reaksiyadır. Lakin biz AP üzvlərinin hadisə ilə bağlı doğruluğu yoxlanıla bilən mənbələrdən daha ətraflı məlumat toplamalarını gözləyərdik. Çünki bəzi hallarda, elə bu halda olduğu kimi, sosial şəbəkələrdən alınan ilkin məlumatlar yanlış ola bilir. Bu müzakirələrin təşəbbüskarı olmuş bəzi AP üzvləri Azərbaycandan olan həmkarları ilə əlaqə saxlamağa cəhd etdikləri haqda fikirlər səsləndirdi, halbuki onların

azərbaycanlı həmkarları belə bir təşəbbüsdən xəbərdar deyillər. Ancaq bir hal istisna təşkil etmişdir ki, həmkarım, PƏK-in Avropa Parlamentindən olan həmsədri cənab Səccad Kərim mənə zəng etmiş və Mehman Hüseynovun işi ilə bağlı narahatçılığını bildirmişdir və biz öz aramızda məlumat mübadiləsi etmişik. (Səccad Kərim səsvermədə bitərəf qalmışdır – redaksiya).

Azərbaycanda mətbuat üzərində mövcud olan bütün məhdudiyyətlər 1996-cı ildə söz və ifadə azadlığına dair imzalanmış xüsusi bir fərmanla aradan qaldırılıb. O vaxtdan etibarən hər hansı bir şəxsi, o cümlədən hökuməti, prezidenti və yaxud vitse-prezidenti tənqid etmək heç də problem deyil. Elə bu gün də siz Azərbaycan mətbuatında ölkənin siyasi liderləri və hökumət rəsmiləri haqda kifayət qədər tənqidi şərhlər tapa bilərsiniz. Söz və ifadə azadlığı, siyasi pluralism, toplaşma azadlığı qanunla təmin olunmuşdur. Hazırda mənim ölkəmdə 400 çap mətbuatı, 20-dən artıq müstəqil informasiya agentliyi, 11 milli televiziya kanalı, 4 peyk televiziya kanalı, 13 regional televiziya kanalı və 26 IP televiziya kanalı mövcuddur. Əhalinin 80 %-i internet istifadəçisidir. 10 milyon olan əhalimizin 3 milyondan artığı Facebook, LinkedIn, Twitter və digər bu kimi sosial şəbəkələrin müntəzəm istifadəçiləridir. 40-dan artıq internet xidməti göstərən provayderlərlə birlikdə ölkədə müasir IT infrastrukturu qurulmuşdur. Belə bir şəraitdə söz azadlığının məhdudlaşdırılmasından danışıla bilməz.

 

GG: Qətnamədə “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalardan və hökumət əleyhinə tənqidi səslərin susdurulması üçün qurama ittihamlardan istifadə edilməsinə dair iddialardan” xüsusi olaraq danışılır. Bu, ölkənizin imici üçün nə deməkdir? Yoxsa siz bu dəyərləndirmələrin ədalətsiz olduğunu deyəcəksiniz?

CF: Əlbəttə, təcili müzakirələrin təşkili və belə mənfi bir qətnamənin qəbul edilməsi ölkəmizin imicinə zərər yetirir. Məni narahat edən də məhz odur ki, ölkəmə qarşı bu hücumun əsas məqsədi vətəndaş cəmiyyətinin hüquqlarının qorunması deyil, ölkənin imicinə mümkün qədər çox xələl gətirilməsidir. Ciddi şəkildə inanırıq ki, bu müzakirələrin təşəbbüskarlarının gündəmində məhz bu məqsəd var idi. Mən əminəm ki, mənim AP-də olan bir sıra həmkarlarım həqiqətən səmimi niyyətlə ədalətə töhfə verməkdir, bununla belə bəzilərinin tamam başqa məqsədləri olduğunu da bilirəm.

Müzakirələr zamanı çıxış edənlərin bəziləri isə ölkəmizə qarşı apardıqları davamlı və yaxşı əlaqələndirilmiş əks- təbliğatlarına görə Azərbaycanda kifayət qədər tanınmışlar.

 

GG: Qətnamə Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, İlgiz Qəhrəmanov, Əfqan Sadiqov və sair kimi jurnalistlər, insan hüquqları müdafiəçiləri və digər vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla siyasi məhbusların adlarını çəkir və onları şərtsiz azadlığa buraxmağa çağırır. Bu baş verəcəkmi? Əgər baş verməyəcəksə, nəticələrin çox mənfi olacağını düşünmürsünüzmü?

CF: Siyasi məhbus olaraq adlandırılan şəxslərin siyahısı özündə Suriya və İraqa göndərmək üçün döyüşçü toplayan şəxsləri də ehtiva edir. Dolayısı ilə bu, obyektiv siyahı olmaqdan çox uzaqdır. Daha əvvəl də dediyim kimi, tənqid etməklə bağlı heç bir problem yoxdur, ancaq diffamasiya tam başqa bir məsələdir və dünyanın istənilən demokratik cəmiyyətində qanun qarşısında cavabdehlik doğurur. Jurnalist hər hansı bir vətəndaşa aid şəxsi məlumatları qanuna zidd olaraq yayırsa və yaxud hər bir vətəndaşın qanunla qorunan şəxsi həyatına müdaxilə edirsə, qanunu pozmuş olur, mühakimə edilir və məhkum olunur. Yaxud jurnalist öz statusundan başqalarını şantaj etmək üçün istifadə edirsə və ya bu şantajı dayandırmaq üçün rüşvət tələb edirsə, bu halda da mühakimə və məhkum olunur. Azərbaycanda hər hansı bir mətbuat qurumun qeydiyyatdan keçməsi çox sadədir: atmalı olduğunuz yeganə addım Ədliyyə nazirliyinə onlayn qaydada bildiriş göndərməkdir. Bəzi şəxslər bu imkandan jurnalist və ya QHT adı altında immunitet qazanmaq və bununla da qanunazidd aktlar həyata keçirmək üçün sui-istifadə edir. Əgər biz qanunun aliliyindən danışırıqsa, məhkum olunmuş hər bir insan hər hansı bir qurumun siyasi qətnaməsi ilə yox, yalnız məhkəmənin qərarı ilə azadlığı buraxıla bilər.

 

GG: Düşünürsünüz ki, Aİ və onun bəzi siyasətçilərinin Azərbaycana qarşı mənfi yanaşması var? Sizcə onların motivasiyası nədir?

Azərbaycanda baş verən bəzi hadisələr haqqında Aİ-də və ya onun bəzi siyasətçiləri tərəfindən qərəzli niyyətlərlə şərh edilir. AP-nin bəzi üzvləri Aİ-Azərbaycan yaxınlaşmasına mane olmaqda maraqlıdırlar. Biz onları çox yaxşı tanıyırıq. Bunlar məhz o şəxslərdir ki, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, azərbaycanlıları öz doğma yurd-yuvalarında etnik təmizləməyə məruz qoyan Ermənistan hərbiçilərinə şüurlu şəkildə siyasi dəstək vermişlər. Bu AP üzvləri qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş, Aİ və bütün beynəlxalq təşkilatların qeyri-qanuni hesab etdikləri “yerli seçkilər”də müşahidəçi kimi iştirak etmişlər. Onlar Azərbaycanın beynəlxalq imicini zədələmək üçün daimi olaraq AP və AŞPA daxilində daim ölkəmizə hücum edirlər. Anlamaq çətin deyil ki, bu heç də onların altruizmindən (saf niyyətliliyindən) irəli gəlmir. Onların Avropanın müxtəlif ölkələrində, o cümlədən bu şəxslərin öz ölkələrində yuva salmış cinayətkar erməni qrupları tərəfindən maliyyələşdirildiyinə dair faktlar kifayət qədərdir.

 

GG: Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfinin bu Qətnaməyə cavab planı nədir? Bu, daha yaxşı anlaşma və ya mövqelərin aydınlaşdırılması ilə bağlı olacaq yoxsa qarşıdurmaya gətirib çıxaracaq?

CF: Biz Mehman Hüseynovun işi ilə bağlı vəziyyətin aydınlaşdırılması və bu iddialara aydınlıq gətirilməsi ilə daha çox məşğul olacığıq. Qarşıdurma üçün hər hansı bir əsas yoxdur, biz ədalətli əməkdaşlıq tərəfdarıyıq. Təxmin edirəm ki, Qətnamə təşəbbüskarları öz hesablarını məhz bu ssenarinin əksinə qurmuşdular.

Azərbaycan davamlı əməkdaşlıqda maraqlı olan hər bir dövlətlə, ilk növbədə isə Aİ ilə ikitərəfli, qarşılıqlı faydalı əməkdaşlıq üçün açıq olan bir ölkədir. Mənim ölkəmdə son 10-15 ildə icraedici və qanunverici sahələrdə çoxsaylı islahatlar həyata keçirilib ki, onların da böyük əksəriyyəti məhz Avropalı tərəfdaşlarımızla əməkdaşlıq əsasında baş verib. Bu islahatların həyata keçirilməsində nou-hau Avropalı tərəfdaşlarımızın olsa da, siyasi iradə məhz Azərbaycan tərəfinin olub. Ona görə mən əminliklə ölkəmizdə demokratiya və azadlıqların iinkişafı ilə bağlı şübhəsi olan hər bir kəsi Azərbaycana səfər etməyə və reallıqların şahidi olmağa dəvət edirəm.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM