1971-ci ildən keçirilən, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi və artıq qlobal platforma hesab olunan Davos İqtisadi Forumu təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. 49-cu Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq etdi.
Bu sözləri Strategiya.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev artıq 13-cü dəfədir Dünya İqtisadi Forumunda iştirak edir. Azərbaycan Prezidenti Forum çərçivəsində bir sıra dövlət rəsmiləri və nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə iyirmiyə yaxın görüş keçirdi.
Bununla yanaşı, dövlətimizin başçısı Çinin CGTN (China Global Television Network) və Rusiyanın “Rossiya 1” televiziya kanallarına müsahibələr verdi.
Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada çıxış edən Prezident İlham Əliyev müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi. Azərbaycan həqiqətlərini diqqətə çatdıran Prezident qeyd etdi ki, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial, iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həlli ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı olub. Bu mənada, dövlət başçısı Azərbaycanın həyata keçirdiyi strategiyanın qazandığımızdan daha az xərcləməkdən ibarət olduğunu diqqətə çatdırdı. Bununla yanaşı, daxili borcun çox aşağı olduğunu bildirən Prezident vurğuladı ki, bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir və bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bütün infrastruktur layihələrinin, yəni, ölkələri bir-birinə birləşdirən layihələrin borcsuz həyata keçirildiyini bildirdi.
Prezident İlham Əliyev Çinin CGTN televiziya kanalına geniş müsahibəsində iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verən amillərdən geniş bəhs etdi. Neft və qazı iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi qiymətləndirən dövlət başçısı böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox mühüm tərəqqiyə nail olduğumuzu diqqətə çatdırdı. Əsas vəzifəmizin iqtisadiyyatımızı şaxələndirmək və neft-qazdan asılılığımızı azaltmaq olduğunu bildirən Prezident dedi: “Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının “Doing Business” reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq”.
Azərbaycanın dəmir yollarının, altı beynəlxalq hava limanının, eləcə də 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Ələt Ticarət Limanının olduğunu bildirən dövlət başçısı bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodunun və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı.
Prezident İlham Əliyev iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsinin prioritet məsələ olduğunu bildirərək qeyd etdi ki, müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altına düşdü.
Dövlət başçısı diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə ərazi bütövlüyümüzün bərpa edilməsinin və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq və bu səbəbdən də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var: “Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq”. Torpaqlarımızın işğalını davam etdirən ölkənin bütün bunları qiymətləndirməli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq: “Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.
Onu da qeyd etmək vacibdir ki, Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi və hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycanın dərhal belə cəhdləri rədd etdiyini vurğulayan Prezident İlham Əliyev xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşdüyünü bildirərək deyib ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır və danışıqlar prosesi üçün yalnız bu format məqbuldur. Bu baxımdan, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti dünyada aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamə qəbul etdiyini, lakin münaqişənin həllini tapmadığını, qətnamələrin icra olunmadığını diqqətə çatdıraraq bildirib ki, buna görə də biz beynəlxalq hüquqa arxalanmalıyıq, lakin eyni zamanda, biz daha güclü olmalıyıq: “Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik”.
Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunduğunu, yeni münaqişə mənbələrinin, yeni risk mənbələrinin yarandığını qeyd edən dövlət başçısı bildirdi ki, əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Qonşularımızla münasibətlərin prioritet olduğunu bildirən dövlət başçısı, həmçinin qeyd etdi ki, dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın nailiyyətlərindən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır: “Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olmuşdur. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes dairələri, investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq. Biz demək olar ki, 250 milyard dollar həcmində investisiya cəlb etdik”.
Azərbaycanın böyük etimad qazanan ölkə olduğunu diqqətə çatdıran dövlət başçısı qeyd etdi ki, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır və biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Bütün bunlarla yanaşı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu vurğulayan Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, bizim ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmadığımızı, bu səbəbdən də artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanındığımızı və daxili sabitlik, iqtisadi inkişafın bizə bu gücü verdiyini bəyan etdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM