Ədalət, vicdan və hüquq: Avropanın "mehmanşünasları" və "nüfuz agentləri"

08:14 / 25.01.2019

Avropa Parlamenti Azərbaycanla bağlı növbəti bədnam "sənəd" qəbul edib. Dünyanın hər yerində hüquqları pozulan insanlar, zorakılığa məruz qalan müsəlman qadınlar, qocalar, həlak olmaqla həyatlarını itirən dinc sakinlərin hüquqları qalıb bir kənarda, Azərbaycanda törətdiyi cinayət əməlinə görə həbs edilən bir bloqqerin "hüququ" AP-ni "narahat" edib. Azərbaycanda da dərhal bir sıra dairələr "müdrik poza" almağa başlayıblar. Bəs, "bu belədir, o da elədir" və s. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Ölkəmizə qarşı bizə və insanlığa dost olmayan dairələr növbəti qarayaxma kampaniyasına başlayıblar. Onlar ədaləti, vicdanı və hüququ bir kənara qoyub, "nüfuz agentləri" ilə küçələrdə və sosial şəbəkələrdə "tanqo" oynayırlar. Amma belə getsə, yıxılacaqlar. AP-nin M.Hüseynovla bağlı qəbul etdiyi "sənəd"lə birlikdə tarixin arxivinə atılacaqlar. Bu məsələ üzərində bir qədər geniş dayanaq.

"Təcili qətnamə": kim hara tələsir?

Avropada bəzi dairələrin antiazərbaycan mövqeyində qalmaqda davam etdiyini təsdiqləyən növbəti hadisə baş verdi. Avropa Parlamenti yanvarın 17-də "Mehman Hüseynovla bağlı təcili qətnamə" qəbul edib. Onun həmmüəlliflərindən biri Almaniyadan Yaşıllar qrupunun üzvü Rebekka Harmsdır. Bu adamın kimliyi məlumdur: Soros tərəfdarıdır. Mehman Hüseynovla bağlı məsələdə sual doğuran məqam ondan ibarətdir ki, nədənsə, AP-də Azərbaycanla əlaqəli sənədləri, adətən, öncədən antiazərbaycan mövqeyinin olduğu məlum olanlar hazırlayırlar. Normal halda bu kimi işlər uyğun mütəxəssis və ya obyektiv mövqeyi olanlara tapşırılmalıdır.

Səbəbi, bizcə, aydındır. Çünki həm AP daim ədalətli və obyektiv mövqedə olmalıdır ki, cəlbediciliyini saxlaya bilsin, həm də hazırda Azərbaycanla Avropa İttifaqının münasibətlərinin nə dərəcədə həssas olduğu sirr deyil. Rəsmi Bakı dəfələrlə sübut edib ki, müstəqil siyasi kurs aparır və kimsənin diktəsini qəbul etmir. Bir sıra postsovet ölkələri Brüsselin hazırladığı əməkdaşlıq sənədini gözüyumulu imzaladısa, Azərbaycan qarşılıqlı faydalı əlaqələr və suverenliyin təmini şərtlərini rəhbər tutaraq özü sənəd hazırladı. İndi həmin sənəd konstruktiv şəkildə müzakirə edilir və tərəflərin ortaq mövqeyə gəlməsi ehtimalı yüksəkdir. Bu barədə Aİ-nin yüksək rütbəli məmurları belə fikir bildiriblər.

Bunlara baxmayaraq, AP yenə köhnə şakərindən əl çəkmir. Azərbaycana qarşı obyektiv olmağı bacarmayanlara bu dövlətlə əlaqəli "sənəd" hazırlamağı rəva görür və ya sifariş xarakterli bədnam "sənəd"i müzakirə edib, qəbul edir. M.Hüseynov məsələsinin məzmunu və məqsədi əvvəlcədən bəlli idi. Həbsdə olan bir adamdan istifadə edərək Azərbaycana qarşı növbəti "qara piar" kampaniyası təşkil etmək istəyənlərin meydanda olduğu şübhə doğurmurdu. Onlara da yerli "nüfuz agentləri" və ya "beşinci kolon" züy tuturdu. Aydın görünürdü ki, hər şey kənardan sifariş əsasında təşkil edilib. Öncədən planlaşdırılıb və addım-addım həyata keçirilməlidir.

Təbii ki, biz insan haqlarının təmin edilməsi zərurətini qətiyyən inkar etmirik. Bu məsələ dünyanın istənilən ölkəsində olduğu kimi, Azərbaycan üçün də əhəmiyyət daşıyır. Azərbaycan iqtidarı insan haqlarının təmin edilməsi istiqamətində ciddi addımlar atır. Azərbaycanda söz azadlığı, fikir azadlığı, dini tolerantlıq, müxtəlif etnik qruplara qarşı yalnız hüquqi davranmaq kimi təməl prinsiplərə ciddi əməl olunur. Hazırda Azərbaycan Cənubi Qafqazda bu parametrlər üzrə liderdir. Bu reallığı hər kəs görür. Ancaq M.Hüseynov məsələsinə gəlincə, açıq görünür ki, pərdə arxasında ssenaristlər mövcuddur. Və onları bu gənc oğlanın hüquqları və taleyi deyil, Azərbaycana qarşı düşündükləri planın detallarını həyata keçirmək maraqlandırır.

Bir neçə misal üzərində bu tezisi tam sübut edə bilərik. Məsələn, 1988-ci ildən bu yana Ermənistandan, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafında olan yeddi rayondan yüz minlərlə azərbaycanlı qovulub, onlara qarşı terror aktları törədilib, həlak olublar, tarixi mədəniyyət abidələri, müqəddəs yerlər təhqir olunub. İndi də minlərlə azərbaycanlı əsirin taleyi məlum deyil. Yüzlərlə qadın, uşaq və qocanın hər gün Ermənistanın hansı bölgəsində təhqir edildiyi bilinmir.

Bu insanların hüquqlarının təmin edilməsi ilə bağlı AP hansı addımları atıb? Avropanın hansı təşkilatı namusları tapdanmış azərbaycanlı qadınların haqları uğrunda nəyisə edib? Onların sırasında erməni separatçı-terrorçu hakimiyyətinə sual edən olubmu ki, "axı müasir dünyada qadın hüquqlarına çox önəm verilir, sizlərin əsir götürdüyünüz azərbaycanlı qadınlar haradadırlar, onlar niyə azad edilmir?" Olmayıb! Avropalılar bir yana, Mehmanın hüquqlarından dəm vuran qardaşının Xocalıda hüquqları mütləq mənada tapdanan, həyatları əllərindən alınan azərbaycanlılara istehza edərək rus dilində "indi ağlayacağam" deməsi hansı vicdani meyara uyğundur? Və belə bir adamın qardaşını Xocalıda yaxınlarını itirən minlərlə azərbaycanlı necə və niyə müdafiə etsin? Axı, Mehman gənc olsa da, qanunu pozub, ortada konkret cinayət əməli mövcuddur. Bəs, Xocalıdakı körpələr, qadınlar, qocalar hansı cinayəti etmişdilər?

Bir neçə sualın işığında: Avropanın "donmuş" vicdanı

Adi müqayisə belə tük ürpədir. Bəzi adamların ədalətdən bu dərəcədə uzaqlaşdığı, öz şəxsi marağına Vətənini, millətini, soydaşlarını satmağa belə hazır olduğunu düşünmək çox ağrılıdır. Ancaq Avropa Parlamentində qəbul edilən "sənədi" rəhbər tutub, Azərbaycana qarşı qərəzli davrananlar mövcuddur, axı? Nə yazıq ki, avropalı bir sıra siyasətçilər də məhz partnyor kimi məhz bu cür qeyri-sağlam mənəviyyatlı adamları seçirlər.

Bunda məqsəd də aydındır: bir neçə əsrdir ki, Qərbdə müsəlmanları birləşdirən ümumi dəyərləri gözdən salıb, fərdiyyətçiliyi qəlblərə və beyinlərə yeritməklə onları kölə etmək siyasəti aparılır. Dövlət, millət, din, əxlaq mühüm kollektiv dəyərlərdir. Baxın, məhz bu kimi dəyərləri gözdən salmağa yönələn hadisələr baş verir. Məişətdə "çörəkpulum olsun", "mənə nə var başqasından", "mənim özüm və qohumlarım", "mənim hüquqlarım təmin olunsun, başqasından mənə nə" və sair bu kimi deyimlər təsadüfən aktuallaşdırılmır.

İndi M.Hüseynovu min cür bəhanə ilə həbsxanadan çıxarıb Avropaya aparmaq istəyirlər. İnsan haqları beləmi müdafiə edilir? Azərbaycan cinayət törətmiş bir neçə adamı humanizm göstərərək azad etdi, onlar dərhal Avropaya getdilər və başladılar həcv-hədyan danışmağa. Mehman da bu prosesdə növbəti həlqədir? Sonra nə olacaq? Deyək: Azərbaycana daha çox çamur atmaq üçün başqa bir qurban tapacaqlar. Düşünün, uduzan kimdir?

Başqa bir misal da göstərə bilərik. İllərdir ki, Avropadakı təşkilatlar bir ağızdan bağırırdılar ki, Ermənistanda seçkilər demokratik keçirilir, bu ölkədə insan haqlarına əməl edilir. Bu cür riyakarlığın sərhədinin olmadığını bizlər çox gözəl bilirdik və bilirik. Çünki, birincisi, məhz Ermənistan hakimiyyəti yüz minlərlə azərbaycanlını deportasiya edib. İkincisi, məhz Qərb dövlətləri erməniləri küçələrə çıxararaq S.Sarkisyan rejimini yıxdılar. Onlar Sarkisyanın demokratik yolla seçildiyi haqqında hesabatlar hazırlayanlardır. İndi isə ona qarşı irəli sürülən əsas ittihamlardan biri seçki və korrupsiyadır. Qərbin ədaləti ilə vicdanı bu məsələnin harasındadır? Və bu riyakarlığın fonunda M.Hüseynov məsələsi hansı rəngdə görünür?

Bir nümunəni də elə Avropanın özündən götürə bilərik. Avropa İttifaqı ölkələri miqrantlara necə münasibət göstərir? Bir sıra siyasətçilər, daha çox da Almaniyada (yaşıllar hara baxır?) sərhəddə miqrantların güllələnməsini belə təklif etdilər! Macarıstan və İtaliya, ümumiyyətlə, onları qəbul etmirlər. Avropada miqrantları dəmir hücrələrdə saxlayır və onları itlərlə qoruyurlar. Burada insan haqlarının təmin edilməsinin nədən ibarət olduğunu kim deyə bilər? Və bu faktın fonunda M.Hüseynov şousu necə görünür?

Artıq insanları yalançı liberalizm və demokratiya şüarları ilə aldada bilməzlər. Kimin kim olduğu məlumdur. Avropada bir sıra dairələr bütövlükdə insanlığa qarşı qeyri-adekvat mövqedə olduqlarını nümayiş etdirməkdədirlər. Bizi düşündürən başqa məsələdir: Azərbaycanda bəzi qruplar niyə düşmən dəyirmanına su tökürlər? Bu Vətən hamınındır. Onu saxlamaq, qorumaq və yad təsirlərdən müdafiə etmək hər bir vətəndaşın məsuliyyətidir. Bəlkə belə deyil? Bəlkə dövləti, cəmiyyəti, milləti qorumaq məsələləri ancaq Qərbə aiddir? Biz öz şəxsi maraqlarımızı güdməliyik? Görün, nə dərəcədə alçaldıcı və təhqiredici bir mənzərədir? Müsəlmanlar ancaq özlərini düşünməlidirlər, xristian avropalılar isə ümumi dəyərlərini hər şeydən üstün tutmalıdırlar!

İndi baxın, vətənpərvər kimdir? Öz cəmiyyətinə, dininə, siyasi hakimiyyətinə qarşı çapalayanlar, yoxsa vicdanla çalışıb, inkişaf əsasında daha azad yaşamağa üstünlük verənlər? Azadlıq bu Vətəni parçalamaqmı deməkdir? Burada xaos yaratmaq planına alət olmaq deməkdirmi? Təbii ki, hər kəsin sözdə cavabı belədir: qətiyyən elə deyil. Lakin həyat sözdə deyil, əməldə təsdiqini tapır. Əmələ gələndə isə düşmən dəyirmanına su tökənlərə rast gəlirik, təəssüf ki!

Ancaq onlar bir şeyi unudurlar: Azərbaycan xalqı Azərbaycan dövlətinin müstəqilliyini göz bəbəyi kimi qoruyur. Problemlər hər yerdə mövcuddur. Azərbaycanda onlar qanun və vətənsevərlik əsasında aradan qaldırılır. Bu proses durmadan davam edir. Yaxşı olardı ki, bir sıra qruplar da bu yola gəlsinlər.

 

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM