Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Şərifov Azər Əliyar oğlu, 1989-cu il təvəllüdlü Quliyev İlqar Qulam oğlu, 1991-ci il təvəllüdlü Xaliqov Aydın Əlimərdan oğlu və 1983-cü il təvəllüdlü Cəfərov Mikayıl Siyavuş oğlunun məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Rasim Sadiqovun sədrlik etdiyi prosesdə məhkəmə yolu ilə müəyyən edilib ki, ötən il noyabr ayının 13-də gecə saatlarında A.Şərifov, A.Xaliqov, İ.Quliyev və M.Cəfərov özgənin əmlakını ələ keçirmək məqsədilə Xaçmaz şəhəri, A.Mustafayev küçəsində 77a saylı evin qarşısına gəliblər.
İ.Qulıyev pusquda dayanıb, digər üç nəfər üzlərinə maska keçirərək mənzilə soxulublar. A.Şərifov cibindən bıçaq çıxararq mənzildə olan qadınları - Şahnaz Hacıyeva və Məhəbbət Salmanovanı hədələyib. Hər iki qadına basqın edərək onların pullarını, mobil telefonlarını və qızıl-zinət əşyalarını ələ keçiriblər. Ş.Hacıyevaya 742 manat, M.Salmanovaya isə 1580 manat maddi ziyan vurublar.
Təqsirləndirilən şəxs qismində dindirilən A.Şərifov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, əvvəllər “Qanun sədası” qəzetində baş redaktor işlədiyini göstərib: “Son vaxtlar rəsmi olaraq heç yerdə işləmirdim. Taksi kimi istifadə etdiyim maşını kreditə götürmüşdüm. Amma qəza törətmişdim deyə satmaq məcburiyyətində qaldım. Maşını satsam da krediti ödəyə bilmirdim. Maddi sıxıntı içində idim”.
A.Şərifov hadisədən bir neçə gün öncə əvvəllər Bakıda onunla eyniadlı qəzetdə çalışan Yusif adlı şəxslə görüşdüyünü, ondan borc istədiyini açıqlayıb: “Yusiflə təsadüfən “Xəzər” kafesində rastlaşdıq. Ona vəziyyətim kritik həddə çatdığını bildirdim, borc istədim. O, pulu olmadığını, amma mənə köməklik edə biləcəyini dedi. Söhbət əsnasında Yusif mənə bir neçə nəfər tanışının oğurluqla məşğul olduqlarını, məni onlarla tanış etmək niyyətində olduğunu dedi. Əvvəlcə razılaşmasam da sonra razılaşmalı oldum. Yusif telefonla kiməsə zəng vurub kafeyə çağırdı. 10-15 dəqiqə sonra bir nəfər gəlib bizim yanımızda əyləşdi. Yusif həmin şəxsi Aydın kimi təqdim etdi. Ona “Azər etibarlı oğlandır, sizinlə işləmək istəyir” dedi. Aydın heç bir problem olmadığını, iş olanda xəbər verəcəyini deyib getdi.
Bir neçə gün sonra Aydın mənə zəng vuraraq kafeyə çağırdı. Məni Mikayıl adlı şəxlə tanış etdikdən sonra “Mikayıl bir qadın tanıyır, adı Şahnazdır, faizə pul verir, qızıl alveri ilə məşğul olur, onun evinə girmək istəyirik” dedi. Mən də onların təklifini qəbul etdim. Küçədə pusquda dayanmaq üçün isə tanışı İlqara zəng vurub onunla razılığa gəldi.
Bu məqsədlə mağazadan yun papaqlar aldıq ki, hadisə zamanı bizi görüb tanıyan olmasın. Mən öz papağımda göz yerləri üçün deşiklər açdım. Bundan sonra Şahnazın yaşadığı ünvana yollandıq. Amma əvvəlcə kimin nə edəcəyi barədə öz aramızda plan qurduq. Evin yanına çatanda həyət qapısının açıq olduğunu gördük. İlqar çöldə pusquda dayandı, biz içəri keçdik. Mikayıl özündə olan bıçağı mənə verib “bıçağı çıxart, qoy qorxsunlar, içəridə ancaq sən danışarsan, bizi tanıyarlar” dedi. Bıçağı alıb cibimə qoydum”.
Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərib ki, hər iki qadını bıçaqla hədələyərək onların qızıl-zinət əşyalarını, pullarını və telefonlarını ələ keçiriblər. Sonra isə qızılları sataraq öz aralarında bölüşüblər.
Təqsirləndirilən şəxslərdən Mikayıl Cəfərov və Aydın Xaliqov onlara elan olunmuş ittihamla özlərini təqsirli bilsələr də İlqar Quliyev bu cinayətdə əli olmadığını deyib.
Zərərçəkmiş şəxs qismində dindirilən Şahnaz Hacıyeva ifadəsində kirayə yaşadığını bildirib: “Həmin evdə 2006-cı ildən yaşayıram. Hadisə baş verən gün ev sahibəsi Məhəbbət Salmanova ilə birlikdə oturub televizora baxırdıq. Həyətyanı giriş qapısı açıq idi. Birdən qəflətən otağa üç nəfər maskalı şəxs daxil oldu. Onlardan biri əyləşdiyim stola təpik vurub məni yerə yıxdı. Cibindən bıçaq çıxarıb dedi ki, səsini çıxarsan, səni öldürəcəm, tez ol qızılların, pulların yerini de. Ona “nəyim varsa üstümdədir, götürə bilərsən” dedim. O, əl atıb boynumda, qulağımda, barmağımda olan qızıl əşyaları, stolun üstündən isə telefonları götürdü. Digər maskalı isə Məhəbbətin boynundakı qızıl boyunbağını, brilyant üzüyünü, mobil telefonunu və pul qabısındakı 100 manatı götürüb cibinə qoydu. Məni vuran şəxs “bəs sənin pulların hardadır” deyə soruşduqda ona “xalçanın altında 100 manatım var, başqa heç nəyim yoxdur, nəyim varsa, hamısını götürmüsünüz” dedim. Mənə inanmayıb mənzilin altını üstünə çevirdi, yataq dəstlərini, paltarları yerə tökdülər. Bu vaxt Məhəbbət “indi həyat yoldaşım gələcək” dedikdə maskalılardan biri hirslənib onun sifətinə zərbə vurdu. Sonra məni vuran şəxs digərlərinə “skoç gətir, bunların əl-qollarını bağlayaq” dedi. Onlar da deyilənləri elədilər, əl-qolumuzu bağladılar. Bizə “əgər biz çıxana kimi səs-küy salsanız, qayıdıb sizi öldürəcəyik” dedilər.
Onlar evi tərk edəndən sonra əvvəl özümün, sonra da Məhəbbətin əllərini açdım. Daha sonra isə ev telefonu ilə DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim”.
Məhkəmənin hökmü ilə Azər Şərifov 9 il, İlqar Quliyev 8 il, Aydın Xaliqov və Mikayıl Cəfərov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM