Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında universitetin müəllim və tələbə heyəti qarşısında “Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş” mövzusunda çıxış edib.
Səfir Elin Süleymanov çıxışı zamanı ilk öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açaraq, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəldib. Səfir iştirakçılara müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verərək, respublikanın qısa müddətdə mövcud olmasına rəğmən bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlarından və dövlət quruculuğu sahəsində gördüyü mühüm tədbirlərdən, habelə seçki sahəsində milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq təmin etdiyi hüquqlardan danışıb.
Dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına və müstəqilliyimizin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlayır, hətta qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionun ən müstəqil siyasət yürüdən dövləti kimi tanınmaqdadır. Həmçinin, Azərbaycandakı xalqlar və dinlər arasında anlaşma mühitinin, Azərbaycan ərazisində uzun əsrlər boyu müsəlman və yəhudi icmalarının sülh şəraitində yaşamasına diqqət yönəldib. Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyi vurğulanıb.
Daha sonra Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib. Səfir, həmçinin vurğulayıb ki, Bakı nefti tarix boyu dünya miqyasında sülhə töhfə verməsi ilə də seçilib. Buna misal olaraq, Nobel qardaşlarının ötən əsrin əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyətinin Nobel mükafatının təsis edilməsinə verdiyi töhfə və İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbədə Bakı neftinin rolu qeyd olunub. Səfir, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinin, eləcə də 2017-ci ildə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətindən danışıb. Bununla yanaşı, Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində həyata keçirilən səylərdən bəhs olunub. Bildirilib ki, sözügedən enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb, sözügedən işlər nəticəsində Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb.
Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışan səfir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tiflis-Qars dəmir yolunun, habelə Əfqanıstan və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Lapis-Lazuli tranzit və nəqliyyat yolunun işə düşməsinin, eləcə də qurulmaqda olan Ələt Azad İqtisadi Zonası üzrə aparılan işlərin regionun inkişafına, habelə Asiya ilə Avropanın nəqliyyat sistemlərinin inteqrasiyasına əsaslı töhfə baxımından əhəmiyyətinə toxunub.
Elin Süleymanov daha sonra Azərbaycanın ABŞ-la tərəfdaşlıq münasibətlərindən danışıb, Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri, Balkanlar, İraq və Cənubi Sudanda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün ABŞ və koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə danışıb. Azərbaycanın kütləvi qırğın silahlarının yayılmaması sahəsində ABŞ-la əməkdaşlığı, eləcə də “Boeing” və “Peyk” sənayesi daxil olmaqla ABŞ-la ticarət əlaqələri barədə məlumat verilib.
Səfir regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilib ki, postsovet ölkələrində olan münaqişələr oxşar köklərə və elementlərə malikdir. Səfir bildirib ki, 2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar bir daha sübut edir ki, ABŞ, Fransa və Rusiya həmsədrliyi ilə aparılan danışıqlar prosesinin aktivləşməsinə və münaqişənin qısa müddətdə həll olunmasına ehtiyac vardır.
Sonda dinləyicilər səfir Elin Süleymanova Azərbaycan-ABŞ tərəfdaşlığının müxtəlif ABŞ administrasiyalarının dövrləri üzrə müqayisəli təhlili, ölkə ixracının diversifikasiyası, Cənubi Qafqazda təhlükəsizlik, həmçinin ölkəmizin regional xarici siyasətinin digər istiqamətlərinə aid suallar ünvanlayıblar.
Qeyd edək ki, 1976-ci ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin Azərbaycan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsindən məzunları vardır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM