Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar özəl sektorun inkişafını stimullaşdırır.
Komitədən verilən məlumata görə ,özəlləşdirilən dövlət əmlaklarının müasir formada yenidən qurulması ilə daxili istehsal artır, regionlar üzrə sahibkarlıq fəaliyyəti genişlənir. Belə müəssisələrin uğurlu fəaliyyəti digər investorları özəlləşdirmə prosesində iştiraka həvəsləndirir. Rahat seçim, sifariş və iştirak prosedurlarının olduğu növbəti hərraclardan biri 5 mart tarixində keçiriləcək. Martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.
Budəfəki hərracda özəlləşməyə çıxarılan kiçik dövlət obyektlərinə Şəmkirdə balıq zavodu, Şabran və Balakəndə mehmanxanalar, digər şəhər və rayonlarda mağaza, yeməkxana, şadlıq evləri və kinoteatr kimi müəssisələr aiddir. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m arasındadır. Saatlıda yerləşən bu növ dövlət əmlaklarının isə ümumi faydalı sahəsi 420 kv.m-ə qədərdir. Təmir-tikinti sahəsinə aid olan bu müəssisələri investorlar torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki "Dəvəçi" Mehmanxanası da sərmayəçi üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Turizm sektorunda gəlirli fəaliyyət potensialı olan obyektin ümumi faydalı sahəsi 582.5 kv.m, torpaq sahəsi isə 1583.5 kv.m-dir.
Biznes fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri Samux, Gəncə və Sabirabad da yerləşir. Hərraca çıxarılan bu növ dövlət əmlakları arasında ən yüksək- 266.7 kv.m ümumi faydalı sahəsi olan obyekt paytaxtın Nərimanov rayonu, F.Yusifov küçəsindədir. Ticarət, iaşə və xidmət fəaliyyəti üçün uyğun olan digər qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 22.2 kv.m ilə 176.7 kv.m arasındadır.
Dövlətə məxsus səhm paketlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara " Ağcabədi Aqrotexservis”, "Sabirabad Mexanikləşdirmə”, "Yevlax taxılçı", "Zabrat Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan avtomobillər Volkswagen, Toyota, Chevrolet və Nissan markalarına aiddir. Bu nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illərdir. Bu əmlaklar üzrə təyin olunmuş ilkin hərrac qiyməti 4 min manat ilə 8 min manat arasındadır.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) hər bir dövlət əmlakı haqqında ətraflı məlumat yerləşdirilir. Vətəndaş seçdiyi dövlət əmlakını elektron formada sifariş verməklə hərracda canlı və onlayn formada iştirak edə bilər.
4 ulduzlu Balakən "Qubek Hotel” İstirahət Mərkəzi ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərir.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM