150 illiyin qutlu olsun, müəllim

20:09 / 04.02.2019

Bu il Azərbaycan ədəbi ictimaiyyəti üçün çox önəmli əlamətdar hadisələrlə zəngin olacağı şübhəsizdir. Ən azından ona görə ki,ilin əvvəlində Prezident İlham Əliyevin 2019-cu ili görkəmli ədəbi şəxsiyyət Nəsimi ili elan etməsi və dahi ədibimiz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd olunması ilə bağlı sərəncamını imzalaması belə deməyə əsas verir.  Açığı, çoxdandır ki, yaradıcılıq, ədəbi proseslərlə bağlı mətbuatda çıxışıma fasilə vermişdim. Lakin teatrşünas olduğum üçün görkəmli dramaturq, publisist  Cəlil Məmmədquluzadə yaradıcılığından yazmamaq qeyri-mümkündür. Çünki onun publistikası ilə yanaşı, dramaturgiyası da olduqca, dərin məzmunlu və düşündürücüdür.

 
 
Əslində  Cəlil Məmmədquluzadənin fəaliyyətigenişdir: yazıçı, publisist, dramaturq,jurnalist, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Amma bir vəzifəsi unudulub.MÜƏLLİM! Bəlkə kiçik gördükləri üçünmü?!Amma fikrimcə onu dramaturq edən də məhz bu vəzifəsi olub. Bəli, Cəlil Məmmədquluzadə həm də müəllim idi. Qori seminariyasını bitirər-bitirməz doğma vətəninə gəlib böyük ümidlərlə müəllimlik vəzifəsinə başlayır. Hədəfi böyük idi təhsillə bağlı. Yaxşı müəllim olmaq, gələcəyimiz olan uşaqlara dərs deyib, xalqı aydınlatmaq, onun tərəqqi və inkişafına çalışmaq idi. Odur ki, təhsil aldıqdan sonra pedoqoji fəaliyyət göstərən ədib əvvəlcə İrəvan quberniyasının Uluxanlı , sonra Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), daha sonra Nehrəm kəndində müəllimlik etdi. Amma kənd camaatı necə qarşıladı bunu? Məsələ də bu idi. Sabir demişkən:

“məktəb adın çəkməyin mələbədir,mələbə

Əlhəzər ondan həzər oxutmuram əl çəkin!

Eyləməyin dəngəsər oxutmuram əl çəkin

Qori müəllimlər seminariyasını bitirib həvəslə müəllimlik etməyə başlayan Cəlilin qarşılaşdığı mənzərə isə  yeniliyə ,  təhsilə qarşı olan avam camaat oldu. Çox mübarizə apardı. Amma gördü ki, pedoqoji fəaliyyətlə insanları, cəmiyyəti maarifləndirmək, inkişafa nail olmaq, dünyada millətlər içində qabaqcıl yer tuta bilmək çətindir. Odur ki, cəmiyyətdə gördüyü çatışmazlıqları   qələmə almağa qərar verdi. Yaratdığı ədəbi obraz və əsərlərlə ürəyindən keçən fikirləri satira və obrazların dili ilə çatdırdı.  Adını da qoydu “Danabaş kəndinin məktəbi”. Əsəri oxuduqda biz “uçitel” və onun başına gələn hadisələrin şahidi oluruq. Mən bu əsəri 12 il bundan əvvəl oxumuşdum, sadəcə bir oxucu kimi.  Amma indi bu əsəri  özüm müəllim olduğum üçün oxuyuram. Hər dəfə də oxuduqca, yazıçının yüksək məharətinin şahidi olur, ədibinbu  əsərdə nə demək istədiyini  daha yaxşı anlayıram. Əsərdə müəllim kənd məktəbinə təyin olunur. Bir müddət işlədikdən sonra az qala dəli olur. “Aman Allah, bunlar necə vəhşi tayfadırlar! Mən dəxi burada necə müəllimlik eləyə bilərəm. Qardaş mənim abrım töküldü. Beləliknən dərs keçmək olar, Proqram keçmək olar?” –deyə üsyan etdi. Uşaqlardan çox onu incidən  böyüklər idi. Onun hər işinə qarışan böyüklər. Əslində böyüklər yox “saqqallı uşaqlar”. Çünki heç bir təhsili olmayan bu avam camaat elə düşünürdü özləri daha çox bilir. Müəllimdən də çox. Cəlil Məmmədquluzadə müəllim işlədiyi üçün uşaq psixologiyasını daha yaxşı bilir və əsərlərində də uşaq obrazlarına geniş yer verirdi. “Ölülər”dəNazlı, “Danabaş kəndinin əhvalatları” əsərində Məmmədhəsən kişinin oğlu, “Saqqallı uşaq” hekayəsində uşaqların obrazları eləcə “Danabaş Kəndinin məktəbi” əsəri buna misaldır.

Cəlil Məmmədquluzadə “Danabaş kəndinin məktəbi” əsərində müəllimin dili ilə öz fikrini, müəllimlik vəzifəsinin nə qədər ağır peşə olduğunu söyləyir. “Bunu bilməli olasınız ki, müəllimlik özü bir müqəddəs və habelə ağır bir vəzifədir… və ümidvaram ki, siz mənim bu nəsihətimə əməl edib bundan sonralıqlaməktəbin qədrini biləcəksiniz və razı olmayacaqsınız ki, məktəbdə bu günkü şuluqlar bir də təkrar olunsun. Çünki məktəb küçə deyil, qilu qal küçədə olar məktəbdə olmaz. Küçədə olar qilu qal, məktəbdə olar dərs. Küçədə olar föhş və biədəblik, məktəbdə olar elm və nəsihət. Küçə camaatı həmişə qaranlıqda qalacaq, çünki küçədə elm yoxdur. Amma məktəbdə hər bir kəs işıq tapacaq, çünki məktəbdə elm var…”

Cəlil Məmmədquluzadə çox kəskin tənqid edirdi və onun əsərləri o dövrün aynası idi. Əlbəttə ki onun yazdıqları tək onun çalışdığı kəndlərə yox, dövrünün bütün kəndlərinə aid etmək olar. SadəcəMirzə Cəlil bir müəllim kimi dövrünün  təhsil prosesini müşahidə etmiş və gördüklərini, yaşadıqlarını böyük ustalıqla qələmə almışdır.

Artıq 150 il keçib. Bir əsrdən çox, iki əsrdən az… Elm inkişaf edib. Təhsilimiz irəliləyir. Amma yenə də zaman-zaman Mirzə Cəlilin gördüklərini bir müəllim kimi biz də görürük və “Allah sənə rəhmət eləsin,ay müəllim” deyirik! Bəli, uzun zaman keçməsinə baxmayaraq, yenə də müəllimlik müqəddəs və şərəfli, eləcə də ağır vəzifədir. Çünki biz tək uşaqlarla yox, həm də böyüklərlə işləyirik. Qasım kişi, Şaban nənələrlə və kimlərlə, kimilərlə…Nə isə çox uzatmaq istəmirəm. Bu il sənin ilindi, Mirzə Cəlil müəllim. Sənin arzun millətimizin övladlarının savad yiyəsi olması, maariflənməsi və xalqına layiq övlad kimi yetişməsi idi. Bu gün sevindirici haldır ki, müstəqil bir dövlətin övladlarıyıq. Təhsilli, intellektual, ən əsası vətənpərvər gənclik yetişir. Bu gün məhz bu cür gənclərimiz sabaha boylanan ümidlərimiz və qürurumuzdur. Fəxr edirəm ki, mən də bu cür gənc nəslin yetişməsində, cəmiyyətimizin aydınlanmasında müəllim peşəsini seçmişəm.

150 illiyin qutlu olsun, müəllim!  İndiki zəmanədə müəllimlik həm də fədai peşədir. Mənim və mənim kimi yüzlərlə, minlərlə müəllimin müəllimisən!

Teatrşünas. Amaliya Ömərova


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM