Qafqazın din xadimləri: Dünya iqtisadi böhran, siyasi gərginlik yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir

20:36 / 04.02.2019

afqaz Xalqları Ali Dini Şurasının üzvləri: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayil Berdiyev, Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Salax Mejiyev, Rusiya Federasiyası Dağıstan Respublikasının müftisi Əhməd Abdullayev, Rusiya Federasiyası Kabardino-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının müftisi Hacımurad Qatsalov, Rusiya Federasiyası Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Rusiya Federasiyası Adıgey Respublikası və Krasnodar diyarının müftisi Askarbiy Kardanov, Rusiya Federasiyası Stavropol diyarının müftisi Muhammad Raximov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Bu barədə Strategiya.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Müraciətdə deyilir: "Möhtərəm cənab Prezident. Qafqaz xalqları Ali Dini Şurasının və bölgə dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna və dünyanın tanınmış siyasi xadiminə salamlarımızı və təşəkkürlərimizi ünvanlamaqdan qürur duyuruq. Bu təşəkkür borcumuz Zati-alinizin şəxsi yardımı sayəsində yenidən bərpa olunmuş Vladiqafqaz Cümə məscidi dindarları, bütün Osetiya-Alaniya xalqının son günlərdə yaşadığı böyük sevinc və minnətdarlığın təzahürüdür. Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin müraciətinə olan yüksək diqqəti, Sizin milli-mədəni dəyərlərə verdiyiniz önəmi, yalnız Azərbaycanda deyil, dünyanın bir çox nöqtələrində ümumbəşəri, dini-mənəvi irsə qayğı və himayənizi yüksək qiymətləndirir, bununla bağlı bölgə dindarlarının ümumi minnətdarlıqlarını Zati-alinizə yetirmək məsuliyyətindən şərəf hissi keçiririk.

Zati-aliləri, Sizin multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləriniz bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları keçirərək Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir. Uca Allahın bəyəndiyi multikultural həyat tərzini yaşayan və təbliğ edən cəmiyyətin O Bir Olan Yaradanımızın nəzərində dəyəri yüksəkdir.

Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsi, multikultural, milli, dini tolerantlıq ənənələri müdrik siyasət nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə örnək olaraq dəyərləndirilir. Bu siyasətin təməli Qafqaz xalqlarının mənəvi lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alinizin səyləri ilə uğurla davam etdirilir.

Zati-aliləri, Sizin maddi-mənəvi yardımınız sayəsində yenidən bərpa edilən 110 illik tarixə malik Vladiqafqaz məscidi təkcə Şimali Osetiya-Alaniya Respublikasının deyil, bütün Qafqazda İslam mədəni irsinin əsas simvollarından biri hesab edilir. Maddi sərvətləri ilə yanaşı, mənən zəngin insan - Azərbaycan xalqının oğlu Murtuza Muxtarovun sayəsində ucalan bu məscid bölgədəki müsəlman icmasının cümə məscidi olmaqla yanaşı, Şimali Osetiyanın mədəni-mənəvi mərkəzi olaraq tanınıb. Zati-alinizin mənəvi irsimizə sahib çıxaraq, 1996-cı ildə terrorçular tərəfindən törədilən partlayış zamanı xeyli zərər görmüş Muxtarov məscidini bərpa etdirməsi İslam həmrəyliyinin bariz nümunəsi olaraq, müqəddəs dinimizə olan dərin ehtiramın təzahürü və Allah Nəzərində savab əməldir. Qurani-Kərimdə buyurulduğu kimi, “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən... və Allahdan başqa heç kəsdən qorxmayanlar inşa edə bilərlər. Məhz onlar doğru yola yetişənlərdəndir!” (Tövbə, 18).

Bu gün sayənizdə yeni həyat qazanmış Muxtarov məscidi Vladiqafqaz şəhərinin gözəl rəmzi, Şərq memarlığının nadir incisi, mənəvi vəhdət rəmzi, xalqlar arasında dostluq abidəsi, Şimali Osetiya müsəlmanlarının əsas ibadətgah yeri olmaqla yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin böyük humanistliyinin, mesenatlığının bariz nümunəsidir.

Zati-aliləri, biz, Qafqazın din xadimləri, Sizin hər zaman xüsusi önəm verdiyiniz və şəxsən dəstəklədiyiniz dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyuruq. Zati-alinizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlər ümumbəşəri irsə dəyərli töhfələrdir. Sizin əməli addımlarınız və qlobal əhəmiyyətli təşəbbüsləriniz sayəsində əminik ki, bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizə uğurlar arzulayırıq. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Zati-alinizin Azərbaycan xalqının daha xoşbəxt gələcəyi, Qafqaz bölgəsinin ümumi mənafeləri, habelə bəşəriyyətin sabitlik və inkişafı üçün önəm kəsb edən fəaliyyətini hər zaman bəyənir və dəstəkləyirik. Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, Zati-alinizin təkcə Azərbaycan deyil, bütün Qafqaz xalqlarının mənafeyinə xidmət edən səyləri zəfərlə davam edəcəkdir. Bu, bizim bölgə dindarları və din xadimləri olaraq Sizin üçün dualarımızdır! Uca Yaradan hər zaman yardımçınız olsun! Amin!"


Etiket: Qafqaz Müsəlmanları İdarəsinin sədri Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayil Berdiyev Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Salax Mejiyev Rusiya Federasiyası Dağıstan Respublikasının müftisi Əhməd Abdullayev Rusiya Federasiyası Kabardino-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının müftisi Hacımurad Qatsalov Rusiya Federasiyası Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev Rusiya Federasiyası Adıgey Respublikası və Krasnodar diyarının müftisi Askarbiy Kardanov Rusiya Federasiyası Stavropol diyarının müftisi Muhammad Raximov

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM