Sovet dövrünün bazarlıq trendlərini yəqin ki, çoxları xatırlayır: məşhur "Avoska” - tor çantalar, həsir zənbillər, kağız və ya parça torbalar. Vitrinlərə düzülmüş ərzaq malları alıcılara yalnız kağız torbalarda təqdim edilər, plastik qablarda qablaşdırılmış məhsullara rast gəlmək olmazdı, insanların hətta zibil qutularına atdığı zibillər də indiki kimi ayrı-ayrı polietilen torbalarda deyil, zibil vedrələrində daşınardı.
İndi isə marketlərə əliboş, əlində heç bir torba olmadan daxil olan şəxs oradan xeyli sayda polietilen torbalarla çıxır, zibil qutularına zibil atanlar da onu artıq vedrələrdə deyil, polietilen torbalarda daşıyırlar.
İlk baxışdan məişət həyatımızda istifadə etdiyimiz bu üsul bizə çox rahat, adi və səmərəli görünür. Ödənişsiz olduğu üçün bu torbaların alınmasına çəkiləcək xərci düşünməyərək onlardan məmnunluqla istifadə edir, hətta ən kiçik məhsulun belə ayrıca bir torbaya qoyulmasına etiraz etmirik. Torbaların yüngüllüyü isə onlara verilən üstünlüyü bir az da artırır. Evlərdə qalaq-qalaq yığılan torbalar da sonda tullantı olaraq, zibilxanalara daşınır və ən yaxşı halda, orada yanaraq məhv edilir.
Bizim ilk baxışdan dərinliyinə varmadığımız əsl problem də bundan sonra başlayır...
Çünki tez alışan bu torbalar yanma zamanı atmosferə olduqca zərərli maddələr ataraq insan sağlamlığı üçün əlavə risklər yaradır. Bu torbalar torpağa qarışdıqda isə orada təbii yolla çürüyüb parçalana bilmədiyi üçün uzun müddət tullantı kimi qalır və sonda da ətraf mühiti çirkləndirir.
Son illər dünya ölkələrinin çoxu polietilen torbalardan istifadənin yaratdığı riskləri nəzərə alaraq, onların istifadəsinin məhdudlaşdırılmasına və kağız, parca torbalardan istifadəyə üstünlük verməyə başlayıblar.
Ölkələrin çoxunda bu məqsədlə həyata keçirilən ən səmərəli tədbir həmin torbaların marketlərdə alıcılara satılması, bununla da onları kağız və parça torbalardan istifadəyə həvəsləndirmək olub. Beynəlxalq təcrübə polietilen torbaların ödənişli olmasından sonra onlara tələbatın 95 faizədək azaldığını göstərir.
Qeyd edək ki, Avropa Parlamentinin ətraf mühitin mühafizəsi məqsədilə qəbul etdiyi qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır.
Bu çağırışlara cavab olaraq, artıq ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadəsini qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoyub.
Azərbaycanda plastik məhsulların istifadəsi ilə bağlı hələlik konkret şəkildə məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsə də, artıq müəyyən təşəbbüslər ortaya qoyulub.
"Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?” adlı sorğunun iştirakçılarının 90,6 %-i bu təşəbbüsi dəstəklədiklərini açıqlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüsün mahiyyəti isə ondan ibarətdir ki, marketlərdə ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadə məhdudlaşdırılsın, parça, kağız torbalardan istifadəyə üstünlük verilsin, marketlərdə polietilen torbalar üçün ödənişli sistem tətbiq edilsin, bu torbaların çox yüngülçəkili növləri isə tam qadağan edilsin.
ETSN-in bu təşəbbüsləri artıq təklif olaraq, onlar tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə hazırlanmış Tədbirlər Planında da yer alıb. Tədbirlər Planı qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq.
Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində artıq 37 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 153-dək konteyner yerləşdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor İslam Mustafayev də Trend-ə açıqlamasında insanları nazirliyin bu təşəbbüsünə qoşulmağa çağırıb.
Bu təşəbbüsün gercəkləşməsinin yalnız müsbət nəticələr verəcəyini deyən İ.Mustafayev hesab edir ki, müəyyən xəstəliklərin yayılmasında plastik qabların, sellofan torbaların rolu var:
"Dünyanın bir çox ölkələrində bundan imtina edirlər. Azərbaycanda da bu ənənəyə start verilib. Fikir vermisinizsə, bəzi marketlərə daxil olanda kağız torbalar təqdim olunur. İnsanlarımız sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdırlar. Gələcək nəslin sağlamlığına biganə yanaşmamalıyıq. Ona görə də nazirliyin təklifini dəstəkləyirəm və hesab edirəm ki, ictimaiyyət bu təklifə aktiv şəkildə qoşulmalıdır”.
Ərzaq məhsullarının sellofan torbalarda saxlanılmasını ümumiyyətlə, düzgün saymayan mütəxəssisin fikrincə, məhsulun uzun müddət sellofan torbada saxlanılması insan həyatına yalnız zərər verir.
Məhsulların saxlanılması üçün kağız torbalardan istifadəni daha münasib sayan İ.Mustafayev sovet dövründə də belə bir təcrübənin olduğunu, lakin sonradan bu ənənənin unudulduğunu söyləyib.
Ekspert də hesab edir ki, bütün bu sadalanan amillər nəzərə alınmaqla polietilen torbaların satışı məhdudlaşdırılmalıdır. Sellofan torbaların əvəzinə kağız və ya parça torbalardan istifadə olunması daha məqsədəuyğundur.
İ.Mustafayevin fikrincə, insanların plastik qabların, sellofan torbaların vurduğu ziyan və fəsadlarla bağlı maarifləndirilməsinə ehtiyac var.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM