Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib

13:08 / 07.02.2019

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı yeni əsərinin müzakirəsi keçirilib.

Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün olduqca əhəmiyyətlidir

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin müasir şəraitdə dövlət idarəetmə məsələləri ilə bağlı yeni əsərinin ölkəmizin son 15 ildə iqtisadi, sosial, siyasi, humanitar sahələrdə qazandığı yüksək nailiyyətlərin əsasında duran idarəetmə mexanizmlərinin təhlilinə həsr olunduğunu qeyd edib. 

Rektor vurğulayıb ki, müəllif Azərbaycan Respublikasının davamlı və inklüziv inkişaf sahəsində qazandığı uğurları təkzibolunmaz dəlil-sübutlarla əsaslandırıb, onları fəlsəfi fikir süzgəcindən keçirərək elmi konseptual şəkildə ifadə edib. Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün çox faydalıdır və bu səbəbdən müzakirənin növbəti tədris sessiyası ərəfəsində keçirilməsi olduqca əhəmiyyətlidir.

Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışaraq, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.

Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlar dünyanı bu çətin vəziyyətdən xilas edə bilsinlər

Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev bildirib ki, “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” əsəri çətin və mürəkkəb bir mövzuda yazılmasına baxmayaraq, çox asan oxunur. “Əsər çox da rəvan olmayan, ziddiyyətli, mübarizələrlə dolu, böyük həyat yolu keçmiş, zəngin dövlət idarəçiliyi təcrübəsinə malik, görkəmli bir cəmiyyətşünasın dünya, ölkə, dövlət, lider haqqında təkcə tədqiqatı deyil, həm də düşüncələridir. Bu mənada biz hər səhifədə yeni müddəalarla, məlum məsələlərin yeni çalarları ilə rastlaşırıq və bu da təbiidir. Əsər, həmçinin bəşəriyyəti narahat edən qeyri-müəyyənlikdən çıxış yolları axtarışının, ədalətli dünya nizamı haqqında qayğıların əks olunduğu fikirlərdən ibrətdir. Biz, ictimai elm nümayəndələri adətən öyrənmişik ki, liderləri zaman yetişdirir. Amma əsərdə belə bir fikir vurğulanır ki, zamanı liderlər formalaşdırmalıdır, başqa yol yoxdur. Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlarda bəşəriyyətin və təmsil etdiyi millətin taleyi üçün məsuliyyət hissi olsun və onlar dünyanın bu çətin vəziyyətdən xilasını təmin edə bilsinlər”, - deyə Əlikram Abdullayev qeyd edib.

İndiki təhlükələr soyuq müharibə dövründə olduğundan daha ciddidir

Milli Məclisin deputatı, “Siyasi araşdırmalar institutunun” direktoru, professor Elman Nəsirov çıxışında deyib ki, akademik Ramiz Mehdiyev hər zaman əsərlərində böyük narahatlıq doğuran məsələləri qaldırır: “Bu əsər isə təkcə azərbaycanlıları deyil, bütövlükdə dünyamızı narahat edən ən mürəkkəb məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması ilə bağlı bir tədqiqat işidir”. Bu gün qarşıda çox ciddi təhlükələrin, hətta böyük müharibələrin olması reallığından bəhs edərkən akademik Ramiz Mehdiyev soyuq müharibə dövrü ilə bugünkü müharibə dövrünü müqayisə edib, onlardan hansının daha təhlükəli olması sualını qoyub və cavabını da əsaslandırıb. Müəllifin fikrincə, indiki təhlükələr soyuq müharibə dövründəkindən daha ciddidir. Belə ki, 60-80-ci illərdə SSRİ və ABŞ arasında bağlanmış müqavilələr əslində müharibənin qarşısını alan müqavilələr idi. Bu gün həmin sənədlərin heç biri işləmir. Digər tərəfdən isə dünyada güc mərkəzləri formalaşır. Bu güc mərkəzlərinin maraqları toqquşanda müharibə baş verir.

Qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələrin geniş təhlili

Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib ki, əsərdə ikiqütblü dünyadan sonra qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələr geniş təhlil olunur. “Akademik öz kitabına Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunan iclasındakı nitqindən sitatla başlayıb. Həmin sitatda bu gün dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artması, bütün bunlardan dünya ictimaiyyətinin narahatlıq hissi keçirməsi, Azərbaycanda isə sabitliyin, təhlükəsizliyin, normal həyatın təmin edildiyi qeyd olunur”, - deyən Elçin Əhmədov diqqətə çatdırıb ki, əsərdə dünya nizamının pozulduğu hərtərəfli təhlil edilib. 

Siyasi idarəetmə fakültəsinin dekanı xatırladıb ki, SSRİ dağılandan sonra ABŞ nə qədər superdövlətə çevrilmiş olsa da, onun 2001-ci il 11 sentyabr hadisələrindən sonra “İslam dövləti ideyasının qarşısının almaq üçün” ərəb ölkələrinə hücumu dünya nizamını bir qədər də pozdu. “İndi ABŞ bunun nəticələrini bumeranq şəkilində görür. Bu gün miqrant adı qoyulan qaçqınlar ərəb ölkələrindən Avropaya axışırsa, bu artıq dünya nizamının pozulmasından, beynəlxalq hüquq işləməməsindən xəbər verir. Əsərdə, həmçinin güc mərkəzlərinin formalaşması, hibrid müharibələri, ABŞ-ın hegemonluğunun qarşısını alan amillər kifayət qədər zəngin mənbələr əsasında göstərilir. Akademik Ramiz Mehdiyev son 15 ildə Azərbaycanın dinamik inkişafına diqqət yetirir. Bu dinamik inkişafın əsasını xalq-iqtidar birliyində, eyni zamanda, Azərbaycanın müstəqil, çoxvektorlu, balanslaşdırılmış, milli maraqlara söykənən xarici siyasətində görür və bu, son 15 ildə Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi kimi qiymətləndirilir”, - deyə Elçin Əhmədov qeyd edib.

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova bildirib ki, əsərdə müəllifin fikirləri ilə yanaşı, aparıcı analitiklərin, Avropa İttifaqı ölkələrində, ABŞ və Rusiyada olan beyin mərkəzlərinin regional və ölkələr üzrə mütəxəssislərinin fikirləri də verilir. Bu da qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünyanın daha obyektiv və real mənzərəsini ortaya qoyub.

Tədbirdə çıxış edənlər akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq əsərin əhəmiyyətini vurğulayıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM