Bakının ən isti günü... – Ehtiyatlı olun!

12:56 / 18.08.2014

Yaxın günlər ərzində Bakıda ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir. Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. 
 
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, son iki gün ərzində Azərbaycan ərazisində ən yüksək temperatur Aran rayonlarında qeydə alınıb. Burada temperatur 40 dərəcəyə kimi yüksəlib. Abşeron yarımadasında 39 dərəcə isti olub. Bu göstəricilər, yəni həmin günlərdə müşahidə edilən orta sutkalıq temperatur çoxillik iqlim normasından 3,5 dərəcə yüksək olub.
 
U.Tağıyeva bildirib ki, son iki gündə Abşeron yarımadasında cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edib. Bu da yüksək temperatur rejimi fonunda havada rütubətliliyin artmasına səbəb olur.
 
Büronun direktorunun sözlərinə görə, son iki gündə havada rütubətlilik normadan yüksək olub. Əslində günorta saatlarında nisbi rutubət 30-40 faiz olmalı olsa da, son iki gün ərzində Abşeron yarımadasında günorta saatlarında nisbi rütubət 65 faiz təşkil edib. Səhər və axşam saatlarında Abşeron yarımadasında nisbi rütubət 85 faizədək yüksəlib. Buna görə də havada durğunluq əmələ gəlir.
 
U.Tağıyeva bildirib ki, avqustun 20-i daxil olmaqla, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 36-39 dərəcə isti olacaq, bəzi ərazilərdə isə temperatur 40 dərəcəyə kimi yüksələcək. Ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir.
 
Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Şimal küləyinin sürətinin artması ilə əlaqədar Bakıda kəskin istilərdən sonra hava əvvəlki günlərlə müqayisədə nisbətən sərinləşəcək. Şimal küləyi ilə əlaqədar avqustun 21-dən başlayaraq, havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq.
 
U.Tağıyeva bildirib ki, bu il avqustun 16-dan 20-dək müşahidə olunan hava şəraitini builki yayın ən isti dövrü kimi də dəyərləndirmək olar. Amma həmin dövrlərdə qeydə alınan temperaturu rekord göstəricilər kimi qiymətləndirmək olmaz. Çünki 2010, 2012-ci ildə də davamlı, uzunmüddətli istilər müşahidə edilib, temperatur 40 dərəcədən də yüksək olub.
 
U.Tağıyeva bildirib ki, havanın temperaturu stansiya ərazisində-asfalt olmayan, qrunt olan ərazidə ölçülür: "Buna görə də əgər biz havanın temperaturunu 36 dərəcə deyiriksə, şəhərdə (bu, bütün iri meqapolislər üçün səciyyəvi olan xüsusiyyətdir) asfalt örtüklər, binaların sıx olması temperatur rejiminə öz təsirini göstərir. Buna görə Bakı şəhərinin bəzi ərazilərində temperatur bir qədər yüksək ola bilər. Yəni stansiya şəraiti ilə müqayisə aparsaq, Bakı şəhərində həmin "ideal" vəziyyətdə ölçülən temperaturdan 2-3 dərəcə fərqli ola bilər".

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM