Virtualaz.org saytı xəbər verir ki, “Moskovskiy komsomolets” qəzeti bu barədə yazır.
Məqalədə bildirilir ki, həmin şəxs biznesmendir və “Dobrıy les” ASC-nin baş direktorudur. Məlumata görə 43 yaşlı Artur Mirzoyan Türkiyə səfirliyinin binasına ov tüfəngindən iki dəfə atəş açıb.
O, binanın üstündəki Türkiyə dövlət gerbini nişan alıb. Hər iki güllə hədəfə dəyib.
Lakin erməni biznesmen gizlənə bilməyib və səfirliyin binasını mühafizə edən polislər atəş səsinə gələrək dərhal onu saxlayıblar. Daha sonra erməni Moskvanın Xamovniki rayon polis bölməsinə təhvil verilib.
O, binaya atəş açmasının motivlərini izah etmir. Lakin polislər bildirir ki, Mirzoyanın binaya atəş açmasının bir əsr əvvəl türklərlə ermənilər arasında düşən qanlı qırğından irəli gələn milli nifrət hissləri ilə bağlı olduğunu deməyə bütün əsaslar var.
Həmçinin erməninin səfirliyə atəş açması Ermənistanla Azərbaycan arasında son toqquşmalardan sonraya təsadüf edir.
Mirzoyanın rəhbəri olduğu şirkət meşə materiallarının və taxta evlərinin satışı ilə məşğul olur, Rusiyanın bir çox regionlarında nümayəndəlikləri var.