Bu gün, fevral ayının 13-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin böyük rus klassiklərinin, pedaqoqlarının yaradıcılığından və bəşəriyyət qarşısındakı xidmətlərindən bəhs edən “Rus ədəbiyyatı qəlbimin işığında” və “Bəşəri zəkanın rus dahiləri” kitablarının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, Azərbaycanın Rusiya ilə mədəni və ədəbi əlaqələrindən məlumat verdi. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin apardığı siyasətdən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarixi ənənənin davam etdirilməsindən danışdı. Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanı mədəniyyətin hamisi adlandıraraq, onun rus dilinin inkişafında rolunu qeyd etdi.
Rusiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Mixail Boçarnikov iki dövlət və xalq arasında tarixən dost ənənələrinin olduğunu qeyd etdi. Azərbaycanda rus dilinə, rus ədəbiyyatına olan marağı yüksək dəyərləndirdi. Azərbaycan ədəbiyyatının zənginliyi haqqında danışaraq, çoxsaylı əsərlərin rus oxucusu tərəfindən maraqla qarşılandığını bildirdi.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxışında qonaqları salamladı və Azərbaycan – Rusiya mədəni əlaqələrinin tarixi aspektinə geniş yer ayırdı. Azərbaycan Respublikası Prezidentinin “Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları ilə çoxlu sayda nəşr olunmuş rus klassiklərinin əsərlərindən söhbət açdı.
Millət vəkili Aydın Mirzəzadə çoxəsrlik inkişaf tarixinə malik olan zəngin Azərbaycan ədəbiyyatının başqa xalqların
mədəniyyəti və yaradıcılığına qarşı xoşməramlı olduğunu vurğuladı. O, qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da rus xalqı ilə dostluq münasibətlərini qoruyub saxlayan xalqımız mütərəqqi rus ədəbiyyatı ənənələrinə və onun görkəmli nümayəndələrinin əsərlərinə müraciət edib.
BDU-nun professoru Əsədulla Qurbanov müəllifin yaradıcılığından geniş söhbət açdı, hər iki kitabı böyük tədqiqat əsəri kimi qiymətləndirdi. O, qeyd etdi ki, bu cür əsərlər ali məktəb tələbələrinin dərs vəsaiti olmalıdır.
Türk Xalqları Ümumdünya Konqresinin prezidenti, hüquq elmləri doktoru Yəhya Əliyev Azərbaycan xalqının dünya söz xəzinəsinə verdiyi töhfələrdən danışdı və qeyd etdi ki, xalqımız başqa xalqların ədəbi nailiyyətlərindən də faydalanıb. Məlumat verərək, o bildirdi ki, Kutuzov, Kolçak, Naximovun və s. soyköklərində türkçülük var.
Şair Zakir Ağdamlı tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və qeyd etdi ki, rus ədəbiyyatı möhtəşəm nümunələr yaradıb, rus klassiklərinin Azərbaycanla bağlılığını qeyd etdi.
Sonda kitabların müəllifi Reyhan Mirzəzadə tədbir iştirakçılarına və bütün qonaqlara dərin minnətdarlığını bildirdi. Naxçıvan MR-da onun üç kitabının nəşr olunması və onların mütaliəsi mütləq olan ədəbiyyat siyahısına daxil olunduğu üçün MR-nın Ali Məclisinin sədri Vasif Talıbova təşəkkür etdi. R.Mirzəzadə qeyd etdi ki, rus klassikləri, şair, yazıçı və pedaqoqlarının yaradıcılığı, onların Azərbaycanla əlaqələri, mədəniyyətlərimizin qarşılıqlı inteqrasiyası bu gün də tarixin səhifələrində öz şərəfli yerini tutur və bunların əsaslı, dərin tədqiqatlarla, habelə gənc nəslə çatdırılması zəruridir.
Tədbir iştirakçıları və qonaqlar tanınmış yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin ərsəyə gətirdiyi çoxsaylı kitab və məqalələri yüksək qiymətləndirdilər.
Tədbir böyük təmsil ustası, yazıçı, şair, dramaturq, İ.A.Krılovun 250 illik yubileyinə təsadüf etdiyindən, bu mövzu da tədbirdə öz yerini tutdu.
Tədbirdə “Bəşəriyyət üçün incilər yaradanlar” («Немеркнущие классики») virtual fotoalbom nümayiş olundu https://www.youtube.com/watch?v=BPOxnBYJcWI&t=3s
Yasamal rayon 53 №-li tam orta məktəbin şagirdlərinin ifasında “Kalinka” rəqsi, “Million alıx roz” valsı, “Katyuşa” və “Sinyaya veçnost” mahnıları, A.S.Puşkinin, M.Y.Lermontovun, N.A.Nekrasovun şeirləri rus və Azərbaycan dillərində səsləndi, İ.A.Krılovun təmsillərindən səhnəciklər göstərildi.
Təqdimat mərasimində çoxsaylı ziyalılar, şair və yazıçılar, kitabxananın oxucuları iştirak etdi.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi qarşısında fotoşəkil çəkdirdilər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM