Bakı Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayonu, Aşıqbayram kənd sakini, 1982-ci il təvəllüdlü Vüqar Ağalar oğlu Həmidovun məhkəmə istintaqı yekunlaşıb. Prosesə Azər Orucov sədrlik edib.
Virtualaz.org saytının verdiyi xəbərə görə, təqsirləndirilən şəxs həyat yoldaşı İlahə Pənah qızı Həmidovaya çəkic zərbələri ilə xəsarət yetirib.
Hadisə ötən il noyabr ayının 17-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 38a, mənzil 64-də baş verib. V.Həmidov ailədaxili münaqişə zəminində arvadının başına çəkiclə 6-7 dəfə zərbə endirib, sonra polisə gedərək könüllü təslim olub.
Noyabrın 26-də V.Həmidova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
V.Həmidov barədə həbsdə saxlama müddəti bu il fevralın 24-də başa çatıb və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Vüqar Həmidov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində İlahə ilə 2003-cü ildə ailə qurduğunu, birgə nikahdan iki azyaşlı uşaqlarının olduğunu və həyat yoldaşının valideynlərinə məxsus mənzildə yaşadıqlarını göstərib: “Qaynanam İzahət bizimlə birlikdə yaşayırdı. Mütəmadi olaraq gah yoldaşım, gah da qaynanam mənimlə mübahisə edirdilər. Hadisə baş verən gün fəhləlik edib evə qayıtmışdım. İçəri girəndə gördüm ki, həyat yoldaşım İlahə dəhlizdəki divara oboy vurur. Yapışqanı alıb özüm işləməyə başladım. Bu vaxt qaynanam uca səslə “oboyla işin olmasın, bacarmırsan” dedi. Mən də acıqlı formada “mən bacarmıramsa, gəl özün düzəlt” dedim.
Arvadım bunu eşidincə anası ilə niyə kobud danışdığımı soruşdu. Ona günahın anasında olduğunu dedim. İlahə isə cavabında “anamın evində qalırsan, hələ onu bəyənmirsən” deyib paltarlarımı beşinci mərtəbənin pəncərəsindən həyətə tulladı.
İlahənin qolundan yapışıb paltarları atdığı pəncərənin yanına gətirdim. Onu qorxutmaq üçün “sənin özünü indi bu pəncərədən yerə atacağam” dedim. İlahə də əsəbiləşib mənə məxsus olan sənədləri üstümə ataraq atamın goruna söydü və mənzildən birdəfəlik getməyimi tələb etdi.
Onun bu hərəkətinə dözməyib şkafın içindən çəkici götürüb yataq otağına girdim və İlahənin başına bir neçə zərbə endirdim. Həmin vaxt qaynanam İzahət bizə yaxınlaşıb məni İlahədən araladıqda çəkic zərbəsinin biri təsadüfən onun əlinə dəydi. İlahəni vuranda başından qan axdığını və huşunu itirib yerə yıxıldığını görüncə əl saxladım. Evdən çıxıb birbaşa Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinə getdim və hadisə barədə məlumat verdim”.
Təqsirləndirilən şəxs arvadını öldürmək niyyətində olmadığını, sadəcə qorxutmaq istədiyini deyib: “İlahəni vuranda mənzildə qaynanamdan və övladlarımdan başqa heç kim yox idi. Oğlum Əli yatmışdı. Qızımın isə hansı otaqda olmasını xatırlamıram. İlahəni öldürmək fikrim olmayıb. Əgər belə bir fikrim olsaydı, qaynanam mənə mane ola bilməzdi. Biz bir-birimizi sevib ailə qurmuşuq. İlahə atamın goruna söydüyünə görə çox əsəbiləşmişdim. Onu vurub qorxutmaq istəyirdim ki, bir daha söyüş söyməsin, mənə qarşı hörmətsizlik etməsin”.
Zərərçəkmiş şəxs qismində dindirilən İlahə Həmidova ifadəsində Vüqarla ailə qurandan bəri heç vaxt normal münasibətdə olmadıqlarını, aralarında mütəmadi olaraq mübahisələr baş verdiyini göstərib: “Vüqar spirtli içki aludəçisi olduğundan evdə tez-tez münaqişələr yaradırdı. Hadisədən təxminən yeddi-səkkiz ay əvvəl Vüqardan ayrılmışdım. Son vaxtlar yenidən bizə gəlib yalvardı, bir daha içməyəcəyinə, dava salmayacağına söz verdi. Mən də yenidən bizimlə birgə yaşamasına razı oldum.
Axşamüstü Vüqar işdən gələndə oboy vurduğumu görüb bıçağı əlimdən aldı, köhnəni söküb yerinə təzəsini vuracağını dedi. Bıçaqla köhnə oboyun altını qaşıyanda bıçağı dərin basaraq divarı nahamar etdi. Anam da ona dedi ki, sən bacarmırsan, divarda çala qalacaq, eləmə”.
Bunu eşidən Vüqar anama kobud cavab verdi, onu təhqir etməyə başladı. Dedim ki, ayıb olsun, həm evində qalırsan, həm də söyüb təhqir edirsən. Vüqar mənim də üstümə qışqırmağa başlayanda əsəbiləşib “bu evdən birdəfəlik çıx rədd ol” dedim. Ona aid paltarları yataq otağının pəncərəsindən aşağı atdım. Vüqar əlində çəkic arxamca gələrək başıma zərbələr endirdi. Özümü qorumaq üçün hər iki əlimlə gicgahımı tutdum. Zərbələrdən bir neçəsi əlimə dəydi. Anam Vüqarın məni vurduğunu görüncə bizi aralamağa başladı. Huşumu itirib yerə yıxıldım. Ayılanda gördüm ki, xəstəxanadayam”.
Zərərçəkmiş şəxs ifadəsində hal-hazırda Vüqarla barışdıqlarını, xoşbəxt yaşadıqlarını və ərinə qarşı heç bir şikayətinin olmadığını göstərib: “Həmin vaxt Vüqara qarşı çox əsəbi idim. Ona görə ifadəmdə məni öldürmək istədiyini qeyd etmişdim ki, Vüqarı daha ağır cəzalandırsınlar. Sonradan fikirləşdim ki, iki azyaşlı uşağım var, ağır xəsarət almışam, sağlamlığımı itirmişəm, heç yerdə işləyə bilməyəcəyəm. Ona görə də həyat yoldaşımın həbsdən çıxarılması üçün müxtəlif instansiyalara ərizə ilə müraciət etdim. Vüqarın çəkiclə məni vurmasında mənim də günahım var. Mən Vüqarın valideynlərini söydüm, ona görə də bu hadisə baş verdi. Vüqarın məni öldürmək fikri olmayıb. Əgər öldürmək istəsəydi, öldürərdi, buna heç anam da mane ola bilməzdi. Anam xəstə və yaşlı adamdır. Hal-hazırda Vüqarla bir yerdə yaşayırıq, xoşbəxtik”.
Həyat yoldaşı ərini bağışlasa da qanun bağışlamayıb. Məhkəmənin hökmü ilə V.Həmidov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilərək məhkəmə zalında həbs edilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM