Fevralın 19-da akademiyanın Əsas binasında AMEA-nın Elmi Nəşriyyat Şurasının genişləndirilmiş iclası keçirilib.
İclasda Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərarının icrası ilə bağlı həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də akademiyada nəşr olunan jurnalların baş redaktorları və məsul katibləri iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik A.Əlizadə elmi jurnalların nəşrinin Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin ölkəmizin müasir inkişaf səviyyəsi və potensialı haqqında məlumatların dünyaya çatdırılması baxımından önəmini vurğulayıb. O, AMEA-da elmi jurnalların keyfiyyətinin artırılması məsələsinin son illərdə Rəyasət Heyəti tərəfindən diqqət mərkəzində saxlanıldığını bildirib. AMEA rəhbəri bu məqsədlə Elmi Nəşriyyat Şurasının tərkibinin yeniləndiyini, akademiyada elmi nəşrlərin təkmilləşdirilməsi ilə bağlı xüsusi təkliflərin hazırlandığını qeyd edib.
Bu gün AMEA-da 50-ə yaxın jurnalın dərc olunduğunu deyən A.Əlizadə nəşrlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb, onların “Web of Science”, “Scopus” kimi beynəlxalq səviyyəli bazalar tərəfindən qəbul edilməsi istiqamətində işlərin görülməsinin əhəmiyyətini qeyd edib.
AMEA rəhbəri, həmçinin bir sıra nəşrlərin peşəkar fəaliyyət göstərdiyini, riyaziyyat və kimya elmləri üzrə dörd jurnalın “Web of Science” platformasına, bir jurnalın isə “Scopus” elmi bazasına daxil edildiyini diqqətə çatdırıb. Alim həmin jurnallara maddi yardımın ayrılmasının nəzərdə tutulduğunu deyib.
A.Əlizadə AMEA-nın başlıca nəşri olan “Məruzələr” jurnalının fəaliyyətinin təkmilləşdirilməsi məsələsinə də toxunaraq, elmi yeniliklərin burada dərcinin zəruriliyini vurğulayıb.
Sonra Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada çap olunan elmi jurnalların monitorinqinin nəticələrini təqdim edib.
M.Mərdanov akademiyada işıq üzü görən 4 nəşrin - “Azərbaycan riyaziyyat jurnalı”, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Kimya problemləri” və “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science” platformasına, “AMEA-nın Xəbərləri jurnalının riyaziyyat buraxılışı”nın isə “Scopus” elmi bazasına daxil olduğunu bildirib. Bundan əlavə, AMEA-nın 25 elmi jurnalının əsas tələblərə cavab verdiyini və nüfuzlu beynəlxalq elmi bazalara daxil olmaq üçün zəruri potensiala malik olduğunu diqqətə çatdırıb.
Nəşrlərin fəaliyyətinin təkmilləşdirilməsi üçün Tədbirlər Planının hazırlandığını deyən M.Mərdanov jurnalların illik müsabiqəsinin keçirilməsinin, redaksiyaların əməkdaşları üçün seminarların təşkilinin, nəşrinə ehtiyac olan yeni jurnalların təsis edilməsinin və digər işlərin nəzərdə tutulduğunu deyib. O, həmçinin jurnalların ingilis dilində çap edilməsinin və məqalələrin xülasəsinin geniş yazılmasının zəruriliyini vurğulayıb.
İclasda şura tərəfindən “Nüfuzlu jurnala məqalə hazırlamağın qaydaları” haqqında metodik vəsaitin tərtib ediləcəyi də diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, f.ü.f.d. Mayis Gülalıyev və digərləri çıxış edərək bu sahədə mövcud problemlərdən danışıb, təkliflərini səsləndiriblər. Çıxış edənlər elmi jurnalların müasir dövrün tələblərinə uyğunlaşdırılması, nəşrlərin bir qisminin adının dəyişdirilməsi, daimi rəyçilərin həvəsləndirilməsi, magistrantlara məqalələrin yazılma qaydaları və üslubunun tədris olunması, elmi yazarların hazırlanması kimi məsələlərin önəmini qeyd ediblər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM