Elşad İskəndərovun Türkiyə girişinə qadağa qoyulub? - XİN-dən rəsmi açıqlama

11:03 / 21.02.2019

Elşad İskəndərovla bağlı mətbuatda yayılan məlumatlar tamamilə yalandır və qərəzlidir.

Strategiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.

Eyni zamanda, bildirilməlidir ki, sözügedən iclasda çoxsaylı məsələlər çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏGF-nin Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan Mərkəzin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib.

Azərbaycan suveren və müstəqil xarici siyasət aparır və öz maraqlarını bütün beynəlxalq təşkilatlarda müdafiə etmək hüququna malikdir və bunu edir. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilib.

Həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib.

Belə bir iddia olmadığı üçün Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İskəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir.

E.İskəndərov uzun illər İƏGF-yə səmərəli şəkildə rəhbərlik edib. Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırım kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyətləri nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin qlobal mədəniyyətlər arası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilib.

 
Eyni zamanda, mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunub. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İskəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin, o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib.

Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək qərəzli xarakter daşıdığından Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır.

Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq", - deyə XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, mətbuatda Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri E.İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulduğuna dair məlumat yayılıb.

İddia olunurdu ki, bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatının yanvarın 15-də keçirilən toplantısında qalmaqallı açıqlamadan sonra verilib. Belə ki, tədbir zamanı Körfəz ölkələrindən birini təmsil edən, adı açıqlanmayan səfirlərdən biri "Azərbaycan Xarici İşlər Nazirliyindən olan səlahiyyətli şəxs bizim ölkənin Bakıdakı səfirliyinə gələrək Türkiyənin bizə qarşı təxribat hazırladığını söyləyib" deyərək izahat tələb edib.

Onun bu sözlərindən sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Şahin Abdullayev məsələni Azərbaycanda aidiyyəti qurumlara məruzə edəcəyini bəyan edib.

Türkiyə mediası bildirir ki, Azərbaycan adından xarici səfirliyə məlumat verən şəxsin Elşad İskəndərovun olduğu ortaya çıxandan sonra onun Türkiyəyə giriş və səyahətinə qadağa qoyulub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM