“Open Science : Azərbaycan” adlı konfrans keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində “Open Science: Azərbaycan” adlı konfrans keçirilib.
Konfransda “Open Science”, “Open Access”, “Open Research date, “Open innovation”, “Open research computation”, “Citizen science”, “Scientific social network”, “Open Access” jurnallarına çıxış imkanları məsələlərinə həsr olunmuş təqdimatlar və məruzələr dinlənilib, “Open Science”in gənc alimlər arasında geniş yayılmasının perspektivləri müzakirə edilib.
Konfransı açan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, cəmiyyətin fəaliyyətinin böyük hissəsi beynəlxalq istiqamətdə olub: “Bizim üçün gənc alimlərimizin beynəlxalq elm məkanına çıxış əldə etməsi həmişə prioritet vəzifələrdən biridir. Bizim təqdimatımızla Gənclər və İdman Nazirliyi hər il onlarla gənc alimin beynəlxalq tədbirlərdə iştirakına dəstək verib. Gənc alimlər, doktorantlar, magistrlər arasında müasir dünyanın tətbiq etdiyi yeni innovativ ideyaların təbliği mühüm məsələlərdəndir və böyük aktuallıq kəsb edir. “Open Science” ümumi bir termin olaraq, Avropa miqyasına yeni daxil olub və özündə bir çox istiqamətləri, sahələri əks etdirir. Avropa İttifaqının tədqiqat və innovasiya siyasətində “Open Science” əsas yer tutur və bunun həyata keçirilməsi üçün bir sıra layihələr reallaşdırılır. “Open Science”in üstünlüyü elmi tədqiqatların birgə aparılmasında, maraqlı tərəflər üçün əlçatan olmasında, eyni zamanda, ictimaiyyət üçün açıq olmasındadır”.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, ötən illər ərzində böyük bir yol keçən Fond gənclərin, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsini reallaşdırıb, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsini dəstəkləyib, gənclərin xaricdə tədbirlərdə iştirakını maliyyələşdirib.
Fərid Cəfərov Gənclər Fondunun əsas fəaliyyətinin qrant müsabiqələrinin keçirilməsi ilə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Fond gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməklə onların fərdi təşəbbüslərini hər zaman dəstəkləyir.
Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudov dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqətlə yanaşıb. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar.
İrfan Davudov tədbirin əhəmiyyətinə toxunaraq, konfransın gənc tədqiqatçılar arasında qarşılıqlı fikir və təcrübə mübadiləsində önəmli rol oynayacağına əminliyini ifadə edib.
Sonra Avropa Gənc Alimlər Şurasının (EURODOC) prezidenti Gareth O'Neillin azərbaycanlı gənc alimlərə onlayn videomüraciəti göstərilib.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamaov, Azərbacan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə, Avropa Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü, Macarıstan Gənc Alimlər Assosiasiyasının prezidenti Peter Szabo, Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəfov, “Clarivate Analytics” agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin nümayəndəsi Ruslan Rəhimli və Sevinc Ədilovanın çıxışları dinlənilib, müzakirələr aparılıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM