Azərbaycan Milli Məclisi, "Qüdrətli Azərbaycan Naminə" İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsi çərçivəsində hazırlanan "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsi rəy alınması məqsədilə həm beynəlxalq dairələrə, həm də ölkənin müvafiq qurumlarına göndərilib.
Bunu Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Qanun layihəsini mükəmməl sayan vitse-spiker hazırda onun müzakirə mərhələsində olduğunu, layihə üzərində məsləhətləşmələrin davam etdiyini söyləyib: "Təbii ki, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, hüquq-mühafizə orqanlarının bu qanunun tətbiqi zamanı meydana çıxa bilən problemlərlə bağlı rəyləri bizim üçün çox əsasdır. Ona görə də layihə rəylərin alınması üçün həmin qurumlara göndərilib. Rəylər alındıqdan sonra yəqin ki, layihəni parlamentdə müzakirəyə qəbul edə biləcəyik. Bunun nə vaxt olacağı artıq rəy verən təşkilatların öz işlərini nə zaman başa çatdıracağından asılıdır. Biz də maraqlıyıq ki, həmin layihəni daha tez qəbul edək".
B.Muradova qeyd edib ki, "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsi ilə bağlı çoxsaylı ictimai müzakirələr keçirilib: "Bu qanun beynəlxalq standartlara və sənədlərə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə hazırlanıb".
Milli Məclisin sədr müavininin sözlərinə görə, layihə cinayətləri törədən dairələrin cəzasız qalmaması üçün hüquqi bazanın yaradılması istiqamətindəki tələbləri özündə ehtiva edir: "Qanun layihəsi qəbul olunduğu zaman Azərbaycan xalqına qarşı cinayət törədənlər mütləq şəkildə bu qanunun təsir dairəsinə düşəcəklər.
O əlavə edib ki, Xocalı soyqırımı Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətli səhifəsidir. Lakin qanun layihəsi yalnız Xocalı soyqırımı ilə bağlı deyil:
"Təbii ki, bu qanun qəbul olunub tətbiq olunduğu zaman həm Xocalı faciəsini törədənlər, həm buna qədər, həm də ondan sonra Azərbaycan xalqına qarşı vəhşilikləri, insanlıq əleyhinə cinayətləri törədənlər mütləq şəkildə bu layihənin təsir dairəsinə düşəcəklər. Bu qanunun ictimai müzakirələrində bildirilirdi ki, Qarabağ hadisələri üzərindən Ermənistanda hakimiyyətə gələrək özünün təhlükəsizliyini təmin edənlər bir gün bunu itirəcəklər. Bu gün o şəxslərin bir çoxu öz ölkəsində cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə ittihamları ilə üzə-üzədirlər. İndki halda onlar öz vətəndaşlarına qarşı törətdikləri cinayətlərə görə ittiham olunurlar. Amma həmin insanlara qarşı ittihamların üzərinə insanlıq əleyhinə cinayət törədicisi kimi ittiham da əlavə olunacaq və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyət daşıyacaqlar".
B.Muradova vurğulayıb ki, bu cinayət təkcə müəyyən qrup şəxslərin və daha sonra Ermənistan hakimiyyətini idarə edən rəsmi şəxslərin cinayəti kimi ortaya çıxmır, eyni zamanda, söhbət onların təhrikçiliyi və təşkilatçılığı ilə bütöv bir xalqın - Ermənistan xalqının bu cinayətə şərik olmasına səbəb olmaqdan gedir: "Ona görə də düşünürəm ki, Ermənistan xalqı, bugünkü Ermənistan iqtidarı bu cinayətlərə şərik olmadığını sübut etmək və insanlıq əleyhinə cinayət törədə biləcək bir iqtidarda olmadıqlarını göstərmək istəyirlərsə, bu ittihamı da əvvəlki hakimiyyətdə təmsil olunan cinayətkarlara qarşı irəli sürməlidirlər və öz xalqlarını belə bir ittiham qarşısında qoymamalıdırlar. Hesab edirəm ki, indi onların bu barədə düşünmək, qərar vermək və addım atmaq üçün vaxtları var".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM