Fevralın 28-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası dostluq qrupunun üzvü Mixail Zabelin Rusiya Federal Məclisinin Federasiya Şurasında Ermənistan parlamenti sədrinin çıxışı ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: Fevralın 26-da Azərbaycanda ölkə tarixinin ən hüznlü günlərindən biri – Xocalı şəhərinin erməni terrorçuları tərəfindən yerlə-yeksan edilməsinin 27-ci ildönümü qeyd edilib.
Minlərlə insan öz evindən qovulub, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib.
Səkkiz ailə tamamilə məhv edilib. İyirmidən çox ailənin hərəsindən yalnız bir nəfər sağ qalıb. 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.
Bir sıra ölkələr bu faciəni Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
Fevralın 26-da Bakıda Xocalı soyqırımı abidəsinə ənənəvi ümumxalq yürüşü keçirilib. Ənənəyə görə, bu yürüşdə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin nümayəndələri – gələcəkdə buna oxşar faciələrin təkrarlanmasının qarşısını almağı zəruri hesab edən hər kəs iştirak edir.
Builki yürüşün iştirakçıları arasında Rusiya nümayəndələri, o cümlədən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Dövlət Dumasının deputatları Oksana Puşkina, Olimpiya çempionu İrina Rodnina və başqaları da vardı.
İndi Ermənistan hakimiyyət orqanlarının rəsmi nümayəndələri, o cümlədən bu ölkənin Rusiya Federasiyasındakı səfiri və Ermənistan parlamentinin sədri inciklik bildirir və onlara iradlarını təqdim edirlər.
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan tribunadan çıxışında bəyan edib ki, o, “təəssüflə qeyd etməyə məcburdur ki, ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik əlaqələrinin yüksək səviyyəsinə, həmçinin Rusiya tərəfinin Qarabağ münaqişəsinin dinc yolla həlinə yönəlmiş ardıcıl səylərinə baxmayaraq, bəzi rusiyalı həmkarlarımız dünən Bakıda keçirilən, regionda davamlı sülhün və sabitliyin pozulmasına yönələn, açıq-aşkar antierməni aksiyada iştirak ediblər”.
Ermənistanın RF-dəki səfiri Vardan Toqanyan da onun sözünə qüvvət verir. O, öz diplomatik missiyası adından belə bir bəyanat yayıb: “Biz Bakıda keçirilən, açıq-aşkar antierməni xarakteri daşıyan və regionda etimad ab-havasını pozmaq məqsədilə istifadə olunan yürüşdə rusiyalı parlamentarilərin iştirakına görə hiddətlənmişik”.
Nə deyək, gəlin, məsələni araşdıraq. Açıq, vicdanla və umu-küsüsüz.
İrina Rodnina, Oksana Puşkina, Dmitri Savelyev və başqalarının iştirak etdiyi aksiya əsla “antierməni” aksiya deyil – eynilə Xatın, Liditse və Oradur faciələrinin anılması əsla “antialman aksiyası” olmadığı kimi.
Fevralın 26-da Bakıda qəddarlığına görə dəhşətli, əliyalın dinc insanlara bilərəkdən kütləvi şəkildə divan tutulmasının qurbanlarının xatirəsi yad edilib. Bu insanların yeganə “təqsiri” bu idi ki, onlar erməni kimi doğulmayıblar, amma ermənilərin göz dikdikləri torpaqda yaşayırdılar.
Ermənistanın sabiq prezidenti, həmin illərdə “səhra komandiri” olmuş Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaal ilə söhbətində lovğalanaraq deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi ardan qaldıra bildik. Məsələ belə olub”.
Bunun məhz necə olduğunu təsdiqləyən çoxsaylı sübutlar var. Onlardan yalnız birini göstərim: “O dəhşətli mənzərəni heç vaxt unutmaram. Təpədən dırnağa silahlanmış möhkəm bədənli erməni oğlanlar qalın qarın üstü ilə qaçışan köməksiz qadınlara və uşaqlara atəş açırlar”. Bu sözləri Xocalı sakini, milliyətcə rus olan Sergey Bondarev deyib.
2018-ci ilin yazında xalq iğtişaşları nəticəsində Serj Sarkisyan rejimi devriləndə çoxları, o cümlədən bu sətirlərin müəllifi də ümid edirdi ki, indi Ermənistanda hakimiyyətə gələn yeni insanlar heç olmasa şəxsən bu cür cinayətlərin iştirakçıları olmayıblar.
Lakin Mirzoyanın və Toqanyanın indiki bəyanatları göstərir ki, bizim o vaxtkı nikbinliyimiz həddən artıq mübaliğə imiş.
Gəlin realist olaq: dünyanın 16 ölkəsinin parlamentinin soyqırımı kimi tanıdığı hadisənin – dinc əhalinin kütləvi şəkildə qırılması qurbanlarının anım mərasimində iştirak etmiş rusiyalı siyasətçilərə və deputatlara iradlar bildirmək anlaşılası məsələ deyil.
Üstəlik, “regionda davamlı sülhün və sabitliyin pozulması” barədə mühakimələr eşitmək təəccüblüdür.
Bunu belə başa düşmək olarmı ki, yuxarıda adlarını çəkdiyim cənabların fikrincə, “regionda sülhə və sabitliyə” gedən yol dinc əhaliyə vəhşicəsinə divan tutulmasından keçir?!
Xatırlatmağa məcburam: regionda sülhü və sabitliyin pozulmasına səbəb, ilk növbədə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməkdən imtina etməsidir. Yeri gəlmişkən, həmin qətnamələrin lehinə Rusiya da səs verib. Bu qətnamələr erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bildirməkdən əvvəl öz əməllərini araşdırmalı idilər. O cümlədən yada salmalı idilər ki, Yerevanın mərkəzində, hökumət binaları yerləşən məhəllədə hərbi cinayətkar, Hitlerin əlaltısı Qaregin Njdeyə heykəl qoyulub.
Onu yada salmalı idilər ki, Yerevanda ictimai həyatın bütün sahələrindən və ilk növbədə, təhsil sahəsindən rus dilinin planlı şəkildə sıxışdırılması siyasəti davam edir.
Ermənistanda rus dilində təhsil almağa praktiki olaraq imkan yoxdur.
Bu yaxınlarda isə orada “Çto? Qde? Koqda?” adlı sonuncu “rusdilli” televiziya verilişi bağlanıb.
İndi həmin veriliş yalnız erməni dilində efirə çıxacaq. Nəhayət, lap yaxın vaxtlarda Ermənistanda növbəti “CampCamp” seminarı keçirilib. Həmin seminarda MDB ölkələrindən olan gənc “müxalifətçilərə” Amerikanın pulları hesabına “rəngli inqilabları” necə təşkil etməyi öyrədirdilər.
Sonda sadə bir həqiqəti xatırladaq: müttəfiqlik münasibətləri heç də o demək deyildir ki, heç kəs öz müttəfiqini heç vaxt tərsinə sığallamayacaq. Xüsusən Xocalı faciəsi kimi hiddətləndirici hadisələrdən söhbət gedəndə.
Daha bir məsələ: Rusiyanın paytaxtı Yerevanda yox, Moskvada yerləşir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM