Bu il də ötən illər kimi Azərbaycanda quraqlıq hökm sürür. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, quraqlıq hələ bir neçə il də hökm sürəcək. Onun sözlərinə görə, bu da ölkədə müəyyə ərzaq problemlərilə nəticələnə bilər.
İki ildir ki, ölkədə quraqlı hökm sürür. Qarşıdan gələn bir neçə il quraqlıq hökm sürəcək. Ola bilər ki, qışda da qarın miqdarı az olsun. Bir çox torpaqlarda şirin su qıtlığı yaransın. Bu zaman külək erroziyası yarana bilər. Torpaqların nəmliyi 30-40 faizə düşər. Bu da məhsuldarlıq üçün kifayət deyil”, - deyə Telman Zeynalov bildirib.
Ekspertin fikrincə problemin qarşısını almaq üçün yeni su mənbələri tapılmalıdır: “Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik”.
Qeyd edək ki, son aylar hökm sürən isti hava və quraqlıq səbəbindən ölkədə çayların səviyyəsi aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən bildirilib ki, bəzi çaylarda suyun həcmi azalıb. Baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, vəziyyət çox ciddidir.
“Problem əsasən İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı rayonlarında müşahidə olunur. Ağsuçay, Girdimançay, Göyçay, Türyançayda suyun kəskin azalması müşahidə olunub”, - deyə Asif Verdiyev bildirib.
Mütəxəsisilər çıxış yolu kimi əlavə içməli su mənbələrindən ehtiyatla istifadə etməyi təklif edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşları, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkədə içməli su potensialından israfçılıqla istifadə olunur. Ekspertin fikrincə bunun qarşısı təcili şəkildə alınmalıdır.
“Bu istilərdən sonra payız aylarında intensiv yağışlar başlayacaq. Bu zaman çaylarda yaranan su bolluğundan istifadə etmək lazım olacaq. Ölkədə içməli su potensialından israfçılıqla istifadə olunur. Ötən il 11 milyard kub təbii su mənbəyindən su götürülüb. Bunun 4 milyard kubu itkiyə gedib. Hardasa içməli suyun 40 faizi israf olunub. Bu əlbəttə yolverilməzdir. Bundan əlavə ağacların sayını artırmalıyıq. Bu da bir müddətdən sonra şirin suyun miqdarını artırır”, - deyə Vahid Məhərrəmov bildirib.
Ekspertin fikrincə kənd təsərrüfatı məhsulları istehsalçıları istifadə etdiyi suları yeni texnologiyaya uyğun istifadə etməlidirlər: “Kənd təsərrüfatında suvarmanı yağışyağdırma üsulu, damcı üsulu ilə həyata keçirməlidirlər. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifə bundan ibarətdir”.
Ekspert onu da əlavə edib ki, bu il Azərbaycanda az məhsul gözlənilir. Bu isə vəziyyəti müəyyən mənada çətinləşdirə bilər: “Ötən ilə nisbətən bizdə 600 min ton az məhsul götürüləcəyi ehtimal olunur. Təxminən hər hektarda 5 sentner az məhsul götürəcəyik. Bu da, əlbəttə daxili bazara çox təsir edəcək. Çünki o qədər məhsulu xaricdən idxal etməliyik. Ona görə də, daha çox taxıl idxal olunacağı ehtimal edilir. Yaxud da, 500 min ton buğda ehtiyatından istifadə olunmalıdır. Ona görə də, Azərbaycanda bu il istehsalın az olması ilə bağlı vəziyyət gərgindir”.
Ekspert deyir ki, hələlik bu baxımdan konkret nəsə demək tezdir. Dünya bazarında taxılın qiymətinin artması isə avqust ayında tam aydın olacaq. Ekspertin sözlərinə görə, bəzən mövcud vəziyyət gizlədilir. Yəni bir çox ölkənin təsərrüfat nazirliyi məlumatları şişirdir. Bu səbəbdən də, birjalarda taxılın qiymətinin manipulyasiya uğramasına, yəni süni şəkildə qiymətin qalxmasına səbəb ola bilər.
“Əgər taxılın və unun qiymətində artım olarsa, avtomatik olaraq əhaliyə satılan çörəyin də qiyməti qalxacaq. Dövlətsə öz növbəsində bunu süni qiymət artımı kimi qiymətləndirərsə, bu zaman sahibkarlara zərər dəyər. Bu zaman fəaliyyətdə olan fərdi kiçik sahibkarlar sıradan çıxarlar. Bu da böyük problemlər yaradar. Yəni balaca çörək sexlərinin fəaliyyəti mütləqdir. Çünki onların fəaliyyəti əhalinin çörək ehtiyatını tam şəkildə təmin edir. Yəni süni qiymət adı altında belə sexlərin bağlanmasına göstəriş verilməməlidir”, - deyə Vahid Məhərrəmov bildirib.
Dövlət qurumlarında isə ekspertlərlə razılaşmırlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə verilən məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.
“İyunun birinə olan statistik məlumata görə, 1 milyon 6 min hektar sahənin 75 faizi biçilib. Yəni biçilmə 758 min hektar sahədə gedib. Bu da respublika üzrə 1,7 milyon ton taxıl istehsal olunub. Fermer və sahibkarlardan standartlara uyğun olaraq, taxılın qəbul olunması haqqında müraciət olunub. Müraciətə əsasən 1 tonun qiyməti 240 AZN olmaqla taxıl alınır. Hələ ki, buğdanın, unun və çörəyin qiymətinin artımı gözlənilmir”, - deyə Murtuzəli Hacıyev bildirib.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM