Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar"

14:26 / 04.03.2019

“Son zamanlar sosial şəbəkələrdə saxta profillər vasitəsilə demədiyim sözləri adıma çıxarırlar. Guya mən demişəm ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu, amma indi belə deyil və yaxud da dövlət bayrağının üzərindəki ulduz və gerb götürülsün, Heydər Əliyevin şəkli qoyulsun. Səviyyələri və savadları çatmır ki, inandırıcı şeylər yazsınlar. Bunların hamısı yalandır".Strategiya.az bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi olduğunu xatırladan deputatın sözlərinə görə, radikal müxalifət, başqalarının əlində alət olan qüvvələr təlimat alıblar ki, Elman Nəsirovu qaralayın, ləkələyin: “Çalışırlar ki, bu yolla fəaliyyətimdən çəkindirsinlər, ictimai fikri əleyhimə yönəltsinlər. Amma bunların hamısı əhəmiyyətsizdir. İnsanlar həqiqəti görür, bilirlər ki, barəmdə yazılanlar həqiqətə uyğun deyil. Onlar yalan söylədikcə, böhtan atdıqca, fəaliyyətimi daha da gücləndirirəm. Bilirəm ki, işimiz haqq işidir. YAP-ın üzvü olaraq missiyamızı çox yaxşı bilirik, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bilirik ki, satqın qüvvələrin niyyəti nədir... Onlar Azərbaycanda xaos, anarxiya yaratmaq istəyirlər. Bu istiqamətdə xaricdəki drijorların tapşırıqlarını yerinə yetirirlər. Təkcə məni deyil, digər ziyalıları, elm adamlarını, ictimaiyyət nümayəndələrini bu cür ləkələyirlər. Bizi heç kəs yolumuzdan döndərə bilməz, hədəflərimiz Azərbaycanı daha da gücləndirməkdir. Hazırda ölkənin inkişafı istiqamətində Prezident İlham Əliyev çox ciddi islahatlar həyata keçirir. Prezidentin siyasəti xalq tərəfindən müsbət qarşılanır. Biz də həmin siyasətin təbliğatçılarıyıq. Radikal müxalifət bizi buna görə hədəf seçir. Bütün hallarda kişi kimi mübarizə aparmaq lazımdır. Demədiyim sözü mənim adıma necə yaza bilərlər? Mənbəni göstərsinlər? Belə bir açıqlamanı hara vermişəm, harada yazmışam? Mənbə göstərə bilmirlər. Bu, kişilikdən tamamilə uzaq məsələdir”.

Deputat bu cür halların davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd edib: “Bu cür hallar davam edərsə, hüquqi müstəvidə addım atacağam. Bəzi insanlar bilməlidir ki, insanların şərəf və layəqətini alçaltmaq olmaz, bunun cəzası var. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalar nəzərdə tutulub. Belə insanlar məsuliyyətə cəlb edilməlidir. Hiss olunur ki, cəza mexanizminin həyata keçirilməsi ilə bağlı boşluq var. Baxın, sosial şəbəkələrdə kim nə istəyir, yazır, təhqir edir, insanların şərəf və ləyaqətini alçaldırlar. Xaricdə bəzi şəxslər dövlət başçısını, ayrı-ayrı məmurları təhqir edirlər. Onların əsas silahı təhqir və böhtandır. Bunun üçün müəyyən addımlar atmaq lazımdır. Təsəvvür edin ki, həmin təhqir edənləri məhkəməyə versək, cəzalandırsaq, onlar şou yaradacaqlar. İddia edəcəklər ki, həmin şəxslər “siyasi məhbus”durlar. Bunun nəyi “siyasi məhbus” olur? Qaragüruhçu qüvvələrin sivil müstəvidə polemikaya girmək gücü yoxdur. Sadəcə, bədbəxt insanlardır...”


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM