Müxalifət xaricdən maliyyələşdiyini etiraf etdi – Dəbdəbəli həyat ZƏRURƏTİ

10:23 / 05.03.2019

“Pulu kim verir, musiqini də o sifariş edir”. Azərbaycan müxalifətinin fəaliyyətində bu prinsipin əsas istiqamətlərdən olduğu məlumdur. Xüsusilə müxalifətin radikallaşmış, hakimiyyətə gəlmək üçün bütün cəbhələrlə sövdələşməyə getmiş, yaxud getməyə hazır olan kəsiminin xaricdən maliyyələşməsi haqqında indiyə qədər faktlara əsaslanan müxtəlif məlumatlar yayılıb. Müxalifət cameəsi bu məlumatları təkzib edir və bunun adətən iqtidarın siyasi mübarizədə irəli sürdüyü iddia olduğunu iddia edir.

Və bəzən ictimaiyyətdə sual yaranır: hansı iddia doğrudur, iqtidarın faktlara əsaslanan məlumatları, hansı ki, müxalifət bunu iddia adlandırır, yoxsa, bu məlumatların doğru olmadığı haqqında irəli sürülən iddia?!

Müxalifətin fəaliyyətini ifşa edən qalmaqallı açıqlamaları ilə tanınan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun bu günlərdə Milli Məclisin deputatı Elman Nəsirli ilə çıxdığı debatda səslənirdiyi fikirlər müxalifətin xaricdən maliyyələşməsi ilə bağlı dolayısı etiraf oldu.

Cəlaloğlu iqtidar cameəsini təmsil edən Nəsirlinin “müxalifət xaricdən maliyyələşir” fikrinə cavab olaraq bildirir: “Tez-tez Azərbaycan müxalifətini xarici dövlətlərlə əlaqədə ittiham edirlər... Mən belə hesab edirəm ki, Azərbaycan müxalifətində də xarici qüvvələrə işləyə bilən və yaxud xarici qüvvələrdən müəyyən dəstək ala bilən qüvvələr ola bilər”.

Burada haşiyəyə çıxaraq qeyd edək ki, Azərbaycan müxalifəti konstruktiv və radikal olmaqla iki hissəyə bölünür: konstruktiv müxalifət parlamentəd təmsil olunanlar hesab olunur və onlar qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşir, radikal müxalifət, yəni parlamentə düşə bilmədikləri üçün seçkiyə getməkdən imtina edənlər isə heç bir yerdən maliyyələşmir və bu kəsimdə təmsil olunan siyasi fiqurlar adətən sadə vətəndaşlar kimi hər hansı müəssisədə, yaxud dövlət orqanında işləmirlər. Müqayisədə isə ikincilər birincilərdən daha yaxşı yaşayır. Misal üçün, bu gün Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, yaxud Vəhdət Partiyasının sədri Tahir Kərimli, eləcə də parlamentdə təmsil olunan digər siyasi partiya sədrləri ilə müqayisədə AXCP sədri Əli Kərimlinin yaşayış səviyyəsi arasında uçurum qədər fərq var, elə Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun sahib olduğu mülklərin sayı da iki tərəf arasındakı fərqi aydın şəkildə ifadə edir.

Azərbaycan müxalifətinə xaricdən ötürülən maliyyə ilə bağlı mediada kifayət qədər məlumat əldə etmək olar. 2012-ci ilə qədər bu maliyyələşmə donor təşkilatları vasitəsilə həyata keçirilirdi. Prosedur belə idi: Qərbin donor təşkilatları “demokratiyaya dəstək” adı altında partiya sədrlərinin – xüsusilə Əli Kərimlinin - ətrafında cəmlənmiş müəyyən QHT-lərə qrantlar ayırır, bu qrantlar bank hesablarından çıxarılır və böyük qismi partiya rəhbərliyinə çatırdı. Bu prosesdə iştirak etməyən, yəni müstəqil QHT-lər, yaxud partiya sədrlərinə pul ötürməkdən imtina edən QHT-lər avtomatik olaraq “ofsayda” düşürdü.

2012-ci il “facebook inqilabı” cəhdinə qədər qrantların ayrılmasında informasiyalar müəyyən qədər açıq idi. Lakin sonrakı dövrdən başlayaraq, gizlilik prinsipinə keçildi. Belə ki, layihələrin adları və onlara ayrılan konkret məbləğlər aydın göstərilir, lakin bir çox hallarda qrantların ayrıldığı təşkilatların adları açıqlanmırdı. Misal üçün, 2016-cı ildə ABŞ-ın Milli Demokratiya Fondu (NED) (bu təşkilatın Vaşinqtonun rəsmi siyasətini deyil, müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməsi haqda faktlar var) Azərbaycana 1 milyon dollardan artıq qrant ayırdı. Qrantların konkret istiqamətləri – insan haqlarının inkişafı, media azadlığı, demokratiya, siyasi qurumların möhkəmləndirilməsi və s. göstərilir, həmçinin, ayrılan məbləğlər qeyd olunurdu. Amma bu layihələrin hansı təşkilatlar tərəfindən irəli sürüldüyü və pulların hansı təşkilatlara ayrıldığı gizli saxlanılırdı. (http://www.ned.org/region/eurasia/azerbaijan-2016/).

Azərbaycandan fərqli olaraq, Gürcüstan və Ermənistana ayrılan qrantlarda heç bir gizlilik yox idi. (http://www.ned.org/region/eurasia/georgia-2016./). (http://www.ned.org/region/eurasia/armenia-2016/).

Bu məsələ ictimailəşəndən sonra dövlət haqsız rəqabəti aradan qaldırmaq və kənar müdaxilələri dayandırmaq məqsədilə qanunvericiliyi sərtləşdirdi. Şəffaflıq faktorunun önə çıxması müxalifətin “qrantlar yolu ilə maliyyələşməsini” dayandırdı. Lakin müxalifətə pul ötürən xaricdəki dairələr bu dəfə konkret məkan seçdilər və pul axını nağdlaşdırılmış formada həyata keçirilməyə başlandı. Azərbaycan üçün seçilmiş bu məkan Gürcüstan idi. Bu proses AXCP sədrinin müavini Gözəl Bayramlının sərhədi keçərkən çantasında külli miqdarda xarici valyuta ilə həbs olunmasına qədər davam etdi.

Bu günlərdə Rusiyadan konkret şəxslər vasitəsilə AXCP sədri Əli Kərimliyə göndərilən pullarla bağlı məhkəmə işi müxalifətin təkcə Qərbdən yox, həm də qonşu ölkələrdən də maliyyə aldığını təsdiqləyir.

Lakin nə qrantların şəffaflaşdırılması, nə nağdlaşdırılmış pulların axınının qarşısının alınması, nə də sonuncu məhkəmə prosesi müxalifətin xaricdən maliyyələşməsinin bütün yollarının bağlanması deməkdir. Qanundan kənar olan bu prosesin aydınlaşdırılması dövlətin müvafiq orqanlarının işidir. Hərçənd, bu gün müxalifət rəhbərlərinin həyat səviyyəsi onların heç də “partiya üzvlüyündən toplanan” pullarla belə yaşaya bilməyəcəklərini göstərir. Yox, onlar yalnız “partiya üzvlüyündən” yığılan pullarla maliyyələşdiklərini iddia edirlərsə, o zaman, mövcud həyat səviyyələri sadə cəbhəçinin, sadə müsavatçının, yaxud digər partiyaların sadə üzvlərinin ciblərinə girdiklərini etiraf etmiş olurlar. Doğrudanmı belədir?

Faktlar müxalifətin xaricdən maliyyələşdiyini sübut edir, lakin burada diqqət çəkən məqam S.Cəlaloğlunun buna haqq qazandırmaq cəhdidir.

“Politologiya sübut edir ki, kasıb ölkələrin əhalisi varlı ölkələrin mənafelərinə xidmət etməyə meyllidir. Siz niyə müxalifətə konstitusiyada nəzərdə tutulan imkanları vermirsiniz ki, onlar ölkənin öz resurslarından istifadə edib siyasəti qursunlar, məcbur olub gedib xarici dövlətlərin qulluğunda dayanmasınlar?”, - deyə Cəlaloğlu Nəsirliyə cavabında bildirir.

Birincisi, dövlət konstitusiya ilə nəzərdə tutulmuş qaydada parlamentə düşmüş siyasi partiyaların maliyyələşməsini həyata keçirir. Bütün dünya ölkələrində müvafiq baryeri aşmayan və seçicisi olmayan siyasi partiyalar dövlətdən maliyyə almırlar. Azərbaycan dövləti bir özü, bir portfeli olan siyasi partiyaya niyə maliyyə ayırmalıdır?

İkincisi, müxalifət rəhbərlərinin həyat səviyyəsi – sürücülər, cangüdənlər saxlamaları, mülkləri, sosial şəbəkələrdə pulla saxladıqları dəstələr və s. bu maliyyələşmənin zərurətdən doğmadığını nümayiş etdirir. Misal üçün, Cəlaloğlunun qardaşı Qurban Məmmədovun 20 yerdə mülkinin olduğu deyilir, yaxud onun bu gün “Youtube” kanalında yerləşdirdiyi videoları hazırlamaq üçün istifadə etdiyi kompüter və texnikanın qiyməti 4 min ABŞ dollarıdır. Və ya AXCP sədri heç bir yerdə işləmədən sürücü və cangüdəninə aylıq maaş verir, istifadə etdiyi avtomobil son model “Mazda CX9” avtomobilidir. Onun Şüvələn qəsəbəsində qiyməti 800 min manat olan villası və metronun “28 may” stansiyasının yaxınlığındakı yeni tikililərin birinin 8-ci mərtəbəsində 3 mənzilinin olduğu deyilir. Londonda təhsil alan övladının illik təhsil haqqı 25 min dollardır. Bunlar ictimaiyyətə məlum olan faktlardır. Digər siyasi partiya rəhbərləri də işləmədən heç də adi vətəndaş kimi yaşamırlar. Bu zərurətdir, yoxsa...

Cəlaloğlu əslində bu fikirləri ilə gözəl bir etiraf etmiş oldu: müxalifətin xaricdən maliyyələşməsi heç də siyasi fəaliyyət aparmaq zərurətindən yox, lüks həyatın davam etdirilməsi zərurətindən doğan həqiqətdir. Ortada bir zərurət var, amma baxır söhbət hansı zərurətdən gedir...

Publika.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM