Elman Nəsirov: “Mənə qarşı ləkələmə kampaniyasının səbəbi odur ki...”

15:24 / 05.03.2019

“Bu təxribatı edən adam Fransada yaşayan Məhəmməd Mirzəlidir”
Son iki gündə sosial şəbəkələrdə deputat Elman Nəsirovun adından bir fikir paylaşılır. Fikirdə qeyd olunur ki, E.Nəsirov Azərbaycan bayrağında dəyişiklik təklif edib. Paylaşıma diqqət edək: “Təklif edirəm ki, Azərbaycan bayrağında dəyişiklik olsun. Bayrağımızda əks olunan aypara və səkkizguşəli ilduzun heç bir mənası yoxdur. Aypara və səkkizguşəli ulduzun yerinə Ulu Öndərimiz Heydər Əliyevin şəkli vurulsun”.

E.Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər zaman qaragüruhçu dairələri faktlarla, arqumentlərlə yerində otuzdurur. Sonuncuların son zamanlar fəallaşmasının təsadüf olmadığını deyən müsahibimiz onları “ələbaxan siyasi ünsürlər” adlandırdı: “Xaricdən maliyyə dəstəyi aldıqlarından fəallaşıblar. Mənim bu fikrimi Sərdar Cəlaloğlu da ”Yeni Müsavat"ın canlı yayınında təsdiqlədi. Mən bildirdim ki, pulu verən mahnını da sifariş edir. O da təsdiqlədi ki, Azərbaycan müxalifətinə vəsait verilmədiyi üçün xaricdən vəsait alırlar. Bu həqiqət canlı yayında səslənmiş fikirdir. Xarici qüvvələr istəyirlər ki, Azərbaycan iqtidarı idarəolunan olsun. Amma Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev müstəqildir və xarici, daxili imkanlarla müstəqil siyasət həyata keçirir ki, bu da bəzi qüvvələri qane etmir".

Müsahibimiz bildirdi ki, bu fikirləri səsləndirdiyi üçün qaragüruhçu dairələr onu hədəfə alırlar. Həm YAP-ı təmsil edən millət vəkili, həm də beynəlxalq əlaqələr komitəsinin katibi olduğunu xatırladan E.Nəsirov İ.Əliyevin daxili və xarici siyasətini dəstəklədiyini vurğuladı: “Xalqımız bu siyasəti dəstəkləyir. Bunu həmin qüvvələrimn gözü götürmür. Qarayaxma kampaniyası da məhz bu səbəbdən aktivləşib. Mənim fəallığım onları qane etmir. Mənə qarşı ləkələmə kampaniyasına başlayıblar. O barəsində sual verdiyiniz sözləri də mən deməmişəm, yazmamışam. Bu, yalan və böhtandır. Mən bunu araşdırdım. Onu ”Made in Azerbaycan" qrupu paylaşıb. Bunu konkret edən şəxs isə Fransada sığınacaq tapmış, savadsız, təhsilsiz, nitqi məişət səviyyəsində olan Məhəmməd Mirzəli adlı şəxsdir. Əslində onun soyadı Məhəmməd Savadsız, Təhsilsiz olsa daha düzgün olardı. Çünki Mirzə soyadı bizdə savadı, təhsili ifadə edir. Mən söyləyəndə ki, belə bir fikir söyləməyimlə bağlı mənbə göstərin, məlum oldu ki, heç bir mənbə yoxdur. Belə insanlara qarşı hüquqi müstəvidə tədbir görülməlidir. O adamın yaşadığı Fransada bu cür əməllərə qarşı ciddi mövqe var. Böhtana görə ciddi cəzalar nəzərdə tutulub".

Müsahibimiz bildirdi ki, M.Mirzəli adlı şəxs prezident İlham Əliyev haqda da mənəviyyata sığmayan ifadələr işlədib. Müsahibimizin sözlərinə görə, onun məskunlaşdığı Fransada 1881-ci ilin iyulun 26-da qəbul edilmiş mətbuat azadlığı haqqında qanunun 30-31-ci maddəsində prezidenti təhqirə görə 45 min avro cərimə və bir ilədək həbs nəzərdə tutulur:“Mən bilirəm ki, onlar bu sayaq əməllərinə görə dilənçi paylarını alıblar. Qarayaxma kampaniyasını da bu səbəbdən aktiv şəkildə aparırlar. Amma bu əməllərinə görə cəzalandırılanda hay-həşir qoparırlar ki, biz siyasi məhbusuq. Bu cür hallar davam edərsə, hüquqi müstəvidə addım atacağam. Bəzi insanlar bilməlidir ki, insanların şərəf və ləyaqətini alçaltmaq olmaz, bunun cəzası var. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalar nəzərdə tutulub. Belə insanlar məsuliyyətə cəlb edilməlidir”.

Sevinc TELMANQIZI,


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM