Yolların pullu olması ilə bağlı qaydalar təsdiqləndi

10:41 / 08.03.2019

Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib.

Baş nazir Novruz Məmmədovun imzaladığı sənəd avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir. Qeyd olunub ki, ödənişli avtomagistral müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin "Yol hərəkəti haqqında” qanun ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur.

Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

Operator ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu, ödəniş talonu ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kartdır. Ödəniş məntəqəsi ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır (şlaqbaumlar, elektron ödəniş terminalı və açıq məntəqə). Avtomatik elektron ödəniş cihazı – operator tərəfindən istifadə olunan nəzarət sistemi vasitəsilə hərəkətdə olan nəqliyyat vasitəsinin identifikasiyası üçün nəzərdə tutulan və nəqliyyat vasitəsində yerləşdirilən qurğudur.

Ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur. Ödənişli avtomagistraldan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi (operator) həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Operator tərəfindən nəqliyyat vasitəsinin gedişinə görə tutulan ödənişlərdən başqa, istifadəçilərdən digər ödənişlərin tutulmasına yol verilmir.. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı, həmçinin ödənişli avtomagistrala xidməti təşkil edən operatorun nəqliyyat vasitələri gediş üçün ödənişdən azaddırlar. Nəqliyyat vasitəsinin gedişi üçün haqqın əvvəlcədən ödənilməsi halları istisna olmaqla, ödənişin tutulması ödəniş məntəqələrində həyata keçirilir.

Ödənişli avtomagistral barədə məlumat tablosu ödənişli avtomobil yolunun girişinə aparan avtomobil yollarında da quraşdırıla bilər. Ödənişli avtomagistraldan istifadə zamanı nəqliyyat vasitəsi texniki nasazlıq səbəbi ilə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətini dayandırarsa və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradarsa, bu zaman həmin nəqliyyat vasitəsi operator tərəfindən ödənişli qaydada yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilir. Bu zaman nəqliyyat vasitəsinin mühafizə dayanacağında 24 saatadək saxlanılmasına görə ödəniş tutulmur.

İstifadəçilərə ödənişli avtomagistralla gediş haqqının əvvəlcədən operatora ödənilməsi imkanını da yaradılacaq.

İstifadəçinin vəzifələri aşağıdakılardır:

- əgər nəqliyyat vasitəsi operatorun tələblərinə uyğun olaraq yerləşdirilmiş gediş talonuna malik deyildirsə və ya avtomatik elektron ödəniş cihazı ilə təchiz edilməmişdirsə, bu zaman ödənişi yalnız nağd ödəniş məntəqələri vasitəsilə həyata keçirmək;

- nəqliyyat vasitəsinin gediş haqqını nağd pul vasitəsilə ödəniş terminalına köçürmək, habelə ödəniş kartından istifadə etməklə və ya əvvəlcədən ödəməklə həyata keçirmək;

- ödəniş məntəqəsindən keçməklə, gediş zamanı gediş üçün haqqın ödənilməsi məqsədi ilə nəqliyyat vasitəsini dayandırmaq və ödənişin həyata keçirilməsindən sonra maneənin (şlaqbaumun) açılması anından etibarən nəqliyyat vasitəsinin hərəkətinə icazə verildikdən sonra yoluna davam etmək;

- gediş talonunun istifadə olunması zamanı operatorun təlimatına uyğun olaraq, onu nəqliyyat vasitəsində yerləşdirmək;

- ödənişli avtomagistraldan istifadə ilə bağlı ödəniş sənədini ödənişli avtomagistraldan istifadə hüququ başa çatanadək qoruyub saxlamaq;

- operatorun uçotu sistemində qeydiyyata alınan nəqliyyat vasitəsində avtomatik elektron ödəniş cihazından istifadə etmək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM